Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir
Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Görüşdə 44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etmələri və ölkəmizə siyasi-mənəvi dəstək vermələri xatırlanaraq əlavə edilib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.
Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Sahibə Qafarova parlamentlərimiz arasında imzalanmış anlaşma memorandumunun əlaqələrimizin inkişafına təkan verdiyini, həmçinin qarşılıqlı səfərlərin bu istiqamətdə önəmini diqqətə çatdırıb. O xatırladıb ki, cari ilin iyul ayında Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də münasibətlərimizin inkişafı məmnunluqla vurğulanıb.
Görüşdə regionda baş verən son hadisələr barədə qonaqlara məlumat verən Milli Məclisin Sədri bildirib ki, Azərbaycanın sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığını qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal antiterror tədbirləri həyata keçirdiyini vurğulayıb.
Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün görülən tədbirlər barədə də məlumat verib.
Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.
O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin hər zaman sınaqlardan uğurla çıxaraq daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib...
05 Dekabr
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!