19 Mart 2023 02:55
1809
SİYASƏT
A- A+
9 yeni şəhər, 300-dən çox kənd və qəsəbə

9 yeni şəhər, 300-dən çox kənd və qəsəbə

 

Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurda nadir və misli görünməmiş yenidənqurma modeli tətbiq edir

 

"2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misli görünməmiş bir yenidənqurma modelidir".
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bu fikirləri səsləndirən İlham Əliyev hər kəsin diqqətinə çatdırıb ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük qayıdış" proqramının icrasına başlanılıb.
İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki bu möhtəşəm yenidənqurma işlərini Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına, yəni heç kimdən maddi yardım almadan həyata keçirir.
Bunu şərtləndirən amil isə iqtisadi müstəqillikdir. Məhz bu iqtisadi müstəqilliyin yaratdığı reallıq fonunda ötən il ölkəmizdə ümumi daxili məhsul 4,6 faiz artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara yüksəlib.
İqtisadi imkanları güclənən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa, yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirir, həyat qaynamağa başlayır. 
Prezident İlham Əliyevin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf" konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı şəhər"lərin yaradılması ümumilikdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir. 30 ildə daşı daş üstündə qoymayan ermənilər də şahidlik edirlər ki, İlham Əliyev bu torpaqlarda möcüzələr yaradır. 
Böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xəttləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, mədəni və dini abidələrimiz bərpa edilir. Bütün bunları isə İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti heç kimdən yardım almadan yalnız öz iqtisadi gücü hesabına həyata keçirir. 
Ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlarda 11 su-elektrik stansiyası inşa edilib. Ümumi uzunluğu 2241 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib. 
Son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.
Qeyd edək ki, yenidənqurma prosesində Azərbaycan bir çox xarici ölkələrlə tərəfdaşlığını davam etdirməkdədir. Bölgədə həyata keçirilən tikinti-quruculuq prosesində qardaş Türkiyə Respublikasının iri şirkətləri fəaliyyət göstərir. Prezident İlham Əliyev martın 16-da  Ankara zirvə görüşündə bu məsələyə bir daha toxunaraq vurğulayıb ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlarımıza üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub.
Bununla yanaşı, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunub.
Azərbaycanın öz əzəli torpaqlarında gördüyü möhtəşəm işlər göz qabağındadır. Bunu Qarabağa, Şərqi Zəngəzura səfər edən xarici qonaqlar da təsdiqləyirlər. İki il ərzində müxtəlif vaxtlarda həmin ərazilərə baş çəkənlər dəyişiklikləri, həyata keçirilən işləri gördükcə təəccüblərini gizlədə bilmirlər. Belə qısa zamanda dövlətimizin ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizi necə cənnətməkana çevirdiyini görüb bu heyrəti gizlətmək mümkün də deyil. 
Göründüyü kimi, Qarabağı 44 günə "dəmir yumruq"la düşməndən təmizləyən Ali Baş Komandan indi dəmir iradə ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarılması üçün kompleks tədbirlər görür. 
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mədəni və dini abidələrimiz bərpa olunur, bir çoxu yenidən tikilir. Erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü, öz vəsaiti və doğru planları ilə yeni həyat gətirir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!