30 May 2023 10:15
348
DÜNYA
A- A+

4 yaşlı uşaq çətiri paraşüt kimi istifadə edərək 26-cı mərtəbədən tullanıb

 

Çində dörd yaşlı uşaq 26-cı mərtəbədən yıxılaraq sağ qalıb. Uşağın əlində paraşüt kimi istifadə etdiyi çətir olub. Bu barədə "Mothership" informasiya agentliyi xəbər verir. 
Hadisə gün ərzində Hunan əyalətinin Cişou şəhərində baş verib. Uşağın anası başqa şəhərdə işləyir, atası isə tez-tez iş üçün xaricə gedir. Bu dəfə nəvəsinə baxan nənə onu evdə tək qoyaraq bacısının yanına gedib. Medianın məlumatına görə, uşaq həmin an “Tom və Cerri” cizgi filminə baxırmış və səhnələrdən birində göstərildiyi kimi, əlində çətir tutaraq təhlükəsiz yerə enə biləcəyinə qərar verib.
Xoşbəxtlikdən, uşağın çəkisi böyük olmayıb, yıxılmasını isə ağac yumşaldıb. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar aşkar edilsə də, vəziyyəti stabildir.


Rizvan CƏFƏROV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video