2060-cı ilə qədər ömür uzunluğu 150 yaşadək artacaq
Corcia (ABŞ) Universitetindən olan alimlər ömür uzunluğu ilə bağlı tədqiqat aparıblar və onun durmadan artdığını aşkar ediblər. Hesablamalara görə, artıq növbəti 40 ildə yeni rekordlara imza atılacaq - insanlar 150 ilə qədər yaşaya biləcək. Modelləşdirmə, həmçinin göstərir ki, bu hələ mümkün olan maksimal yaş deyil.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bəşəriyyətin gələcəyinə nəzər salmağa qərar vermiş müəlliflər hesab edirlər ki, son iyirmi beş il ərzində 122 il yaşayan fransalı Janna Luiza Kalmanın (1997-ci ildə vəfat edib) rekordunu hələ heç kim qırmayıb. Onun yaşı insanlar üçün yaş həddi hesab olunur.
Yeni tədqiqatda komanda bu iddiaya şübhə ilə yanaşıb və limitə hələ nail olunmadığını göstərib. Alimlər tərəfindən sırf riyazi iş görülüb: onlar 19 sənaye nöqteyi-nəzərdən inkişaf etmiş ölkədə 1700-ci və 1900-cü illərin sonu arasında dünyaya gələn yüz milyonlarla insanın ölüm halları ilə bağlı məlumatları təhlil etmək üçün mövcud modeli dəyişdirib.
Əsas məsələlərdən biri - zamanla, xüsusilə də 50-100 yaş arası qrupda insanlarda ölüm halı göstəricilərinin necə dəyişdiyi olub. Model qanunauyğunluqlar aşkar edib və onların əsasında insanın gələcəkdə potensial yaşını proqnozlaşdırıb. Xüsusən, komanda müəyyən edib ki, 1900-cü ilə qədər dünyaya gəlmiş insanlar üçün yaş həddi hələ də qüvvədə qalır.
Lakin artıq 1910–1950-ci illərdə dünyaya gələnlər üçün ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Ehtimal edilir ki, bu ictimai səhiyyə və tibbi texnologiyalar sahəsində islahatların birinci dalğası ilə əlaqədar ola bilər. Alimlər hesab edirlər ki, tədqiqatla əhatə olunan əksər ölkələr üçün maksimal yaş gələcəkdə kəskin artacaq.
Lakin bəzi ekspertlər tədqiqatın nəticələri ilə razılaşmayaraq bildirirlər ki, bu araşdırma sırf riyazi və demoqrafik xarakter daşıyır və qocalmanın biologiyasını nəzərə almır. Misal üçün, insan orqanizminin hüceyrələri xərçəng kimi yaş xəstəliklərinə meyillidir. Bundan başqa, ömür uzunluğuna təsir edən tibbi nailiyyətlər nəzərə alınmır.
Tənqidçilər hesab edirlər ki, bu cür proqnozlar yalnız böyük qrup canlı varlıqların iştirakı ilə aparılan tədqiqatların əsasında verilə bilər, çünki ömrün uzunluğu bioloji kateqoriyadır. Müəlliflər iradla razılaşaraq qeyd ediblər ki, riyazi model yenə də ölüm halları ilə bağlı tarixi məlumatlara əsaslanan çox faydalı məlumat verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!