25 May 2024 08:00
1404
SİYASƏT
A- A+
100-cü gündə azadlığa qovuşan 4 kəndimiz

100-cü gündə azadlığa qovuşan 4 kəndimiz

 

İlham Əliyevin Prezident səlahiyyətlərinin icrasına başlamasının yüzüncü günündə Azərbaycan xalqı daha bir möhtəşəm zəfər yaşadı. Bu tarixi gün 4 kəndimiz üzərində suverenliyimizin təsbiti ilə əlamətdar oldu və qızıl hərflərlə salnamələrimizə həkk olundu. 
2024-cü il may ayının 24-də, öz təbirincə desək, qalib lider İlham Əliyevin bir tələbi ilə Qazax rayonunun 4 kəndi azadlığına qovuşdu. 
Necə ki, Vətən müharibəsi zamanı məğlubiyyət aktına imza atan düşmən Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan, bir itki verilmədən qaytarmışdı, bu fəxarətli siyahıya Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri də qoşuldu. 
Bu kəndlərin azadlığı həm də tarixi torpaqlarımızı qarış-qarış öz sahiblərinə qaytaran vətənpərvər şəxsiyyət İlham Əliyevin xalqımıza növbəti möhtəşəm ərməğanı, Azərbaycan adına qazandığı misilsiz zəfərlərindən biri oldu. 

 

Sözü imzasıdır

 

Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən qalib lider İlham Əliyevin qətiyyətlə, əzmlə, böyük məharətlə apardığı siyasət nəticəsində 2020-ci ildə çıxdığımız haqq savaşı cəmi 44 günə Şuşa zəfəri ilə sonlandırıldı. 2023-cü ildə həyata keçirilən cəmi birgünlük antiterror tədbirləri sayəsində suverenliyimiz tam təmin olundu, bayrağımız Xankəndidə dalğalandırıldı. "Dəmir yumruq" ikiəsrlik erməni avantürasını  cəmi üç ilə qarşısında diz çökdürüb, tarixin zibilliyinə tolazladı. Sözü imzası qədər kəsərli olan İlham Əliyevin cəmi bir tələbi bəs etdi ki, dörd kəndimiz azad edilsin.
Hələ 2020-ci ildə Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmış və ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanılmışdı. 
"O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır", - deyə Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bir daha bu məsələnin altını cızmışdı. 
Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına əsasən, həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. 
2024-cü il mayın 24-də Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. 

 

Azərbaycanın sülh örnəyi 

 

Onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycan ilə Ermənistan arasında masa arxasında heç bir vasitəçiyə ehtiyac görülmədən danışıqlar aparılması, razılaşmalar əldə edilməsi Cənubi Qafqazda davamlı sülh üçün böyük ümidlər yaradır və yuxarıda sadalananlar da bu istiqamətdə atılan mühüm addımlardır. 
Məhz Azərbaycanın siyasi, diplomatik, hərbi qətiyyətinin nəticəsində sülhə doğru əldə olunan bu irəliləyişlər həm də bir neçə baxımdan mühüm diqqət çəkir. 
Birincisi, qalib sərkərdə İlham Əliyevin Şuşa, Xankəndi zəfərlərindən sonra bölgədə normallaşma prosesinin başlaması onu göstərir ki, illərdir Azərbaycan ilə Ermənistan arasında münaqişənin "hərbi həll yolu yoxdur" deyənlərin riyakarlıqları əyani müstəvidə ifşa olunub. 
Bununla dünyada hələ də davam edən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoyaraq sübut edib ki, əgər problemlərin danışıqlar vasitəsilə çözümü mümkünsüzdürsə, yeganə çıxış yolu güc variantıdır ki, bu həm də nəticədə sülhə gətirib çıxaracaq. 
Digər tərəfdən, Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizin qələbələrini həzm edə bilməyən başda Fransa olmaqla, qərəzli Qərb ölkələrinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi, müharibə planlaşdırdığı barədə başlatdığı qarayxma kampaniyası iflasa uğradılıb, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən qərəzli tezisləri çürüyüb...
Azərbaycan 44 günlük müharibədən sonra da xarici havadarlarına güvənərək  sülhdən yayınan və revanşa həvəslənən Ermənistana və ona havadarlıq edən qüvvələrə başa saldı ki, Cənubi Qafqazın lider ölkəsi olaraq regionda maraqları olan şəxslərin məkrli əməllərinə heç zaman imkan verməyəcək və İrəvanın da sülhdən başqa çıxış yolu yoxdur.   

 

Qürurlu, şanlı, şərəfli günlər

 

Düzdür, Ermənistan bu gerçəyi yalnız bir neçə dəfə başına dəyən "dəmir yumruq" zərbəsindən sonra anladı, amma nə edəsən, həqiqətə bu yolla varmaq İrəvanın öz seçimi idi...
Halbuki Azərbaycan Vətən müharibəsindən dərhal sonra Ermənistana təkmil sülh modeli təklif etmiş, dəfələrlə bununla bağlı çağırışlar ünvanlamış, xəbərdarlıqlar etmişdi. 
"İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq?"... 
Bu il mayın 10-da - Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə Qarabağın baş tacı Şuşadan Ermənistana xəbərdarlığını edən Prezident İlham Əliyev həm də ümumilikdə Cənubi Qafqazda qanlı planlar həyata keçirmək istəyənlərə mesajını çatdırmışdı: "Bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər, mən nəyi deyirəmsə, onu da edirəm".
Bəli, İlham Əliyevin dönməz xarakterinin, müdrik siyasətinin nəticəsində 2024-cü il sülh üçün böyük şansların yarandığı, tarixi şəraitin yetişdiyi il oldu. 
İl başlayandan etibarən iki ölkə vasitəçilərə ehtiyac görmədən dialoqlara başlayıb,  sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilib.  
Artıq Qazaxın işğal altında olan kəndləri də azaddır. Bütün bunlar isə bir daha göstərir ki, ötən 20 ildə olduğu kimi, bundan sonrakı Prezidentlik səlahiyyətləri dönəmində də Ulu Öndərin layiqli siyasi davamçısı İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə təmin edir. Qalib lider İlham Əliyevin qələbələr silsiləsinin növbəti zirvəsi isə Prezident səlahiyyətlərinə başlamasının 100-cü günündə Qazax rayonunun dörd kəndinin azad edilməsi  oldu...
Hələ qarşıda Prezident İlham Əliyevlə birgə xalqımızı neçə-neçə qürurlu, şanlı, şərəfli günlər gözləyir...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!