20 Oktyabr 2023 09:31
937
İDMAN
A- A+
Yerli idmançı, yoxsa legioner?!

Yerli idmançı, yoxsa legioner?!

 

Olimpiya Oyunlarına hazırlaşan güləş yığmamızda islahatlar aparılır

 

Bu gün idmanın inkişaf səviyyəsinə görə Azərbaycan dünyada ən irəlidə gedən ölkələrdən biri kimi tanınır, qəbul olunur. Azərbaycanda inkişafına diqqət yetirilən idman növləri sırasında fərdi mübarizə hər zaman ön planda yer alıb və bu qəbildən olan yarışlarda ölkəmizin təmsilçilərinin qazandığı nailiyyətlərin sayı kifayət qədərdir.
Fərdi idman növlərindən bəhs edərkən heç şübhəsiz diqqət ilk növbədə güləş üzərində fokuslanır. Güləş öz populyarlığına, auditoriyasının sayına görə digər fərdi idman növlərindən öndə dayanır. 
Azərbaycanın bütün dövrlərdə tanınmış güləşçiləri olub və xalqımız onlarla fəxr edib. Yunan-Roma, sərbəst güləşçilərimiz dəfələrlə Yay Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibi olublar. 
2024-cü ildə bizi dünyanın daha bir mötəbər turniri- Paris Olimpiadası gözləyir. Bəs bu yarışa güləşçilərimiz necə hazırlaşırlar və ümumiyyətlə, bu idman növünün mövcud durumu  qaneedicidirmi?

 

Güləş Federasiyasının baş katibi: "Əvvəlki illərlə müqayisədə legionerlərin sayı xeyli azalıb"

 

Bu mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev qəzetimizə açıqlamasında bildirdi ki, Güləş Federasiyası Olimpiadaya hazırlıq prosesinə bu ildən start verib. Sərbəst güləş üzrə yığmamız Rusiyada bir neçə təlim-məşq prosesi keçib. Yunan-Roma güləşi üzrə millimiz Xorvatiya və Macarıstanda, qadın güləşçilərimiz isə Polşa, Rumıniya və Bolqarıstanda bir neçə komandanın iştirakı ilə birgə hazırlıq prosesində yer alıb: "Millilərimizin fərqli məkanlarda təlim-məşq toplanışı keçməsi səbəbsiz deyil. Sərbəst güləş Rusiyada, yunan-Roma və qadın güləşi isə Avropa ölkələrində daha çox inkişaf edib. Belə birgə toplanışlar və sparrinqlərin olması güləşçilərimizin taktiki-texniki planda inkişafını sürətləndirir. Təbii ki, Olimpiadaya yaxınlaşdıqca hazırlıq prosesi daha da intensiv xarakter alacaq. "Paris-2024"ə optimal formada yollanmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il aprelin 4-7-də Bakıda Avropa Olimpiya Təsnifat Turniri və mayın 9-12-də Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat Turniri keçiriləcək. Həmin yarışlarda Olimpiadaya lisenziyalar qazanmağa çalışacağıq".
AGF-də uşaq, yeniyetmə idmançıların hazırlıq prosesinə də toxunan federasiya rəsmisi qeyd etdi ki, son 2 ildə U-15 milli komandalarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Geyim təchizatı, qidalanma, Bakıda və bölgələrdə təlim-məşq toplanışlarının keçirilməsi, Avropa çempionatında tam heyətlə iştirak - bütün bunlar Azərbaycan güləşinin gələcəyini sağlam qurmaq və davamlı inkişafa hesablanmış yatırımdır. Bundan başqa, sırf AGF-nin nəzdində regionlarda yeni güləş bölmələrinin açılması, həmin bölmələrin müvafiq inventarla təminatı üçün addımlar atılır.
Baş katib Nəsimi Musayev AGF-nin legioner siyasətinin müəyyənləşməsi və  tənzimlənməsi prosesinə də toxunaraq bildirib ki, ölkə güləşində əsas problemlərdən biri ağır çəkilərdə  rəqabətədavamlı idmançıların az olmasıdır: "Etiraf etmək lazımdır ki, bu problem həmişə olub. Müstəqilliyin ilk illərindən ağır çəkilərə legioner güləşçilər cəlb edilib. Məqsəd ölkədə rəqabəti gücləndirmək, legionerlərin yanında və onlarla mübarizədə yerli idmançıların püxtələşməsinə və inkişafına nail olmaqdır. Bəli, bu gün güləşimizdə legionerlər var. Ancaq biz bu vəziyyətlə barışmırıq. Bu istiqamətdə bir sıra addımlar atılır və atılacaq. Onlardan biri də bölgələrdə güləş liseylərinin yaradılmasıdır ki, bu məktəblərdə ağır çəkilərdə keyfiyyətli idmançıların yetişməsinə nail olmağa çalışacağıq. Hazırda müxtəlif yaş qrupları üzrə 11 milli komandamız var. Yığmalarımızda ümumilikdə 37 məşqçi fəaliyyət göstərir ki, onların da cəmi 6-sı əcnəbi mütəxəssisdir. Güləşçilərə gəlincə, əvvəlki illərlə müqayisədə legionerlərin sayı xeyli azalıb. Məsələn, əvvəllər yeniyetmələrdən ibarət millilərdə legionerlər yer alırdısa, artıq heyət tam yerli idmançılardan ibarətdir. Gənc güləşçilər sırasında isə bu il cəmi 2 legioner iştirak edib. Böyüklərə gəlincə, vaxtilə cəmi 1 yerli idmançımızın olduğu qadınlardan ibarət komandada indi cəmi 3 legioner var, qalanları yerli güləşçilərdir. Yunan-Roma güləşi üzrə millimizdə yalnız 97 və 130 kiloqramda legionerlər var. Onlar cəmi 4 nəfərdir. Sərbəst güləşdə isə təxminən 10 milliləşdirilmiş idmançı var". 
Sonda Nəsimi Musayev onu da əlavə edib ki, AGF yaxın gələcəkdə Bakıda və digər bölgələrdə güləşin inkişafı üçün müxtəlif layihələri həyata keçirməyi planlaşdırır. Oktyabrda ölkəmiqyaslı məşqçilərin seminarı keçiriləcək. Nəzəri və praktiki məşğələlər 6 fərqli məkanda baş tutacaq. İdman məktəblərinin, klub və cəmiyyətlərin məşqçilərinin bilik və bacarıqlarının artırılmasına hesablanmış bu tip seminarlar vaxtaşırı təşkil ediləcək. Bundan başqa, mövcud güləş zallarının maddi-texniki bazasının təkmilləşdirilməsi və inventarla təminat, güləş liseylərinin və yeni zalların istifadəyə verilməsi də qarşıda duran hədəflərimizdən biridir. Bu planları həyata keçirdikdən sonra böyük effektini görəcəyik. Belə olan halda legionerlərə də tədricən ehtiyac qalmayacaq.

 

Hicran Şərifov: "Nəhayət ki, Güləş Federasiyasında vəziyyət düzəlir" 

 

Üç Olimpiya Oyununda hakimliyi ilə dünyanın ən məşhur ədalət təmsilçiləri sırasında ilk pillələrdə qərarlaşan, "Şöhrət" və Olimpiya ordenli, beynəlxalq dərəcəli hakim, "Qızıl fit" mükafatçısı, Əməkdar məşqçi Hicran Şərifov da bu sahədə son dövrlərdə aparılan islahatlar, mövcud problemlər və onların həlli barədə fikirlərini bizimlə bölüşdü. 
O qeyd etdi ki, qarşıda güləşçilərimizi dünyanın ən böyük idman tədbiri "Paris-2024" Yay Olimpiya Oyunları gözləyir. Hədəf bu nüfuzlu Oyunlara yüksək səviyyədə hazırlaşmaqdır: "Azərbaycan Güləş Federasiyası da bu yarışa hazırlığını davam etdirir. Təbii ki, olimpiadada iştirak etmək üçün lisenziya xarakterli turnirlərdə uğurlu çıxış çox vacibdir. Bir neçə gün bundan öncə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov 
(77 kq), sərbəst güləşdə isə Maqomedxan Maqomedov (97 kq) "Paris-2024"ə vəsiqə qazandılar. Təbii ki, bir çoxları lisenziya sayının azlığından narazılıqlarını bildirirlər. İnanırıq ki, qarşıdakı lisenziya xarakterli turnirlərdə pəhləvanlarımız onlara olan ümidləri doğruldacaqlar. Çünki federasiyada indi görülən müsbət işlər bunları deməyə əminlik yaradır. Nəhayət ki, Güləş Federasiyasında vəziyyət düzəlir. Öz sahələrində müasir, səmərəli fəaliyyət göstərən şəxslər federasiyada pandemiya zamanı yaranan ətaləti, mövcud olan ləngimələri  aradan qaldırmağa çalışırlar. Federasiya daxilində, məşqçilər korpusunda hər kəs öz vəzifəsini, məsuliyyətini dəqiq bilir, buna uyğun da fəaliyyət göstərir. Federasiyada təkbaşına idarəçilik, qərar qəbul etmə yoxdur, əks təqdirdə bu, bizi uğursuzluğa aparar. Qərarların qəbulunda müzakirələr aparılır, baş məşqçinin istədiyi tələbləri təkbaşına həyata keçirməsi yoxdur, federasiyada nizam-intizam çox ciddidir".
AGF-də aparılan legioner siyasətinə də toxunan Hicran Şərifov qeyd edib ki, bu istiqamətdə də müəyyən dəyişikliklər labüddür. Yunan-Roma güləşində hazırda 2 legioner idmançının olduğunu deyən mütəxəssis əlavə etdi ki, bu, sərbəst güləşdə çoxluq təşkil edir: "Qarşıdakı illərdə bu say nisbətində də azalma gözlənilir. Çünki federasiya rəhbərliyinin düzgün strategiyası sayəsində bu istiqamətdə də islahatlar aparılmaqdadır. Hazırda legionerləşdirmə siyasəti demək olar ki, bütün ölkələrdə var. Dünya siyasətində baş verən son proseslərdən sonra bir çox ölkə əsasən Rusiyadan olan güləşçilərin xidmətində maraqlı olublar. Hər hansı ölkənin aparıcı güləşçisinin Azərbaycan tərəfindən çıxış etməsində zərər yoxdur. Əgər ölkəmizə qızıl medal qazandıracaqsa, yerli güləşçilərin inkişafına töhfə verəcəksə, bu, müsbət hal kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, legionerlərin əvəzinə yerli güləşçilərə daha çox şans verilsə, uşaq-yeniyetmə güləş məktəblərinin yetirmələrinin əsas komandalara cəlbi daha sürətli həyata keçirilsə, nəticə də tam fərqli olar. Ən azından qalibiyyət üçün istənilən azərbaycanlı daha çox səy göstərir. Burada millilik, azərbaycançılıq, Azərbaycanın adının ucalması əsas diqqət mərkəzində yer alır. Legioner güləşçini  isə şübhəsiz ki, daha çox maddiyyat maraqlandırır, burada hansısa millilikdən söhbət gedə bilməz. Bu mənada legionerlərin cəlb olunması zamanı onun səviyyəsi, Azərbaycan adının ucalmasında nə dərəcədə maraqlı olması xüsusi diqqət mərkəzində yer almalıdır. Belə legionerlərdən uşaq-yeniyetmə güləş məktəblərində olanlar da müsbət cəhətlər əxz edə bilər".  
Hicran Şərifov onu da vurğuladı ki, bu sahədə ən mühüm islahatlardan biri də bölgələrdə aparılmalıdır. Azərbaycanın region güləş məktəblərinə həm dəstək artırılmalı, həm də onlardan mütləq şəkildə tələblər olmalıdır: "Uşaq, yeniyetmə idmanına diqqətin artırılması xüsusi önəm daşımalıdır. Güləş mütəxəssislərinin, təşkilatçılarının paytaxtda, ondan da daha çox bölgələrdə formalaşdırılması üçün xüsusi fəaliyyət tədbirləri müəyyənləşdirilməlidir. Problemlər yetərincədir. Sevindirici haldır ki, federasiya rəhbərliyi və onun komandası fəaliyyətlərinə düzgün istiqamətdən başlayıblar. Biz, idman mütəxəssisləri, onilliklərini güləş idmanına həsr edən şəxslər də bu prosesdə federasiya rəhbərliyinin daim yanındayıq, təcrübələrimizi bölüşməyə hazırıq". 
İnanırıq ki, güləşdə davam edən dəyişikliklər tezliklə öz müsbət təsirini göstərəcək, ləngimələr aradan qaldırılacaq. Böyük ənənəyə malik olan güləş idman növünün populyarlığı davam edəcək, indiyədək mötəbər yarışlarda uğurlar əldə etmiş pəhləvanlarımız yen-yeni zəfərlər qazanacaqlar. Odur ki, Paris Olimpiadasında bir daha Azərbaycan bayrağının dalğalanmasını və himnimizin səsləndirilməsini səbirsizliklə gözləyirik. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!