02 Fevral 2026 16:43
429
CƏMİYYƏT
A- A+
WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq 

WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq 


Milli Məclis Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi ilə aşağıdakı istiqamətlər üzrə tənzimləmə həyata keçirilir:

- Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu ilə bağlı tənzimləmə.

Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən (elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirir və həmin əməliyyatlar üzrə vergitutma məsələlərini əhatə edir.

Belə ki, yuxarıda qeyd olunan qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən alıcılara təqdim etdikləri elektron xidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞ dollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotuna alınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaq.

Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabat dövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsini nəzərdə tutur.

Məcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı) aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdən sonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmiş prosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasında həyata keçiriləcək. Bu isə qeyri-rezidentlərə sistemlərini, vergi infrastrukturunu və hesabat mexanizmlərini qanunun tələblərinə uyğunlaşdırmaq imkanı yaradacaq.

Bütövlükdə dəyişiklik dövriyyəsinin həcmi müəyyən edilmiş həddi keçən elektron ticarət sahəsində fəaliyyət göstərən qeyri-rezidentlərin vergi uçotuna alınmasına, bu sahədən ƏDV üzrə daxilolmaların artmasına və vergitutma bazasının şəffaflığının təmin olunmasına şərait yaradacaq.

Bildirilib ki, vergi ödəyicisi kimi uçotda olan şəxslər ilə elektron qaydada vergi uçotuna alınan qeyri-rezident arasında aparılan əməliyyatların vergiyə cəlb edilməsi ümumi qaydada (Məcəllənin 169.4-cü və 169.5-ci maddələrinə uyğun olaraq) həyata keçirilir. Bu halda ƏDV-nin hesablanması və ödənişi ilə bağlı öhdəlik vergi ödəyicisinin üzərinə düşür.

- Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar vergi güzəştləri.

Məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıbr. Bu məqsədlə 2023-cü il dekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

- incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalının ƏDV-dən azad edilməsi.

Müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcək. Qeyd olunan malların idxalı adətən kommersiya məqsədi daşımadığından beynəlxalq təcrübədə bu sahədə müxtəlif təşviqlər tətbiq olunur ki, bu da mədəni mübadiləni, yaradıcılıq mühitini və turizmi stimullaşdırır.

ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, antik əşya və incəsənət əsərləri idxal edən şəxslərin dəstəklənməsinə xidmət edəcək. Qeyd etmək lazımdır ki, bir sıra ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.

- Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi.

Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcəkdir:

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

– Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarətin həyata keçirilməsi.

Dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə bağlı aşağıdakı məlumatların vergi orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilməsi nəzərdə tutulur:

- adıçəkilən qurumların vergi orqanında uçota alınması, yenidən təşkili və ya uçotdan çıxarılması barədə məlumatların (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) növbəti ayın 15-dək;

- qurumların qeydiyyata alınan hesabları barədə məlumatların müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən 1 iş günü müddətində.

Dövlət orqanları (qurumları) və dövlət müəssisələri ilə bağlı qeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindən qurumlararası informasiya sisteminin imkanlarından istifadə etməklə verilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin güclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevik monitorinqinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!