22 Yanvar 2026 17:02
554
CƏMİYYƏT
A- A+
Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  


Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşması yalnız Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması şərti ilə mümkündür. Başqa heç bir ssenari Ankaranı Cənubi Qafqazda istədiyi məqsədlərə doğru aparmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) direktoru və Türkiyənin bir sıra Avropa ölkəsindəki və beynəlxalq təşkilatlardakı sabiq səfiri Alev Kılıç ifadə edib. O bildirib ki, Türkiyə Ermənistanın Qərbə açdığı yeganə “pəncərə”dir və İrəvan bunu başa düşür.

Ekspert əlavə edib: “Ankara İrəvan tərəfinə Türkiyənin prioritetinin Ermənistanla münasibətlərin normallaşması deyil, regionda uzunmüddətli sülh və sabitlik olduğunu aydın şəkildə bildirir”.

AVİM direktorunun sözlərinə görə, hazırkı Ermənistan hökuməti və şəxsən Baş nazir Nikol Paşinyan diasporun ənənəvi radikal ritorikasını və tabularını rədd edərək praqmatik mövqe tutur, bununla da Türkiyəni düşmən kimi qəbul etməkdən imtina edir. A. Kılıç erməni diasporunu Ermənistanın hazırkı kursunun qarşısında əsas maneə adlandırıb.

Türkiyənin sabiq səfiri Ankara ilə İrəvan arasındakı dialoqun diasporun bütövlüyünün pozulması ilə əlaqəli olduğu fikrini bildirib. “Bu gün diaspordakı bəzi ermənilərin Türkiyə və Azərbaycanın tərəfdarlarına yönəlmiş radikal ritorikaya qarşı çıxdığını, belə bir kursun ermənilərin özlərinə zərbə olduğunu bəyan etdiyini görürük. ABŞ-da bir sıra ermənilər Amerika Erməni Milli Komitəsini (ANCA) açıq şəkildə tənqid etməyə başlayıblar, İsraili tənqid etməyin yolverilməzliyini, eləcə də Donald Tramp administrasiyasının Azərbaycanla dialoqda atdığı addımları qeyd ediblər”, - deyə AVİM rəhbəri bildirib, O, kilsənin mövqeyinin Ermənistanın dövlətçiliyinə zərərli olduğu barədə fikirlərin də səsləndirildiyini qeyd edib.

A. Kılıç daha sonra uzun müddətdir Türkiyənin maraqlarını sarsıtmaq üçün bir vasitə kimi istifadə edilən 1915-ci il hadisələrinə toxunub. Mərkəzin rəhbəri qeyd edib ki, Osmanlı imperiyasının son illərində baş verən hadisələrlə bağlı Ankaranın mövqeyi həm hüquqi, həm də tarixi cəhətdən güclüdür və bu, çoxsaylı arxiv sübutları ilə təsdiqlənir. Onun sözlərinə görə, Avropa məhkəmələrinin hökmləri Ankaranın bu məsələ ilə bağlı tezislərinin doğruluğunun əyani sübutudur.

A. Kılıç, həmçinin Vətən Partiyasının sədri Doğu Perinçekin İsveçrəyə qarşı qaldırdığı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını misal gətirib. Qərarda türk siyasətçinin qondarma “erməni soyqırımını” tanımaqdan imtina etdiyinə görə məsuliyyətə cəlb edilməsi istənilib.

AVİM rəhbəri qeyd edib ki, hətta diasporun təzyiqi altında AİHM-ə apellyasiya hazırlayan İsveçrə hakimiyyətinə qarşı güclü təzyiqlər də faydasız olub. “Nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarını qüvvədə saxladı. Beləliklə, hüquqi presedent yarandı. Bu məsələ ilə bağlı Avropa məhkəmələri tərəfindən başqa qərarlar qəbul edilib”, - deyə Türkiyənin sabiq səfiri “soyqırımı” termininin hüquqi termin olduğunu vurğulayaraq bildirib.

A. Kılıç Ankaranın arxivlərin qarşılıqlı şəkildə açılması ilə bağlı çoxsaylı təşəbbüsünü xatırladıb və diqqətə çatdırıb ki, həmin təkliflər Ermənistan tərəfindən qəbul olunmayıb. “Heç kim müharibə şəraitində Anadoluda qarşıdurma və toqquşmalar faktını inkar etmir, amma “soyqırımı” faktından danışmaq həqiqətə zidd getmək deməkdir”, - deyə o bildirib. Ekspert onun da qeyd edib ki, siyasi müstəvi Türkiyənin hələ də “erməni məsələsi”nə qarşı dezinformasiya və təzyiq axınına müqavimət göstərmək məcburiyyətində qaldığı sahədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

Antarktida dəniz buzunun sahəsi qismən bərpa olunub

13:11
11 Mart

Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

13:04
11 Mart

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:02
11 Mart

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək  

13:01
11 Mart

Hörmüz boğazında iki gəmi atəşə tutulub

13:00
11 Mart

Dövlət və özəl sektorda çalışanların əməkhaqları artacaq

12:58
11 Mart

Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

12:54
11 Mart

İrandan təxliyə davam edir: Bir qrup xarici vətəndaş təxliyə olunub 

12:53
11 Mart

Cari ildə qlobal neft tədarükünün sutkada 107 milyon barel olacağı gözlənilir - PROQNOZ

12:16
11 Mart

ABŞ cari ildə gündəlik neft istehsalını artıracaq

11:53
11 Mart

Məcnun Məmmədov: Süni intellekt kənd təsərrüfatında yeni idarəetmə modelini formalaşdırır

11:35
11 Mart

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib

11:34
11 Mart

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

11:33
11 Mart

Nazir: Aqrar Süni İntellekt layihəsi qərarverməni daha dəqiq edəcək

11:33
11 Mart

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib  

11:30
11 Mart

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!