Mesajlaşma sistemi olan “Teleqram”ın növbəti yeni versiyasında reallaşdırdığı funksiyaların bir hissəsi açıq qrupları, digər hissəsi isə fərdi yazışmaların konfidensiallığının yaxşılaşdırılmasını əhatə edir.
Bundan əlavə, həm iOS, həm də Android istifadəçiləri üçün xüsusi funksiyalar istifadəyə verilib. Nəzərəçarpan əsas yeniliklərdən biri də qruplarda və kanallarda olan kontentlərin qorunmaları sistemidir. Bundan sonra qrupların və kanalların yaradıcıları paylaşılan foto və videoların abunəçilər tərəfindən yaddaşda saxlanmasını, paylaşılan mesajların digərlərinə göndərilməsini əngəlləyə bilərlər. Fərdi çatlardakı mesajların tarixçələrinin silinməsi üzrə funksiyanın imkanı daha da genişləndirilib. Belə ki, mesajların tarixçələrini konkret gün və ya zaman intervalı üzrə silmək mümkündür.
Messencerin ayarlar bölməsinə “Teleqram”dan istifadə seansının idarəsi funksiyası da əlavə edilib. İstifadəçilər xüsusi düyməyə klikləməklə “Teleqram”a desktop tətbiq edə və ya brauzer üzərindən sürətlə daxil ola, hətta istifadəçilər aktiv olmayan zaman intervalını təyin edə biləcəklər. Bu halda messencerin bütün aktiv istifadə seansları seçilmiş zaman intervalı üzrə deaktiv olacaq. Həmçinin hər bir cihaz üçün səsli zənglərin qəbulu ilə gizli çatların işə salınması funksiyasını ayarlamaq mümkündür. Açıq qrupların və kanalların müəllifləri bir-birinin hesablarından istifadə edərək mesajların göndərilməsini reallaşdırmaqla öz əsas hesablarına diqqət çəkməkdən azad olacaqlar. İstifadəçinin bu və ya digər qrup ilə kanala abunə olmaq sorğusunu göndərdiyi halda, həmin istifadəçi ilə admin əlaqəyə girərsə, çatın yuxarı hissəsində adminin adı deyil, sorğunun göndərildiyi qrup və ya kanalın adı əks olunacaq.
Hələ bu da hamısı deyil. Android istifadəçiləri daha öncə yalnız fərdi yazışmalarda mövcud olan imkanları bütün “Teleqram”a tətbiq edə biləcəklər. Bununla yanaşı, bəzi cihazlarda SMS təsdiq olmadan şəxsi hesaba daxil olmaq imkanı yaradılıb. Bu halda SMS təsdiq əvəzinə “Teleqram” tərəfindən edilən zəngdə əks olunmuş nömrənin son rəqəmlərini daxil etmək lazım gələcək.
“iOS 13” və daha yuxarı versiyaların istifadəçiləri üçün ingilisdilli mətnlərin təyin edilməsi funksiyası vasitəsilə iOS istifadəçiləri qəbul edilmiş və ya göndərilmiş fotolardakı mətnləri təyin etmək və kopyalamaq imkanı qazanacaqlar. İstifadəçilərin, qrupların və kanalların “iOS”dakı profilləri “iOS 15” standartlarına əsasən yeniləniblər.
Sözügedən yeni versiya artıq “Android” və “iOS” istifadəçiləri üçün aktivdir.