04 İyun 2022 00:21
2049
CƏMİYYƏT
A- A+
Sosial şəbəkə asılılığı

Sosial şəbəkə asılılığı

 

Və ya uşaqları gözləyən təhlükə barədə nə bilirik

 

Bu gün sosial şəbəkələrdən istifadə etməyən çox az insana rast gəlmək olar. Əksəriyyətimiz hətta bir neçəsindən istifadə edirik. Bunun ilkin səbəblərindən biri internetdə, sosial mediada lazım olan məlumatların əldə edilməsinin asan, rahat və effektiv olmasıdır. Sosial şəbəkələr sonsuz informasiya okeanıdır. Axtardığımız hər hansı bir məlumatı anında tapa bilirik. Elə buna görə də əsas istifadə olunanlar sırasında olan feysbuk, yutub, instaqram kimi sosial şəbəkələrdə demək olar hər kəsin hesabı var.

 

Sosial şəbəkələrdən istifadə zamanı yaş həddi gözlənilməlidir

 

Yetkin insanlar sosial şəbəkələrdən  istifadə imkanlarını müəyyən edə bildikləri halda, dünyagörüşü, psixikası tam formalaşmamış uşaqlar burada lazımsız, yaşlarına uyğun olmayan, onlar üçün hətta həyati təhlükə daşıyan informasiya burulğanına məruz qala bilərlər. Şəbəkələrin təyin etdikləri qaydalara əsasən, platformalardan istifadə edənlərin minimum yaş həddi 13 olmalıdır. Lakin bu belə olmur. Odur ki, sosial şəbəkələrlə bağlı narahatlıq doğuran məqamlar yaranır. Bu narahatlıqların ən başlıcası sosial şəbəkə istifadəçiləri arasında uşaqların, hətta azyaşlıların çox  olmasıdır. Ən böyük narahatlıq isə odur ki, sosial şəbəkə istifadəçiləri arasında azyaşlıların sayı durmadan artır.

Bəs bu ucsuz-bucaqsız kəhkəşanda uşaqlarımızı hansı təhlükələr gözləyir? Onları necə qorumalıyıq? Valideynin, müəllimlərin, cəmiyyətin üzərinə hansı öhdəliklər düşür? Bununla bağlı zəruri qanunvericilik bazası varmı və biz bunları bilirikmi?

Uşaqlar təbiətləri etibarilə gördüklərinə, onlara təqdim edilən hər şeyə saf hisslərlə yanaşırlar. Ətrafda nə varsa, hamısını sanki həqiqətmiş kimi qəbul edirlər. Çox zaman da aldanırlar. Həkim, uşaq inkişafı və reabilitasiyası üzrə mütəxəssis Ülviyyə Mirzəyeva söyləyir ki, sosial şəbəkələr gündəlik istifadə etdiyimiz, həyatımızı onsuz təsəvvür etmədiyimiz bir faktordur. "İstər böyüklər, istərsə də uşaqlar üçün onun müsbət və mənfi tərəfləri var. Məsələn, uşaqlar sosial şəbəkələrdə gördüklərini əksər hallarda tam anlaya bilmirlər. Bunun reallıq olduğunu düşünərək o şəkildə hərəkət etməyə çalışırlar. Burada tanımadığımız şəxslər çoxdur. Valideynlər mütləq diqqətli olmalı, yetkinlik yaşında onlarla həssas davranmalıdırlar. Uşaqlar müxtəlif təsirlərə məruz qala bilərlər - cinsi istismardan tutmuş maddi istismara qədər. Valideynlərlə övladları arasında sağlam münasibət, inam, güvən olmalıdır. Nəzarətsiz qalanlar üçün təhlükələr daha çoxdur. Valideynlər uşaqlarını güvənlərini sarsmadan daim nəzarətdə saxlamalı, onlara məsləhət və yönləndirmələri ilə dəstək olmalıdırlar".

Hər bir valideyn övladına nümunə olmalıdır. Uşaqlar valideynlərinin dediklərini yox, etdiklərini təkrarlayırlar.  Əgər bu gün onlardan nəsə tələb ediriksə, ilk öncə özümüzə nəzər yetirməli, addımlarımızı götür-qoy etməliyik. Əks halda sözümüzün kəsəri olmayacaq. Unutmamalıyıq ki, uşaq bir dəfə böyüyür. Psixoloq Elnur Rüstəmov isə bildirir ki, bu gün sosial şəbəkələrdən ifrat istifadədən dolayı yaranan narahatlıqlar çoxdur: "Uşaqların elektron cihazlarda aşırı zaman keçirməsi, valideynlərin hətta uşaqlarına bu zaman yemək yedizdirmələri, nadinclik etməməsi üçün əllərinə telefon vermələri, üstəlik, özlərinə bununla bağlı haqq qazandırmaları bizi də narahat edir. Belə olan halda görürük ki, uşaqlarda bir çox psixoloji narahatlıqlar, erkən yaşda müxtəlif nitq problemləri, təfəkkürlə bağlı narahatlıq yaranır. Özünə qapanma və digər buna bənzər psixoloji fəsadların yarandığının da şahidi oluruq. Valideynlər uşaqların hansı oyunlar oynadığına, sosial şəbəkələrdə nəyə baxdığına nəzarət edə və zamanı düzgün tənzimləyə bilsələr, düşünürəm ki, ciddi problem yaranmaz. Nəzərə alaq ki, biz texnologiya, informasiya əsrində yaşayırıq".

 

Elektron cihazlar 3 yaşa qədər uşaqlardan uzaq tutulmalıdır

 

Mütəxəssislər 3 yaşına qədər uşaqların elektron cihazlardan uzaq tutulmasını tövsiyə edirlər. Valideyn özü bu prosesdə nümunə olmalıdır. Əgər o, sosial şəbəkələrdə çox zaman keçirirsə, bunun əksini övladından necə tələb edə bilər? Tələb etsə belə, övladı tərəfindən ciddiyə alınmayacaq. Psixoloq qeyd edir ki, valideyn uşaqla daha çox zaman keçirməlidir. "Əminəm ki, ata-ana övladlarıyla vaxt keçirmək istəsə, oynamaq istəsə, onlar buna etiraz etməyəcəklər. Bu onların da arzusudur. Heç bir uşaq valideyn tərəfindən edilən bu tipli təkliflərə etiraz etmir. Problem ondadır ki, bu gün valideynlər özləri elektron cihazlarda, sosial şəbəkələrdə daha çox zaman keçirirlər. Bu isə uşaqları həvəsləndirir. Valideyn istəsə, bu prosesi tənzimləyə bilər".

Ümumilikdə bu gün sosial şəbəkələrə nəzarət çox çətindir. Hər valideyn uşağın hansı platforma, hansı saytlarda vaxt keçirdiyinə nəzarət edə bilmir. Hətta təcrübədə belə fakta da rast gəlinir ki, azyaşlı sosial şəbəkələrə valideynindən daha bacarıqlı inteqrasiya edə, interneti daha rahat idarə edə bilir. Elnur Rüstəmovun sözlərinə görə, pandemiyadan sonra asılılıq daha da artıb. "Hazırda valideynlərin müraciətlərinin böyük bir qismində elektron cihazlardan, sosial şəbəkələrdən istifadə nəticəsində uşaqlarda aqressiv davranışların yaranması, yuxu pozğunluğu, qidalanma problemi, təhsildən uzaqlaşma kimi narahatlıqlar var. Sosial şəbəkələr həyatımızın tərkib hissəsinə çevrilib. Bu yöndə edə biləcəklərimiz isə maarifləndirmə işləri aparmaq, profilaktik tədbirlər görməkdir. Belə olduğu təqdirdə biz bu prosesi tənzimləyə bilərik. Qadağan etmək doğru deyil - çünki qadağan olunan şeylərə meyil və istək daha çox olur. Odur ki, çalışmaq lazımdır ki, uşağın öz adına bir səhifəsi olsun və siz buna nəzarət edə biləsiniz. Bu nəzarəti necə həyata keçirməyi isə hər bir valideyn özü təyin etməlidir ki, övladının etibarını itirməsin".

 

Uşaqların ala biləcəyi informasiya mənbələri çoxaldılmalıdır

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsində "Uşaqların zərərli informasiyadan qorunması haqqında" müddəa yer alır. Sənəddə uşaqların internetin fəsadlarından qorunması, başlıca olaraq nələrə diqqət yetirilməsi ilə bağlı ciddi tövsiyələr var. Hökumət tərəfindən uşaqların zərərli internet resurslarından qorunması üçün lazımi addımlar atılır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, bütün sosial şəbəkələrdə təyin edilən müəyyən qaydalar var: "O qaydalarda yaş həddi ilə bağlı bəndlər mövcuddur. Uşaqların sosial şəbəkələrdən istifadəsində risklər mövcuddur. Valideynlər və müəllimlər uşaqları nəzarətdə saxlamalıdırlar. Bu məcrada onlar üçün risk doğuracaq informasiyalar çoxdur. Televiziyada, saytlarda, sosial şəbəkələrdə uşaqlar üçün gərəkli olan materiallar kateqoriyalaşdırılmalıdır. Qanun bunu tələb edir ki, orda 6+,12+, 18+ kimi yaş hədləri olsun. Valideynlər özləri də buna uyğun hərəkət etməlidirlər. Uşaqlar üçün riskli, arzuolunmaz informasiyalar yayılır. Bunu cəmiyyət, valideyn, müəllim ayırd etməli, tədbirli olmalıdır. Bu istiqamətdə maarifləndirici işlər gücləndirilməlidir".

Tamamilə internetsiz yaşamaq mümkün deyil, əslində, buna gərək də yoxdur. Bu zaman uşaqlar istifadəçi həmyaşıdlarından geri qalacaqlar. Ekspert bildirir ki, istiqamətləndirmək, faydalı tərəflərini göstərmək, zaman məhdudiyyəti qoymaq daha doğrudur: "Dövlət tərəfindən uşaqların ala biləcəyi informasiya mənbələri çoxaldılmalı, intellektual resursların sayı artırılmalıdır. Düzgün, faydalı, zərərsiz alternativlər təqdim olunmalıdır. Elə cəlbedici etmək lazımdır ki, uşaqlar bura həvəslə daxil olsunlar. Onlara seçim imkanını biz verməli, istiqaməti düzgün müəyyənləşdirməliyik. Əvvəllər bu istiqamətdə Təhsil Nazirliyi ilə birlikdə layihələr həyata keçirmişik. Hesab edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi elektron təhlükəsizlik xidməti ilə birlikdə bu addımları atmalı, qrand layihə  elan etməlidirlər. Həm də bütün bunlar təhsil ictimaiyyəti ilə birlikdə həyata keçirilməlidir. Bu sahədə maarifləndirici işlər mütləq gücləndirilməlidir".

 

Uşaqların dünyaya baxışı sürətlə dəyişir

 

İstənilən halda valideynlər uşağın sosial şəbəkədə səhifəsini, onların dostlarının siyahısını görməli, vaxtaşırı ona nəzər yetirməlidir. Şərt deyil ki, nəzarət birbaşa profildən edilsin. Eyni zamanda dostluğunda olan insanların kim olduğunu bilməlidirlər.

Hər bir ailənin öz mühiti, öz qaydaları var ki, onları nəzərə almamaq olmaz. Amma yazılmış, illərin sınağından çıxmış nümunələr, hər bir uşağın öz xarakteri və psixoloji durumu var. Burada etibar, qarşılıqlı güvən ən əsas məqamdır. Unutmaq olmaz ki, 10-14 yaşlı uşaqların dünyaya baxışı artıq hər gün, hər saat dəyişir. Valideyn onunla həm mənəvi, həm də fiziki baxımdan birlikdə olmalıdır.

Övladınız sosial şəbəkədə özünə səhifə açdığı zaman onun yanında olmalı və bu işdə ona yardım etməliyik. Yaxşı olar ki, ona spamın nə olduğunu və ona necə reaksiya verməyi başa salaq, gizlilik funksiyalarını birgə quraşdıraq ki, səhifədəki məlumatları hər kəs deyil, yalnız dostlar görsün. Uşağın ev ünvanını, telefon nömrəsini və digər şəxsi məlumatları qeyd etməsinə icazə verməməliyik. Onlara bu cür təhlükəsizlik tədbirlərinin səbəbini anlatmalıyıq.

Xüsusən gənclər yeni fikirlərə meyilli olurlar. Lakin həyat təcrübələri az olduğu üçün hər hansı təhlükə ilə üz-üzə qaldıqda doğru qərar verə bilmirlər. Dostlarının cəmiyyət içində etdiklərindən təsirlənirlər. Ətrafındakı insanlardan əldə etdiyi məlumatlara tənqidi yanaşmırlar. Sosial şəbəkələrin hər hansı birində gördüyü anket, üzvlük və sairə üçün haqlarında istənilən bütün məlumatları tərəddüd etmədən verirlər.

 

Sosial şəbəkələr uşaqların xoşbəxtlik hissini 14 faiz azaldır

 

Böyük Britaniyanın "The Times" qəzetində dərc olunan xəbərə görə, sosial şəbəkələrdə daha çox vaxt keçirən uşaqlar, daha az vaxt keçirənlərlə müqayisə edildikdə ikincilər dərsləri, məktəbləri, görünüşləri, ailələri və ümumilikdə həyatları haqqında bədbin olmalarına baxmayaraq, dostların əhatəsində özlərini daha xoşbəxt hiss edirlər.

Qəzetin təhsil üzrə redaktoru Rosemar Bennetin yazdığına görə, sosial şəbəkədə bir saat vaxt keçirmək uşaqların xoşbəxtlik hissini 14 faiz azaldır. Ekspert sosial şəbəkələr qarşısında bir sıra tələblər qoyub. Onun fikrincə, sosial şəbəkə saytlarının mütləq iki versiyası olmalıdır: böyüklər və uşaqlar üçün. Bu şəbəkələr yeniyetmələrdə öz xarici görünüşü ilə bağlı ciddi komplekslər yaradır, depressiyanın inkişafına təkan verir. Yeniyetmələr və cavanlarda asılılıq yaradır, adi həyatda münasibətin qurulmasını çətinləşdirir, ailədə münasibətlərin pozulmasına səbəb olur.

Bu problemin başqa bir narahatedici məqamı da var. Virtual məkanda müxtəlif qruplar yad ideologiyaların təbliği ilə fəal şəkildə məşğul olurlar. Bu isə uşaqların tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir. Gələcəyimiz olan uşaqlar, təəssüflər olsun ki, sosial şəbəkələrə üzv olmaqla, sosial qruplarda iştirak etməklə zərərli təbliğat mexanizminin təsiri altına düşürlər. Tədricən onların psixoloji durumunda dəyişikliklər baş verir. Bəzi mənfi cərəyanların təsiri altında olan uşaqların nəinki  psixologiyasında dəyişikliklər olur, həmçinin onlardan öz məqsədləri üçün istifadə də edə bilirlər. Həmin qruplar qadağan olunmuş materialların yayılmasında uşaqlar, yeniyetmələr arasında dünyagörüşü, düşüncəsi dayanıqlı olmayan qurbanlarını axtarır və tapırlar da. Düşüncə tərzi, şüuru tam formalaşmamış uşaq və ya yeniyetmə istər-istəməz təsir altına düşür, bu və ya digər formada qurbana çevrilir. Düzünü desək, təbliğat özü düşünülmüş bir siyasətdir.

Uşaqlar bizim gələcəyimizdir. Onların taleyi üçün valideynlər məsuliyyət daşıyırlar. Əgər uşaqların, gənclərin ruhu şumlanmamış tarla kimi saxlansa, oradan ancaq alaq otu və tikan toplamaq olar. Fidanlarımızı elə böyüdüb, tərbiyə etməliyik ki, Vətəninə, millətinə, xalqına layiq olsunlar. Addımlarını düzgün atıb, büdrəmədən irəliləsinlər.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!