03 İyul 2022 00:27
2036
Mədəniyyət
A- A+
Şərqin ilk heykəltaraş qadını

Şərqin ilk heykəltaraş qadını

 

Azərbaycanda hakimiyyəti möhkəmləndirməyə çalışan bolşeviklər savadsızlıqla mübarizə aparır, qadınların çadralarını atmaları, təhsil almaları uğrunda böyük işlər həyata keçirirdilər. Zivər xanım belə bir dövrdə ilk sənət əsərlərini yaradırdı...

 

Arzuların işığına doğru...

 

1902-ci il iyunun 14-də Bakı şəhərində dünyaya göz açdı. "Müqəddəs Nina" qızlar gimnaziyasında təhsilə başlayanda yeddi yaşındaydı. Zeynalabdin Tağıyevin maddi yardımı ilə fəaliyyət göstərən bu məktəbdə dövrün savadlı, mütərəqqi fikirli müəllimlərindən dərs aldı.

Atası Nəcəfqulu Tağıyev sahibkar idi. Zivər xanım maddi ehtiyaclardan uzaq olan bir ailədə böyüyürdü. Ancaq onun ən böyük xoşbəxtliyi atasının müasir fikirli, uzaqgörən insan olması idi. Nəcəfqulu Tağıyev övladlarının yalnız rahatlıq, bolluq, firavanlıq içərisində yaşamalarına çalışmırdı. Onlar üçün həm də mənəvi kömək, arxa, dayaq idi. Nəcəfqulu Tağıyev uşaqlarının tərbiyəsi ilə ciddi məşğul olur, yaxşı təhsil almaları, dünyagörüşlərinin formalaşması üçün əlindən gələni əsirgəmirdi. Zivər xanımın istedadını duya bilən Nəcəfqulu Tağıyev onun arzularının həyata keçməsinə səy göstərdi.

XX əsrin əvvəlləri idi. Bakıda musiqi və rəssamlıq məktəbləri fəaliyyətə başlayırdı. Nəcəfqulu Tağıyev o zaman qızının arzularını dinləməli oldu... Zivər xanım sonralar o günləri belə xatırlayardı: "Müasir dünyagörüşünə malik olan atam Avropa üslubunda geyinirdi. Onda gözəlliyi görüb duymaq, onu qiymətləndirmək bacarığı var idi. Kiçik bacımla "Müqəddəs Nina" qızlar məktəbində oxuyurduq. Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim". Bu, Zivər xanımı zirvəyə aparacaq, adını yalnız Azərbaycanda deyil, bütün Şərqdə birinci edəcək sənət yolunda atdığı ilk addım idi. Rəssamlıq kursuna daxil olan Zivər xanım çox keçmədi ki, istedadı ilə müəllimlərinin diqqətini cəlb etdi.

Kursu bitirdikdən sonra 1920-ci ildə seçdiyi sənəti daha dərindən öyrənmək üçün Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbinə daxil oldu. O, Dövlət Türk Musiqi Məktəbinə skripka bölməsinə də qəbul edildi. Eyni zamanda iki məktəbdə təhsil alan Zivər xanım həm heykəltaraşlıq, həm də musiqi sənətinin peşəkarı oldu.

Nəinki Azərbaycan, bütün Şərq mədəniyyəti tarixində ilk qadın heykəltaraş olan Zivər xanım həm də gözəl skripka ifaçısı idi. Musiqi duyumu, qabiliyyəti və bu sahədə aldığı təhsil ona skripka ifaçısı kimi ad-san qazandırdı. Zivər xanım böyük pedaqoq Üzeyir bəy Hacıbəylinin mühazirələrinin dinləyicisi olmuşdu. 1922-ci ildən isə Üzeyir bəyin yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripkaçı kimi fəaliyyət göstərdi. 1923-cü ildə "Arşın mal alan" operettasının ilk tamaşasında əsas ifaçılardan biri də Zivər xanım idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli öz skripkasını ona bağışladı.

 

Gözəllik duyğusu ilə yaradılan əsərlər

 

Zivər xanım hələ tələbəlik illərində aktyor, rejissor, pedaqoq, teatr xadimi Hüseynqulu Sarabskinin büstünü yaratdı. O, Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbində təhsilini 1924-cü ildə başa vurdu. S.D.Erziya və P.V.Sabsayın emalatxanasında çalışdı.

Zaman keçdikcə portret ustası kimi püxtələşdi. Müxtəlif illərdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların abidələrini hazırladı.

Onun zəngin portretlər qalereyasında sevimli müəllimlərinin daşlaşmış surətləri də var.  Fəxri xiyabanda tanınmış rəssam, pedaqoq Əzim Əzimzadənin məzarı üzərindəki abidənin müəllifi Zivər xanımdır. O, digər sevimli müəlliminin - Üzeyir bəy Hacıbəylinin də portretini böyük ehtiramla, məhəbbətlə hazırladı, onun büst və heykəlini yaratdı. Heykəltaraş 1950-ci ildə dahi bəstəkarın daş portretini  naturadan işlədi.

1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurdu. Qızı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə istedadlı heykəltaraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəldi.

Həbib Məmmədov N.E.Bauman adına Moskva Texniki Universitetində oxuduğu illərdə Zivər xanım da Bakını tərk etmək məcburiyyətində qaldı. O, Moskvada yaşadı. Xalq Komissarları Sovetində korrektor-tərcüməçi vəzifəsində çalışdı. Bir müddət sonra Azərbaycana döndülər. Zivər Məmmədova yenidən böyük əzmlə yaradıcılığını davam etdirdi.

1930-1940-cı illərdə pəhləvan Sali Süleymanın, Böyük Vətən müharibəsi qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin və başqalarının daş portretlərini yaratdı. O, ilk təyyarəçi qadınlardan olan Leyla Məmmədbəyovanın, pambıqçı Bəsti Bağırovanın büstlərini də böyük sevgi və peşəkarlıqla hazırladı. Görkəmli heykəltaraş Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işlədi. Ona uğur qazandıran əsərləri arasında "Kolxozçu qadın" (gips, 1940), "Qız gəlincik ilə" (dekorativ fiqur, çini, şirəüstü naxış, 1950), "Rəqqasə" (dekorativ fiqur, çini, şirəüstü naxış, qızılla zərləmə, 1954) və başqaları da var.

Zivər Məmmədovanın əsərlərinin əksəriyyəti gözəl heykəltaraşlıq nümunələridir. O, sənətini çox sevən, ona ürəkdən bağlanan, zəhmətkeş sənətkar idi.  Qızı Gülbəniz xanım onu belə xatırlayır: "Anamı heç zaman işsiz görmürdüm, o, həmişə məşğul olardı, gah heykəl yapar, gah şəkil çəkər, gah toxuyar, gah da skripka çalardı, bir sözlə, məşğuliyyətsiz qala bilmirdi". Oğlu, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatı Tokay Məmmədov isə anasını ona heykəltaraşlığı sevdirən və bu sənətə gəlməsinə həvəsləndirən ilk müəllimi hesab edib.

Ömrü boyu çox çalışan, heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılan, Azərbaycanın birinci heykəltaraş qadını olan Zivər Məmmədova 1980-ci il aprelin 22-də bu dünyadan köçüb getdi. Ancaq  rəngarəng yaradıcılığı onun adını mədəniyyət tariximizə əbədi yazdı.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!