02 Fevral 2026 09:42
450
SİYASƏT
A- A+
Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır  

Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır  


“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.  Ulu Öndər Heydər Əliyevin gənclərimizin qarşısında müəyyənləşdirdiyi bu vəzifə vətənpərvər nəslin yetişməsinə təkan oldu. Təsadüfi deyil ki, 1993-cü ildən etibarən gənc nəslə xüsusi diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ümumilli Liderin  azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.  Son 33 ildə hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməkdədir.

Gənclərin potensialından səmərəli istifadə olunması, 

onların beynəlxalq təmsilçiliyinə dəstək müasir, müstəqil Azərbaycanın inkişafını təmin edən əsas faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb. 

Bu gün dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir.

Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi əsas prioritetlərdəndir.

Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır. 

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da misilsiz töhfəsi var. Belə ki,  Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Fond müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir.

Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimiz və dövlətimizin uğurudur. Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb.

Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi gənclər siyasətinin nəticəsidir.

Bu gün Azərbaycan gənci dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”

Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu isə onu deməyə əsas verir ki, sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır.

Gənclər həm də dövlətin və cəmiyyətin inkişaf təməlidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. 

Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyə çevrilib.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!