12 İyul 2025 14:01
739
DÜNYA
A- A+
Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

Türkiyə 47 ildir ölkə gündəmində olan terror problemindən qurtulur. “Terrorsuz Türkiyə” məqsədinin həyata keçirilməsi istiqamətində real addımlar atılır. PKK terrorçularının tərk-silah edilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Ankaranın Kızılcahamam rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKParti) üzvləri qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 1984-cü ildən sonra Türkiyədə hakimiyyətə gələn bir çox siyasətçi terror təhlükəsinin aradan qaldırılması ilə bağlı vədlər verib, lakin bütün bu əminliklər sözdə qalıb.

Onun sözlərinə görə, əvvəlki hökumətlərin fəaliyyəti problemlərin kəskinləşməsinə səbəb olub. “Terror aktları nəticəsində 50 minə qədər Türkiyə vətəndaşı qətlə yetirilib, 10 min asayiş keşikçisi şəhid olub. Eyni zamanda, terrorçuların əməllərindən dəyən ziyan 2 trilyon dollara çatıb”, - deyə siyasətçi qeyd edib.

Ərdoğan vurğulayıb ki, AKParti öz hakimiyyətinin ilk günündən (2002-ci il noyabrın 3-dən) Türkiyənin təhlükəsizliyini və müdafiəsini gücləndirmək, o cümlədən müdafiə sənayesinin inkişafına diqqət yetirmək üzrə tarixi addımlar atıb. O qeyd edib ki, terrorçuların əsl məqsədi Türkiyəni zəiflətmək və milli zəmində nifaq salmaqdır.

Siyasətçi türkləri, kürdləri, ərəbləri və Türkiyədə yaşayan bütün digər millətlərin nümayəndələrini güclü ölkə naminə həmrəyliyə, birləşməyə çağırıb. “Bütün problemlər zorakılıq, silah və terror hücumları ilə deyil, dialoq yolu ilə müzakirə edilməlidir. Məhz bu, Türkiyənin tərəqqisi və güclənməsi yoludur”, -deyə Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın sərhədyanı ərazilərində keçirdiyi antiterror əməliyyatları ölkənin dövlət sərhədinin qorunmasına və terrorçuların zəiflədilməsinə imkan verib. “Türkiyə ordusu terrorçulara qarşı yerli silahlardan istifadə edib ki, bu da Ankaranın xarici təchizatçılardan asılılığını azaldıb və əməliyyatların effektivliyini artırıb. Terrorçular artıq Türkiyədə mülki şəxslərə ciddi ziyan vura və ya rəsmi strukturların ofislərinə hücum edə bilmirlər", -deyə Prezident bildirib. O, terror probleminin aradan qaldırılması üçün qanunvericilik addımlarını nəzərdən keçirəcək parlament komissiyasının tezliklə yaradılacağını açıqlayıb.

Türkiyə Prezidenti terror probleminin qonşu ölkələrin, o cümlədən Suriyanın gündəmindən çıxarılacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

Türkiyədə 1 tondan çox narkotik maddə aşkarlanıb, saxlanılan var  

17:21
11 Mart

Baderschneider: Azərbaycan fəaliyyətə hazır koalisiyaların formalaşdırılmasında çox mühüm rol oynaya bilər  

16:30
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!