16 Aprel 2025 01:18
1224
Fərmanlar
A- A+
"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə

"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844(Cild I) ilə təsdiq edilmiş "Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci hissənin birinci cümləsində "Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq qiymətləndirilərək qiymətləndirmə aktı tərtib edilir" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilir" sözləri ilə əvəz edilsin;

1.2. 6-cı hissənin ikinci cümləsindən "və özəlləşdirmə qiymətləri dəqiqləşdirilir" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529;2025, № 1, maddə 23; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə "Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilsin;

2.2. 5.4-cü bənd üzrə:

2.2.1. birinci abzasın ikinci cümləsindən "işləyib" sözü çıxarılsın;

2.2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"müəssisənin əmlakının inventarlaşdırılması haqqında akt və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirici tərəfindən hazırlanmış qiymətləndirmənin nəticələri haqqında hesabat;";

2.2.3. yeddinci abzasdan "və qiymətləndirilməsi" sözləri çıxarılsın;

2.3. 6.10-cu bəndin birinci abzasından "və qiymətləndirilməsi" sözləri çıxarılsın;

2.4. 7.4.1-ci yarımbəndin birinci abzasının birinci cümləsinə "yenidən" sözündən sonra "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri əlavə edilsin.

3. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları"nın 7-ci hissəsində "qüvvədə olan qanunvericiliyə müvafiq" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun" sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"nin 6-cı hissəsində "qüvvədə olan qanunvericiliyə müvafiq" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun" sözləri ilə əvəz edilsin;

3.3. həmin Fərmanla təsdiq edilmiş "Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi Qaydaları"nın 3.4-cü bəndində "qüvvədə olan qanunvericiliyə müvafiq" sözləri "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun" sözləri ilə əvəz edilsin.

4. "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26) 5-ci hissəsi ləğv edilsin. 

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.13-cü yarımbənddən "müstəqil" sözü çıxarılsın;

5.2. 4-cü hissə üzrə:

5.2.1. 4.7-ci bəndin ikinci cümləsində"qiymətləndirmə aktını" sözləri "qiymətləndirmənin nəticələri haqqında hesabatı" sözləri ilə əvəz edilsin;

5.2.2. 4.8-ci bəndin birinci cümləsində "Qiymətləndirmə aktı" sözləri "Qiymətləndirmənin nəticələri haqqında hesabat" sözləri ilə əvəz edilsin;

5.3. 7.1.4-cü yarımbənddə "qiymətləndirmə aktının" sözləri "qiymətləndirmənin nəticələri haqqında hesabatın" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263, № 10, maddə 1124) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 5.4.6-cı yarımbəndində "və qiymətləndiricilərlə" sözləri ", qiymətləndiricilər və ya qiymətləndirici təşkilatlarla" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 fevral tarixli 321 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.0.2-ci yarımbənddən "müstəqil" sözü çıxarılsın; 

7.2. 5.4-cü bənddə "qiymətləndirmə aktı" sözləri "qiymətləndirmənin nəticələri haqqında hesabat" sözləri ilə əvəz edilsin;

7.3. 8.1.2-ci yarımbənddən "müstəqil" sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 998) ilə təsdiq edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1.3-cü yarımbəndə "qiymətləndirici" sözündən sonra "(qiymətləndirici təşkilat)" sözləri əlavə edilsin;

8.2. 6.1.3-cü yarımbəndə "qiymətləndiricinin" sözündən sonra "(qiymətləndirici təşkilatın)" sözləri əlavə edilsin;

8.3. 8-ci hissə üzrə:

8.3.1. 8.6-cı bəndin birinci abzasına "Qiymətləndiricilər" sözündən sonra "(qiymətləndirici təşkilatlar)" sözləri əlavə edilsin;

8.3.2. 8.6.1-ci yarımbənddə "qiymətləndirmə aktlarını" sözləri "qiymətləndirilməsinin nəticələri haqqında hesabatı" sözləri ilə əvəz edilsin;

8.4. "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnaməyə Əlavə"nin adına "qiymətləndiricilərin" sözündən sonra "(qiymətləndirici təşkilatların)" sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli və 11 mart tarixli 349 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.47-ci yarımbəndindən "qiymətləndirilməsini və" sözləri çıxarılsın.

10. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 577 (Cild I) ləğv edilsin. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konqres Trampın müharibə səlahiyyətləri qətnaməsini bloklayıb

14:03
24 İyun

Sabah hava əsasən yağmursuz olacaq

14:02
24 İyun

Təl-Əviv: İran atəşkəs rejimini pozarsa, cavabını alacaq  

14:02
24 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

13:53
24 İyun

Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qovuşuruq

13:52
24 İyun

Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün: Sevinirəm ki, nəvələrim Qarabağda böyüyəcəklər  

13:33
24 İyun

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB - 3 

13:14
24 İyun

Böyük Qayıdış: Ağdərə və Ağdam rayonlarına növbəti köç yola salınıb

13:01
24 İyun

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun müasir səviyyədə qurulması Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu gücləndirir  

12:59
24 İyun

Azərbaycan ilə Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcəklər  

12:51
24 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışında iştirak ediblər  

12:41
24 İyun

Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək  

12:36
24 İyun

Emin Əmrullayev: 2025–2026-cı tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına mindən çox müraciət daxil olub  

12:29
24 İyun

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb  

12:23
24 İyun

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

12:15
24 İyun

Cey Di Vens: ABŞ-ın zərbələrindən sonra İran nüvə silahı hazırlaya bilməz

12:12
24 İyun

MDB ölkələrinin III Oyunlarının boks yarışları Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək

12:11
24 İyun

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

12:09
24 İyun

DİN qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

11:53
24 İyun

ABŞ-da rekord səviyyədə istilər qeydə alınıb

11:52
24 İyun

Alimlər dünyada ən nadir yeni qan qrupunu aşkarlayıblar - TƏDQİQAT

11:46
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!