23 İyun 2026 15:36
128
CƏMİYYƏT
A- A+
Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir

Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir


İyunun 23-də Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Baş Prokurorluğun rəhbərliyi, prokurorluq orqanlarının struktur qurumlarında çalışan və veteran dövlət qulluqçuları iştirak ediblər.

Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, günün əhəmiyyətindən bəhs edib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü BMT-nin Dövlət Qulluğu Günü elan edilib. Bu nəzərə alınaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis olunub.

Elçin Məmmədov dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetmə sistemində həyata keçirilən islahatların dövlət qulluğunun daha da təkmilləşdirilməsinə, şəffaflığın, peşəkarlığın və vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini bildirib.

Daha sonra çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə, cinayətkarlığa qarşı mübarizəyə, insan hüquq və azadlıqlarının qorunmasına, sənəd dövriyyəsinin təşkilinə, insan resurslarının idarə olunmasına, maliyyə, informasiya texnologiyaları və digər istiqamətlər üzrə işlərin operativ və keyfiyyətli həyata keçirilməsinə mühüm töhfələr verirlər.

Çıxışlarda dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılmasının, etik davranış qaydalarına riayət edilməsinin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, ölkədə dövlət qulluqçularının sayı 27 min nəfərdir və onların 31,4 faizini qadınlar təşkil edir. Prokurorluq orqanlarında isə 624 dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların da 39,4 faizi qadınlardır. Eyni zamanda, dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıdan, habelə dövlət qulluğunun səmərəli və məsuliyyətli həyata keçirilməsi üçün müəyyən edilmiş prinsiplərdən bəhs olunub.

Tədbirdə çıxış edən dövlət qulluqçuları və veteranlar dövlət qulluğunun inkişafı, bu sahədə çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və peşə fəaliyyətləri üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa isti hava dalğası ilə mübarizə aparır

18:37
23 İyun

ADY Çindən yeni sərnişin lokomotivləri alır

18:23
23 İyun

Donald Tramp finala qədər Dünya Kuboku oyunlarını izləməyəcək 

18:20
23 İyun

Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır

18:15
23 İyun

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

18:06
23 İyun

Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”da dəyişiklik edib

18:03
23 İyun

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

17:55
23 İyun

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

17:47
23 İyun

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

17:47
23 İyun

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

17:31
23 İyun

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

17:23
23 İyun

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib  

17:15
23 İyun

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

17:13
23 İyun

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

17:11
23 İyun

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

17:01
23 İyun

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir

16:57
23 İyun

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb

16:49
23 İyun

Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub

16:47
23 İyun

Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında uğurla inkişaf edir

16:44
23 İyun

Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır  

16:43
23 İyun

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır  

16:36
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!