07 Oktyabr 2023 14:16
11405
Səhiyyə
A- A+
Payız depressiyasından xilas olmağın yolları

Payız depressiyasından xilas olmağın yolları

 

Payız kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan fəsildir. İlin bu vaxtı təbiətdə baş verən dəyişikliklər, yarpaqların saralıb tökülməsi, gündüzlərin qısalıb, gecələrin uzanması, günəş şüalarının hərarətinin zəifləməsi kimi dəyişikliklər istər-istəməz insanlara təsir göstərir, mövsümi depressiya yaradır. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəssizlik kimi hisslər gətirir. Fəsil depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır. Mütəxəssislər qeyd edirlər ki, payız depressiyası enerji itkisi, iştahasızlıq, yuxu pozuntusu, halsızlıq kimi hallarla özünü büruzə verir. Adətən həmin simptomlar payızın sonu və ya qışın əvvəlində başlayır, yaz aylarına doğru isə get-gedə azalır.

Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv hallar müşahidə edildiyini söyləyirlər. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Fəsil depressiyası oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əməklə məşğul olanlar, passiv həyata meyilli olanlarda daha çox müşahidə edilir. Payız depressiyasına düşənlər gecələr uzandıqca, gündüzlər qısaldıqca yatmaq istəyirlər. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar. Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur. Ona görə də ilk növbədə, fiziki aktivliyi qorumaq, hər gün hava şəraitindən asılı olmayaraq heç olmasa 1 saata qədər təmiz havada gəzmək lazımdır”.

Hər gün açıq havada gəzmək, xüsusilə səhər saatlarında günəş şüaları qəbul etmək, idmanla məşğul olmaq depressiyadan xilas olmaq üçün əsas vasitələrdən sayılır: “İlk növbədə, günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Ən mühüm məsələlərdən biri - vaxtı dörd divar arasında keçirməmək, qohum, dost və yaxınlarla bir məclisdə olmağa üstünlük vermək, yaxud kafedə yaxın dostlarla bir fincan çay içmək tövsiyə olunur. Bu addımlar bəzən bir psixoloqun seansı qədər faydalı təsir bağışlayır. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Səhərlər fiziki hərəkətlər etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir”, - deyə psixoloq bildirib.

Depressiyadan uzaq olmaq üçün diyetoloqların da tövsiyəsi var. Onlar qidanı tənzimləmək, pəhrizə keçmək, kofein tərkibli və energetik içkilərdən uzaq durmağın faydasını önə çəkirlər. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslaşdırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!