21 May 2025 08:20
556
İQTİSADİYYAT
A- A+
Özəl sektora real dəstək

Özəl sektora real dəstək


Sahibkarlığın İnkişafı Fondu təkcə iki ayda 550-dən çox biznes layihəsinə güzəştli kredit verib


Müasir dünyada güclü iqtisadiyyatın bünövrəsində dayanan əsas sütunlardan biri sahibkarlıqdır. Sahibkar yalnız qazanc əldə edən şəxs deyil, eyni zamanda cəmiyyətin rifahına töhfə verən, yeni iş yerləri yaradan və innovasiyaların cəmiyyətə inteqrasiyasını təmin edən önəmli bir qüvvədir. Lakin sahibkarlığın inkişafı yalnız şəxsi təşəbbüslərlə məhdudlaşmır, bu prosesdə dövlətin dəstəyi həlledici rol oynayır. 

Dövlətin ən mühüm dəstək mexanizmlərindən biri sahibkarlara maliyyə dəstəyidir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu (SİF) bu dəstəyi həyata keçirən əsas qurumdur. Qeyd edək ki, fondun məqsədi Azəbaycanda sahibkarlığı inkişaf etdirmək, biznes fəaliyyətini stimullaşdırmaq və yeni iş yerləri yaratmaqda biznesmenlərə yardım etməkdir. Fond vasitəsilə sahibkarlara aşağı faizli, uzunmüddətli və güzəştli kreditlər təqdim olunur. Bu kreditlər kənd təsərrüfatı, sənaye, turizm, xidmət sektoru, innovativ və startap layihələrə yönəldilir. SİF regionların inkişafına xüsusi önəm verir. Məhz buna görə də regionlarda fəaliyyət göstərən sahibkarlar üçün xüsusi güzəştli kredit proqramları mövcuddur.

Biznes-planların hazırlanmasına dəstək verən SİF həm də sahibkarlara investisiya layihələrinin formalaşdırılmasında kömək edir. Maarifləndirici tədbirlər, seminarlar və təlimlər də SİF-in yardımı ilə baş tutur. Bütün bunlar müəyyən vəsait tələb edən layihələrdir ki, onu da SİF reallaşdırır. Faktlara müraciət edək. SİF tərəfindən 2025-ci ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Məhz həmin kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin (o cümlədən aqrar emal), 3,5 faizi isə digər sahələrin payına düşüb.

SİF-in məlumatına görə, güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi regionlardadır. Burada sahibkarlar əsasən kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, emal və xidmət sahələrində fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektləri Azərbaycanda iqtisadi inkişafın mühüm tərkib hissəsi olduğu üçün dövlət bu sahəyə xüsusi diqqət yetirir. Məhz bu dəstək işsizliyin azaldılmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində, yerli resurslardan səmərəli istifadədə və bölgələrarası inkişaf fərqinin aradan qaldırılmasında böyük rol oynayır. Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 96,5 faizi, həmin kreditlərin ümumi məbləğinin isə 75 faizə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. 

Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı da ölkənin iqtisadiyyatında mühüm yer tutur. Bu biznes subyektləri ümumi sahibkarlıq strukturunun böyük bir hissəsini təşkil edir və regionların sosial-iqtisadi inkişafında xüsusi rol oynayır. Kiçik və orta biznesin (KOB) də dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi diqqətdən kənarda qalmır. Belə ki, yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur. Həmin subyektlərə dəstək verən qurumlardan olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara təşkilati, hüquqi və məsləhət xidməti göstərən mühüm qurumlardandır. KOBİA-nın təşəbbüsü ilə keçirilən təlimlər və seminarlar biznes biliklərinin artırılmasına yönəldilir. Agentlik sahibkarlara genişspektrli xidmət təqdim etməklə yanaşı, onların dövlətlə əlaqələrini asanlaşdırır və biznes mühitinin şəffaf şəkildə inkişafına təkan verir.

Sahibkarların hüquqlarının müdafiəsi ilə yanaşı, KOBİA startaplara, gənc və qadın sahibkarlara xüsusi proqramlar, qrantlar təklif edir. KOB evləri vasitəsilə sahibkarlara dövlət xidmətləri təqdim olunur, həmçinin yerli sahibkarların xarici bazarlara çıxışı təşviq edilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. Bunların sayəsində indi regionlarda biznes fəaliyyəti canlanıb, kiçik və orta biznesin dövlətə çıxışı asanlaşıb, sahibkarlar arasında məlumatlılıq irəliləyib, gənc və qadın sahibkarların sayı artıb.

Sənaye parkları, aqroparklar və texnoparkların yaradılması sahibkarlığın inkişafında yeni mərhələ yaradır. Sənaye zonalarında sahibkarlara torpaq, su, enerji və digər resurslar münasib şərtlərlə təqdim edilir. Deyilənlərə sahibkarlığın ixrac potensialının dövlət tərəfindən təşviqini də əlavə etsək, mənzərə aydın olur. Bu mənzərəni daha aydın göstərən İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO). 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilən AZPROMO qeyri-neft sektorunun inkişafını dəstəkləyən və ölkə məhsullarının beynəlxalq bazarlara çıxışını asanlaşdıran, tanıdılmasını təmin edən və xarici investorlarla əlaqələrin qurulmasına yardım göstərən dövlət qurumudur. Təsisat sahibkarların beynəlxalq sərgilərdə iştirakını təmin etməklə yanaşı, "Made in Azerbaijan" brendini xarici bazarlarda tanıdır. İxracla məşğul olan sahibkarlara logistik, marketinq və maliyyə dəstəyi göstərilir.

Göründüyü kimi, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı və çoxşaxəli dövlət dəstəyi mövcuddur. Bu dəstək sayəsində sahibkarlar daha əlverişli şəraitdə fəaliyyət göstərə bilir, ölkənin iqtisadi potensialı güclənir, yeni iş yerləri açılır. Dövlət dəstəyinin davamlı və məqsədyönlü şəkildə aparılması isə gələcəkdə rəqabətqabiliyyətli və innovativ sahibkarlıq mühitinin formalaşmasına şərait yaradacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!