24 Fevral 2024 08:25
565
İQTİSADİYYAT
A- A+
Orqanik, sağlam və dadlı...

Orqanik, sağlam və dadlı...

 

"Made in Azerbaijan" brendli quru meyvə və çərəzlərimizə xarici bazarlarda tələbat artır

 

Bu gün Azərbaycanda dövlət müəssisələri ilə yanaşı, özəl sektorun da inkişafına xüsusi diqqət göstərilir. Eyni zamanda neft ölkəsi kimi tanınan ölkəmizin qeyri-neft sənayesinin də tərəqqisi istiqamətində davamlı işlər görülür. Bu sahədə sahibkarlara dəstək verilməsi, onlara müəyyən güzəştlərin nəzərdə tutulması, digər stimullaşdırıcı tədbirlər müxtəlif sənaye sahələrinin inkişafına bir təkandır.
Bu baxımdan Prezident İlham Əliyevin sərəncamlarına əsasən yaradılmış Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi istiqamətindəki fərmanları böyük əhəmiyyət  kəsb edir. 

 

20-dən çox çeşiddə keyfiyyətli məhsul

 

Baş çəkdiyimiz müəssisə də dövlət dəstəyi ilə yeni texnologiyalar alaraq biznesini genişləndirir və təkmilləşdirir. Bu, "Made in Azerbaijan" brendinin formalaşmasında, xarici bazarda Azərbaycan məhsullarının tanıdılmasında, özünəməxsus və orqanik məhsulların istehsalı ilə fərqlənən "Crıspa Snacks"dir. Müəssisə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmindən yararlanaraq fəaliyyətini genişləndirib. Fondun 5 faizli güzəştli kreditindən yararlanan şirkət 2018-ci ildən fəaliyyət göstərir.
Müəssisədə "Crıspa" və "Labulab" adı altında 20-dən çox çeşiddə məhsul istehsal olunur. Yerli bazarı quru meyvə və ənənəvi olmayan çərəzlə təmin edən şirkətin məqsədi həm də keyfiyyətli Azərbaycan məhsullarını xarici bazarda tanıtmaqdır.  
Müəssisə İsrail, Dubay, Qətər, Rusiya və bir sıra Avropa ölkələrinə məhsullarını ixrac etsə də, bununla kifayətlənmək istəmir, xarici bazarlara çıxışını daha da genişləndirmək istəyir və bu istiqamətdə müəyyən işlər görür. Xüsusən Rusiyaya davamlı ixracı təmin etmək məqsədilə Moskvada keçiriləcək sərgidə Azərbaycan pavilyonunda yer almağa çalışır. 
Müəssisədə istehsal prosesini müşahidə edirik. Şirkətin prioriteti xammaldan keyfiyyətli məhsul istehsal etməkdir. 

 

Məhsulun keyfiyyəti meyvənin sortundan asılıdır

 

Prosesi izləmək üçün ilk olaraq filterlənmiş suda yuyulan almaların olduğu vannaya yaxınlaşırıq. Yuyulan meyvələr sonra dilimləmə, soyma və özək çıxarma avadanlığına keçir. Daha sonra dilimlənmiş almalar işçilər tərəfindən paslanmaz çəlikdən hazırlanan qablara yığılaraq, çeşidinə uyğun üzərinə ədviyyatlar əlavə olunaraq qurutma avadanlığına ötürülür. Bu avadanlıqlar da ən son texnologiyalara əsaslanaraq paslanmaz çəlikdən hazırlanıb. 
Ümumiyyətlə, istehsalatda istifadə olunan texnologiyalar Almaniya, İtaliya, Türkiyə və Çindən gətirilib. Hazırda müəssisədə üç meyvə qurutma avadanlığı fəaliyyət göstərir ki, bununla da aylıq 2-3 konteyner, hətta daha çox məhsul istehsal etmək mümkündür.  
Müəssisənin icraçı direktoru Nahid Cabbarov deyir ki, keyfiyyətli məhsulun əldə olunması üçün meyvənin eyni sortda olması vacibdir: "Buna diqqət yetirərək məhsulun keyfiyyətini daim qoruyub saxlayırıq. Bu da ən böyük üstünlüyümüzdür. Müəssisədə həftəlik, aylıq istehsal planlamasını əvvəlcədən müəyyənləşdiririk". 

 

Heç bir kimyəvi qatqı olmadan qurudulan meyvələr

 

Müəssisədə almalı çipslərin hazırlanması prosesini müşahidə edirik. Burada mövsümdən asılı olaraq digər meyvələrin də qurudulması prosesi həyata keçirilir. Mövsümi meyvələr isə xüsusi xarakter daşıyır. Doğrudur, indi bütün fəsillərdə marketlərdə, demək olar ki, istədiyimiz meyvəni tapa bilirik. Lakin "meyvəni mövsümündə yeyərlər" deyiminə əsasən sağlam, təbii məhsullardan dadmaq üçün onun mövsümünü gözləməliyik. 
Bu müəssisə də həm xammalın qiymətini nəzərə alaraq, həm də təbii, sağlam qida əldə olunması baxımından hər meyvənin mövsümündə qurudulmasına üstünlük verir. Əlbəttə ki, sağlam qida faktoru günümüzdə ən önəmli amillərdən biridir. "Bütün xəstəliklər yediyimiz qidalardandır" fikrini tez-tez eşidirik. Bu baxımdan insanlar sağlamlıqlarının qorunması üçün son illər xüsusən təbii qidalara üstünlük verirlər. Doğrusu, orqanik məhsulların qiyməti digərləri ilə müqayisədə daha yüksək olsa da, öncə sağlamlıq gəlir deyə pulumuzdan da keçməyə razı oluruq ki, təbii məhsullardan dadaq. 

 

Bir dəqiqədə 60 ədəd məhsul qablaşdırmaq mümkündür

 

"İnsanların sağlamlığını qorumağa çalışmaq" bu müəssisənin əsas missiyalarından biridir.  Elə ona görə də heç bir kimyəvi qatqı olmadan meyvələri qurudurlar. Bizə məlumat verildi ki, Azərbaycana daha çox xaricdən meyvə quruları idxal olunur ki, onların da əksəriyyəti təbii deyil, müxtəlif kimyəvi qatqıları olan məhsullardır. Bu məhsullar çəki ilə satıldığından istehsal və yararlılıq müddəti də bilinmir. Onlara digər maddələr əlavə olunduğundan çəkiləri ağır gəlir. Digər tərəfdən qiymətləri aşağı olduğu üçün istehlakçılar xarici məhsul adı ilə daha çox onu alırlar. Şirkət məhsullarının istifadə müddəti bir ildir. Hər hansı kimyəvi qatqılar olduğu halda bu müddəti uzatmaq olar. Ümumiyyətlə, bir məhsulun xarab olma müddəti onun içindəki su aktivliyindən asılıdır. Yəni məhsulda nəm faizi nə qədər çoxdursa, oksigenlə əlaqəyə girərək daha tez  xarab olur. 
İstehsal prosesini izlədikdən sonra isə qablaşdırma zonasına keçirik. Müəssisə istehsal etdiyi məhsulları özü qablaşdıraraq satışa göndərir, eyni zamanda bəzi xarici məhsulların distribütorluğunu da həyata keçirir. Proseslə bağlı bizə istehsal və texniki işlər üzrə direktor Samir İbrahimov məlumat verir. Bəlli olur ki, öncə üzlük hazır vəziyyətə gətirilir və paket əmələ gəlir. Məhsulun istehsal tarixi və yararlılıq müddəti aparat vasitəsilə paketin üzərinə qeyd olunur. Paketləməyə hazır avadanlığın bunkerindəki meyvə quruları paketə tökülür, daha sonra paketin içindən oksigen çıxarılaraq nitrogen qazı vurulur. Bu proses çox ani baş verir. Ağzı bağlandıqdan sonra çəkinin dəqiqliyinə riayət etmək üçün məhsullar avadanlığın tərəzisindən keçir. Standart çəkiyə uyğun olmadıqda avadanlıq məhsulu kənarlaşdırır".
Avadanlıqların istehsal gücü isə məhsulun çəkisinə görə fərqlənir. Bir dəqiqədə 40 ədəd 30 qramlıq, 20 ədəd 100 qramlıq məhsul qablaşdırmaq mümkündür. 
Məhsulların keyfiyyətə uyğunluğu həm xammaldan, həm də hazır məhsuldan nümunələr götürülərək laboratoriyada keyfiyyəti yoxlanılır. 

 

Məhsul itkiyə getmir - yararlı hissəsi qurudulur, yararsızından təbii şirə hazırlanır

 

"Crıspa Snacks" həm də sıfır tullantı ilə çalışan müəssisələrdəndir. İnkişaf etmiş ölkələrdə geniş yayılan "sıfır tullantı" prinsipini əsas götürən müəssisə bununla həm də ölkəmizdə də belə istehsal prosesinin geniş yayılmasına dəstək verməyə çalışır. 
Quru meyvə istehsalında meyvənin 60 faizi istehsala yararlı olsa da, 40 faizi belə olmur - meyvənin alt, üst hissələri və ya yanlış doğrama nəticəsində. Müəssisədə qalan həmin 40 faiz alma avadanlıqda püre halına gətirilərək hidro presdə sıxılır və təbii alma şirəsi alınır. Bu şirə sobada bəkməz halına gətirilir və digər hissəsi filterlənmiş su ilə qarışdırılaraq alma sirkəsi hazırlanır.  
Qarşıdakı illərdə digər mürəbbələrin də fərqli konseptdə hazırlanması, həmçinin turşu, sous istehsalı planlaşdırılır. Eyni zamanda  müəssisədə həm qablaşdırılmış, həm də açıq şəkil tropik və subtropik meyvə quruları da hazırlanacaq. Bəziləri qablaşdırılaraq, digərləri isə çəki şəklində satılacaq. Sitrus meyvələri yerli bazarda olsa da, tropik məhsullar idxal ediləcək. Bu baxımdan müxtəlif ölkələrdəki təcrübədən istifadə edərək tropik meyvələrin Şri-Lankadan yarıqurudulmuş şəkildə gətirilməsi planlaşdırılır. Həmin meyvələri istənilən formada, keyfiyyətdə yenidən qurudaraq qablaşdırmaq mümkün olacaq.  Bu, daha uğurlu və az maliyyə tələb edən üsuldur. 
Hazırda istehsalda istifadə olunan meyvələr Azərbaycanın şimal bölgəsindən hektarlarla meyvə bağları olan şirkətlərdən alınır. Bunun da əsas səbəbi həmin şirkətlərin sortlama avadanlıqlarının olmasıdır. 

 

Məhsulların saxlanıldığı soyutma sistemi, temperatura diqqət

 

Qablaşdırma prosesini izlədikdən sonra isə məhsulların saxlanıldığı soyutma sistemi ilə təchiz edilmiş otağa daxil oluruq. Məhsullar 18 dərəcədə saxlanılmalı olduğu üçün daim otağın temperaturuna diqqət yetirilir. Buradan isə sifarişə hazırlanaraq birbaşa satışa göndərilir. 
Yerli bazardakı əksər supermarketlərlə çalışan müəssisənin məhsullarını bu ildən həm də pərakəndə satış nöqtələrinə çatdırılması düşünülür, eyni zamanda kinoteatrlar, hotel, restoran və digər obyektlərə də satış planlaşdırılır.
"Made in Azerbaijan" brendinin dünyada tanınması üçün 6 ildir keyfiyyətli məhsul istehsalına çalışan müəssisənin əsas məqsədlərindən biri də ideyaları, hədəfləri  olan,  daim yaxşı fundament formalaşdırmaq istəyən Azərbaycan şirkəti qurmaqdır. Hazırda müəssisədə işin 60-70 faizi avtomatlaşdırılıb, 20-dən çox işçi çalışır. 
Biznesin yazılmamış qanunlarından olan "yerli bazarda satış xərcləri qarşılayır, ixracdan qazanılan isə şirkətin qazancıdır" devizinə əsasən ixracı genişləndirməyi əsas hədəf seçən şirkət bununla bağlı istehlakçılar arasında formalaşmış yanlış fikirləri də dəyişdirmək istəyir. Müəssisə keyfiyyətli, yaxşı məhsulların xarici ölkələrə göndərilməsi, geridə qalan məhsulların yerli bazara satılması fikirlərini kökündən dəyişməyi düşünür və bu istiqamətdə səylərini davam etdirir. Çünki  şirkət ilk növbədə öz ölkəsini, vətəndaşını keyfiyyətli məhsulla təmin etməyi qarşısına məqsəd qoyub. 

Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün BƏƏ 9 ballistik raketin və 50 PUA-nın hücumuna məruz qalıb

15:58
05 Aprel

Nazir Kəmaləddin Heydərov Badamdar yamacında sürüşmə sahəsində yaranmış vəziyyətlə əlaqədar ərazidə olub

14:57
05 Aprel

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:51
05 Aprel

İDMAN Azərbaycan gimnastı qızıl medal qazanıb

14:19
05 Aprel

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

13:07
05 Aprel

Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

11:45
05 Aprel

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib

11:29
05 Aprel

Media: ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib

09:09
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!