10 Fevral 2026 14:13
339
CƏMİYYƏT
A- A+
Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  


Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların mühüm uğurlarından biri olaraq pensiyalarda ildən-ilə artım dinamikası mövcuddur. Dövlətimizin başçısının yeni Sərəncamı həmin artımın davam etməsinə imkan verib və 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bütün növ pensiyalar bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni artımla ölkəmizdə orta aylıq pensiya 543 manatdan 593 manata, yaşa görə orta aylıq pensiya 578 manatdan 632 manata çatıb ki, bu göstəricilər 2018-ci ilə nisbətən müvafiq olaraq 2,8 dəfə və 2,7 dəfə çoxdur.

Həmin artımlarda minimum pensiya artımı ilə yanaşı, hər ilin əvvəlindən indeksləşdirmə əsasında artımların edilməsi mühüm rola malikdir. Məsələn, bu artımlar 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz, 2022-ci ildə 3,4 faiz (pensiyalara maddi yardım əlavə olunmaqla orta pensiya artımı 9 faiz olub), 2023-cü ildə 14,7 faiz, 2024-cü ildə 11,2 faiz, 2025-ci ildə 8,1 faiz və bu il 9,3 faiz təşkil edib.

Pensiyalarda indeksasiya əsasında artımlar üçün əlavə olaraq hər il ayrılan vəsaitlər isə 2020-ci ildə 498,2 milyon manat, 2021-ci ildə 352,84 milyon manat, 2022-ci ildə 117,02 milyon manat, 2023-cü ildə 693,78 milyon manat, 2024-cü ildə 618,09 milyon manat, 2025-ci ildə 506,49 milyon manat və bu il 640 milyon manatdır.

Ümumilikdə isə pensiya təminatı üçün ayrılan illik vəsait 2018-ci illə müqayisədə 2,3 dəfə artaraq bu il 7 milyard 993 milyon manata çatıb.

Digər tərəfdən, işləyən əhalinin gələcək pensiya təminatı üçün dövlət tərəfindən mühüm dəstək olaraq hər il dövlətimizin başçısının Sərəncamı ilə fərdi hesablardakı pensiya kapitalları da artırılır. Məsələn, bu artımlar 2020-ci ildə 2,6 faiz, 2021-ci ildə 2,8 faiz, 2022-ci ildə 6,7 faiz, 2023-cü ildə 13,9 faiz, 2024-cü ildə 8,8 faiz, 2025-ci ildə 2,2 faiz və bu il 5,6 faiz təşkil edir.

Pensiyalarda olduğu kimi, pensiya kapitallarında artım da elektron sistem üzərindən avtomatik həyata keçirilir. Hər bir kəs e-sosial portalında həm öz əməkhaqlarından ayırmalar, həm də hər il indeksasiya hesabına pensiya kapitallarında baş verən artımları izləmək imkanına malikdir.

Həmin artımlar qeyri-formal məşğulluq sahəsində işləyən, özünü sosial sığorta sistemindən kənarda qoyan işçilərə də bir çağırışdır: Əgər əmək müqaviləsi ilə çalışsalar, onlar da gələcək pensiya hüququna sahib olmaq üçün fərdi şəxsi hesablara sahib olar və bu hesablarda toplanan vəsaitlərinin hər il dövlət tərəfindən də indeksləşdirilərək artırılması imkanından faydalanarlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!