21 Oktyabr 2023 13:34
739
CƏMİYYƏT
A- A+
Nazir: “İşğaldan azad edilmiş ərazilərdə 2050-ci ilədək karbon neytrallığı zonasının yaradılmasını hədəfləyirik”  

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə 2050-ci ilədək karbon neytrallığı zonasının yaradılmasını hədəfləyirik”  

 

“İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işləri, ən kreativ yanaşmaların, yaşıl enerji, yaşıl kənd təsərrüfatı, təbiətə dost olan texnologiyaların tətbiqi gənc nəslin potensialının göstərilməsi üçün böyük imkanlar yaradır. Bu ərazilərdə 2050-ci ilədək karbon neytrallığı zonasının yaradılmasını hədəfləyirik”.

AZƏRTAC xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, şübhəsiz ki, gənclər üçün yeni imkanlar açır. Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi, onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir.

“Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kim Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatışmazlığı, digər tərəfdən sel və daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaltmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır. Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər sizin həmyaşıdlarınız olan gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir. Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib” , - deyə Muxtar Babayev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ABŞ, Yaponiya və digər ölkələrin 17 mindən çox hərbçisi Filippində təlimlərə başlayıb

12:19
20 Aprel

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

12:17
20 Aprel

Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb  

11:37
20 Aprel

Rusiyanın Tuapse limanına dron hücumu nəticəsində bir nəfər ölüb

11:36
20 Aprel

Həftəsonu 85 cinayətin açılması təmin olunub

11:34
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!