08 Oktyabr 2023 17:23
3220
Elm və texnika
A- A+
Naftalanda keçirilən beynəlxalq elmi-praktik konfrans işini uğurla yekunlaşdırıb - YENİLƏNİB

Naftalanda keçirilən beynəlxalq elmi-praktik konfrans işini uğurla yekunlaşdırıb - YENİLƏNİB

 

Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə keçirilən “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi. Beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans oktyabrın 8-də işinə plenar iclas və panel müzakirələrlə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib.

Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası işə başlayıb.

Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın, biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə ciddi uğurlar əldə edildiyini, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq elmi-praktik konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.

AMEA-nın prezidenti, deputat İsa Həbibbəyli, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospitality”nin Baş tibb inzibatçısı Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə dövlət dəstəyi agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarından danışıblar.

Bildirilib ki, turist axını baxımından Naftalanın inkişafı yüksək qiymətləndirilir. Naftalan neftinin özünəməxsus müalicəvi əhəmiyyəti onu dünyada məşhur edib. Daha çox dəri xəstəlikləri və dayaq-hərəkət xəstəliklərinin müalicəsində bu neftdən geniş istifadə olunur. Bu baxımdan Naftalan nefti barədə dünyada məlumatlılıq dərəcəsini artırmağa zərurət var.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb. Proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni axtarış quyularının qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinliyə bir quyunun qazılması planlaşdırılır. 1950-ci ildən bu günədək 60 min tona yaxın Naftalan nefti hasil olunub. 1970-ci ildə hasilat maksimum səviyyəyə yüksəlmiş və yataqdan 1779 ton neft çıxarılmışdır. Naftalan yatağının ilkin balans ehtiyatları 1 milyon 165 min ton, ilkin çıxarıla bilən ehtiyatları 117 min ton həcmində qiymətləndirilir. Çıxarıla bilən neft ehtiyatının 52,2 faizi artıq mənimsənilib. Hazırda yatağın qalıq balans ehtiyatları 1 milyon 109 min ton, qalıq çıxarıla bilən neft ehtiyatları 61 min ton təşkil edir. Ümumi quyu fondu 94, cari istismar fondu isə 32 quyudan ibarətdir.

Sonra Litvanın Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyənin Yalova şəhərinin bələdiyyə sədrinin köməkçisi Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiyanın Kazan şəhərinin Turizm inkişafı komitəsinin şöbə müdiri Anna Strelkova, Qazaxıstanın Astana şəhərinin Daxili siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistanın Tibbi Turizm Assosiasiyası prezidentinin müavini Axmad Axmedov çıxış edib, Naftalan neftinin möcüzəvi faydalarından danışıblar.

Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzusunda müzakirələr aparılıb.

Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyələr hazırlamaq, eyni zamanda, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği və təşviqinə imkanlar yaratmaqdır.

İki gün davam edən beynəlxalq konfransa 8 xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılıb.

 

11:11

Naftalan Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə keçirilən “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans oktyabrın 8-də işini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın ikinci günündə plenar iclas və panel müzakirələri təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən ekspozisiya ilə tanış olublar.

Naftalan şəhəri haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası işə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!