Mədəniyyət beşiyi
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və peşəkar ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu.
Bundan əlavə, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə rəşadətli ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi başa çatdırıldı. Bununla Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin etməklə yanaşı, ermənilərin 200 ildir həyata keçirdikləri işğalçılıq siyasətinə son qoydu.
Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixi və mədəniyyəti üçün xüsusi məna kəsb edirdi. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin "Şuşa ili", 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı, o cümlədən 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi gözəl məkanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Şuşa şəhərinin Azərbaycan, türk və islam dünyasının mədəniyyət paytaxtı seçilməsinin bir çox əsası və qarşıya qoyulmuş hədəfi vardır: Şuşa Orta əsrlər Şərqinə aid arxitektura və şəhərsalma mədəniyyətinin əlamətlərini özündə birləşdirən milli memarlıq abidəsidir. Şuşa milli məfkurəmizin və milli mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Mir Möhsün Nəvvab, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov kimi şəxsiyyətlər bəxş etmişdir. Türk və islam dünyasının tərkib hissəsi olan Azərbaycan xalqına məxsus milli-mədəni irs eyni zamanda ümumilikdə türk-islam mədəni irsinə də daxildir. Bu baxımdan Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa bütövlükdə türk və islam mədəniyyətinin əsas mərkəzlərindən biri hesab edilə bilər.
Şuşa qalası Orta əsr türk şəhərsalma mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirir. Belə ki, Orta əsr Şərq memarlığının nadir abidəsi olan Şuşa qalası Qarabağ memarlığının xüsusiyyətlərini özündə birləşdirməklə üslub olaraq Aran memarlıq məktəbinə aid edilir.
Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin digər bir məqsədi isə Qarabağ tarixinin yenidən öyrənilməsi, işğal dövründə vandal ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətlərin müəyyən edilməsidir. Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yolverilməz hesab edilir. Xüsusi vurğulanmalıdır ki, Ermənistanın vandalizm əməlləri silahlı münaqişələr zamanı (1954-cü ildə) Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Haaqa Konvensiyasını və 1999-cu ildə bu konvensiyaya əlavə edilmiş ikinci protokolun kobud şəkildə pozulmasıdır. Bu protokolun 9-cu maddəsində işğalçı tərəfin üzərinə işğal olunmuş ərazilərdə mədəni sərvət və antik əşyalarla ticarətin və onların qaçaqmalçılığının qarşısını almaq, mədəni, tarixi və elmi abidələrin və xüsusiyyətlərinin sistematik olaraq və ya qəsdən dəyişdirilməsini qadağan etmək öhdəliyi qoyulur.
Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə olmuşdur. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə cəhd göstərmişlər.
Şuşa şəhərində erməni vəhşiliyinə və təhriflərinə məruz qalmış qədim yaşayış binalarını, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənahəli xanın iqamətgahını, İbrahim xanın qala və qəsrini, M.P.Vaqifin mədrəsəsi və türbəsini, Yuxarı və Aşağı Gövhər ağa məscid mədrəsələrini, Hacıquluların malikanəsini, ikimərtəbəli karvansaranı, Mehmandarovların malikanə kompleksini, Yuxarı və Aşağı Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, şuşalı zadəgan və ziyalılarının malikanələrini, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və digər tarixi abidələri qeyd etmək olar.
Tarixə nəzər salsaq, görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı - birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
XIX əsrdə bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu sayılan Daşaltı dərəsi, Cıdır düzü memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Şuşa qədim tarixi-dini mədəniyyət abidələri ilə Azərbaycan tarixində özünəməxsus yer tutur.
XVIII əsrin ikinci yarısında Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilir. Şəki xanı Hacı Çələbi xanın Pənahəli xana məğlub olması, o cümlədən tez bir zamanda Bayat, Şahbulaq və Şuşa qalalarının inşası, Gəncə, Naxçıvan xanlıqlarının Qarabağ xanlığının təsiri dairəsinə düşməsi, həmçinin sosial və iqtisadi islahatlar Pənahəli xanın şöhrətini gündən-günə artırırdı. Qarabağ salnaməçisi Əhmədbəy Cavanşir bu haqda yazırdı: "Pənahəli xanın dövründə və bundan bir qədər sonra Gürcüstandan və digər qonşu xanlıqlardan Püsyan, Qaraçarh, Çinli, Dəmirçihəsənli, Qızılhacılı, Səfikürd, Boyəhmədli, Saatlı, Kəngərli tayfaları və bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər".
Pənahəli xan və İbrahimxəlil xan şəhərin inkişafına xüsusi qayğı göstərirdilər. Şuşa şəhərinin memarlıq abidələri haqqında məlumatlara Mirzə Yusif Qarabağinin "Tarix-i Safi" və Həsənəli Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övziyaları" əsərlərində rast gəlmək mümkündür. Mirzə Yusif Qarabaği əsərində yazır ki, Şuşa ilk əvvəl dörd darvazadan ibarət olmuşdur. Həmin darvazalardan biri şəhərin şimal-şərq tərəfində yerləşirdi və o, xalq arasında Müxətər, yazılı mənbələrdə isə Ağoğlan darvazası kimi qeyd edilirdi. İki darvaza isə şimal ilə qərb arasında yerləşirdi ki, bu darvazaların birinə İrəvan darvazası, digərinə isə Gəncə darvazası deyilirdi. Dördüncü darvaza isə cənuba tərəf açılırdı. Daha sonralar bu darvazanı yenidən hörmüşdülər.
Mənbələrdə yazılan məlumatlara görə, İbrahimxəlil xanın dövründə şəhərin kənarları qala divarları ilə möhkəmləndirilmiş, daxilində isə xanın özünə, övlad və qohumlarına, bəylərə, ağalara, ali din xadimlərinə, saray məmurlarına, tacirlərə məxsus imarətlər, ictimai iaşə obyektləri, hamam, karvansara, çeşmə və digər obyektlər inşa edilmişdir. Şuşa qalasının inkişaf mərhələləri Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni inkişafı ilə sıx bağlı olmuşdur. Şuşa qalasında inşa olunan binaların əksəriyyəti ikimərtəbəli idi. Üçmərtəbəli binaların sayı olduqca az idi. Daş və əhəngdən tikilən binaların otaqları geniş, hündür və işıqlı idi.
Siyasi və iqtisadi inkişafın nəticəsi olaraq Şuşa şəhəri XVIII əsrin sonu - XX əsrin əvvəllərində ticarət mərkəzi kimi Qafqazda ilk sıralarda yer tuturdu. Şuşadan ticarət karvanları Azərbaycan xanlıqlarının mərkəzlərinə və xarici ölkələrə gedirdi. Şuşa şəhəri ilə Bakı, İrəvan, Təbriz, Tiflis, Dərbənd və sairə ticarət mərkəzlərinin sıx əlaqələri mövcud idi.
Məhz bunlar bir daha sübut edir ki, Azərbaycan xalqının ərsəyə gətirdiyi Şuşa şəhəri Qafqazın, ümumən Yaxın Şərqin, müsəlman dünyasının, xüsusilə Azərbaycanın mədəniyyət beşiyi, müqəddəs bir ocağıdır.
Elnur MUSTAFAYEV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!