02 Fevral 2026 16:39
408
CƏMİYYƏT
A- A+
Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır  

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır  


Milli Məclis Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Kimberli Prosesi emal edilməmiş almazların dövriyyəsini tənzimləyən beynəlxalq ticarət kanallarından “münaqişəli” almazların kənarlaşdırılmasına hədəflənmiş daimi fəaliyyət göstərən dövlətlərarası konfransdır.

“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə əsasən, hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətin həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, eləcə də ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə məsuliyyət tədbirləri müəyyən olunmalıdır.

Adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə Prezidenti tərəfindən “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Həmin Sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, təqdim edilən qanun layihəsi aşağıdakı məsələləri tənzimləyir:

1. Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizminin yaradılması;

2. Emal edilməmiş almazın ixracı ilə əlaqədar sertifikatın forması və verilməsi qaydasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğunlaşdırılması;

3. Emal edilməmiş almazın idxalının yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilməsi;

4. Emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı müəyyən olunacaq mexanizmin pozulmasına, yəni müvafiq rəy olmadan idxal və ixracın həyata keçirilməsinə görə inzibati məsuliyyətin nəzərdə tutulması.

Qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcəkdir.

Qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, emal edilməmiş almazın dövriyyəsinə nəzarətin həyata keçirilməsi yolu ilə, eləcə də onlardan işlənilmiş almazların da keyfiyyətinin təminata alınmasına xidmət edəcəkdir.

Eyni zamanda, Prezidentin müvafiq Sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!