19 Oktyabr 2023 09:35
763
İQTİSADİYYAT
A- A+
Elə bir meqalayihə yaratdı ki…

Elə bir meqalayihə yaratdı ki…

 

Avropanın enerji xəritəsini təzədən çəkdi, qaza tələbatı artan neçə-neçə ölkə Azərbaycana bel bağladı

 

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağı hazırda dünyada istismar edilən ən böyük qaz-kondensat yataqlarından biridir. Bu, 140 kvadratkilometrdən artıq sahəsi və ilkin hesablamalara görə, təqribən 1 trilyon kubmetr mavi yanacaq və 2 milyard barel kondensat ehtiyatı olan nəhəng bir karbohidrogen mənbəyidir.
"Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib. 1999-cu ildə isə yataq kəşf edilib.
"Şahdəniz" Bakıdan təqribən 70 kilometr cənub-şərqdə yerləşir. Burada suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir. Strukturda 1997-2001-ci illərdə qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz-kondensat yatağı olduğunu təsdiq edib.
Bu, həmin yataqdır ki, Azərbaycanı dünyada qaz ixrac edən kimi tanıdıb. 2006-cı ilin sonlarından Gürcüstanın, növbəti ilin ortalarından Türkiyənin və artıq üç ilə yaxındır Avropanın ölkəmizdən aldığı qaz "Şahdəniz"dən hasil olunur.
"Şahdəniz" İlham Əliyevin enerji strategiyasının möhtəşəm səhifəsi, Prezidentimizin şah əsərlərindən biridir. "Şahdəniz"in tarixində ilk nəzərəçarpan odur ki, bu yatağın hələ kəşfində həmin vaxt SOCAR-da çalışan İlham Əliyevin böyük rolu olub. (Prezidentimiz 1994-2003-cü illərdə şirkətin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti vəzifəsində çalışıb). Mərhum neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə "Ömrümün illəri və izləri" kitabında o günləri belə xatırlayır: "İllər ötüb keçdikcə neft və qaz sənayesinin inkişafında İlham Əliyevin xidmətləri barədə düşünəndə Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlara dair müqavilələrə onun hamilik fəaliyyətinin ayrı-ayrı məqamlarını da yada salır və İlham müəllimlə söhbətlərimi xatırlayıram. Yadımdadır, "Şahdəniz" strukturunda 1998-ci ildən qazılan 1 nömrəli axtarış quyusunda işlər bir sıra texniki və texnoloji səbəblərdən uzanırdı. Bundan əvvəl Xəzərin Azərbaycan sektorunda kəşf olunmuş "Əşrəfi" və "Qarabağ" yataqlarından gözlənilən nəticə alınmamış və bu yataqlarda nisbətən az miqdarda karbohidrogen ehtiyatları aşkar edilmişdi ki, bu da respublikada bəzi mütəxəssislər arasında müəyyən söz-söhbətə, müxtəlif şayiələrin yayılmasına səbəb olmuşdu. Belə bir vaxtda cənab İlham Əliyev məni açıq söhbətə dəvət etdi. Mən ona "Şahdəniz" barəsində geniş məlumat verdim. Məlumatı diqqətlə dinlədikdən, müəyyən məsələləri özü üçün dəqiqləşdirdikdən sonra və təqdim etdiyim geoloji məlumatlarla tanış olduqdan sonra o, tam inandı ki, yatağın böyük perspektivləri vardır. Həqiqətən də, "Şahdəniz"dən alınan son məlumatlar həmin söhbət zamanı söylənilən fikirlərin düzgünlüyünü təsdiq etdi". 
"Şahdəniz"in sonrakı taleyi də uğurlu oldu. Layihə ilə bağlı bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə eyni dəhliz boyu uzanan, "Şahdəniz"dən çıxarılan mavi yanacağı Gürcüstana nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) artıq 17 ildir fəaliyyət göstərir. Gürcüstan-Türkiyə sərhədində bu kəmərə qoşulan əlavə xətt isə Azərbaycan qazını Türkiyəyə də çatdırır. Səngəçaldan Ərzurumadək uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Bu kəməri rəmzi olaraq möhtəşəm "Cənub qaz dəhlizi"nin bünövrəsi də adlandırırlar. Əgər BTƏ ilə "Şahdəniz-1"in qazı nəql edilirdisə, "Cənub qaz dəhlizi" artıq "Şahdəniz-2"nin qazını daşıyır.
"Cənub qaz dəhlizi"nin birinci seqmentini də elə genişləndirilmiş CQBK təşkil edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) "Cənub qaz dəhlizi"nin ikinci və ən böyük hissəsidir. Bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası, onurğa sütunu sayılan TANAP "Şahdəniz" qazını 2018-ci ilin ortalarından nəql edir. Sonuncu seqment olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündə istifadəyə verilib. 
"Cənub qaz dəhlizi"ndən bəhs edərkən, onun gerçəkləşməsində Azərbaycanın rolunu vurğulayarkən bir məqamı da unutmaq olmaz. Belə ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının layihənin həyata keçirilməsində müstəsna rolu olmuşdur. Məşvərət Şurasının bu ilin fevralında Bakıda keçirilən toplantısı sayca 9-cu idi. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən videokonfrans formatında keçirilən 7-ci iclası nəzərə almasaq, 2015-ci ildən üzübəri ildə bir dəfə, adətən, fevral ayında baş tutan bu tədbirlərə həmişə Azərbaycan evsahibliyi edib. Bu toplantılarda XXI əsrin nəhəng layihəsi olan "Cənub qaz dəhlizi"nin reallaşması istiqamətində gedən işlər müzakirə olunub, qarşıdakı vəzifələr müəyyənləşdirilib. Toplantıların məhz Bakıda keçirilməsi Prezident İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanır və Azərbaycanın layihədəki rolunu bir daha təsdiqləyir. Azərbaycanın qaz ixracı şaxələnir və bu diversifikasiya həqiqətən də günün tələbləri ilə uzlaşır. Başqa sözlə, zaman Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini sübuta yetirir. Prezidentimizin özünün də dediyi kimi, "Cənub qaz dəhlizi" layihəsi başa çatıb, bizim işimiz isə davam edir.
Bütün bunlar bir daha təsdiqləyir ki, "Cənub qaz dəhlizi" Prezident İlham Əliyevin yaratdığı meqalayihədir. Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb İtaliya torpağınadək 3500 kilometr məsafə qət edən, artıq yeni qollarla - interkonnektorlarla şaxələnən bu meqalayihənin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olub. Dünyanın bir çox görkəmli siyasətçiləri, nəhəng neft-qaz şirkətlərinin rəhbərləri haqlı olaraq deyirlər ki, "Cənub qaz dəhlizi"nin araya-ərsəyə gəlməsində Azərbaycan Prezidentinin rolu misilsiz, səyləri böyük, zəhməti ölçüyəgəlməzdir.
Bəli, İlham Əliyev dünyaya səs salan bir meqalayihə yaratdı. Elə bir meqalayihə ki, bununla Avropanın enerji xəritəsi yenidən çəkildi. Qoca qitənin mavi yanacağa ehtiyacı artanda, vəziyyət hətta kəskin şəkil alanda neçə-neçə ölkə bu layihənin köməyinə bel bağladı.
Elə bir meqalayihə yaratdı ki, onun həyata keçirilməsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya birləşdi. Hazırda ölkəmizdən Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya və Rumıniya qaz alır. Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Albaniya, Macarıstan, Slovakiya və daha neçə ölkə "Cənub qaz dəhlizi"indən bəhrələnmək arzusundadır. Başqa sözlə, Azərbaycan qaz ixrac edən ölkə kimi getdikcə daha çox şöhrət tapır.
Elə bir meqalayihə yaratdı ki, qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər gətirərək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək. 
Qarşıdan şaxtalı-sazaqlı, qarlı-buzlu qış günləri gəlir. Bu qış da neçə-neçə ölkədəki istehlakçıların mənzilləri və iş otaqları Azərbaycanın mavi yanacağı ilə isinəcək. Dünyada cərəyan edən hadisələr bir çox yerlərdə Azərbaycan qazına tələbatı daha da artırıb. Yaranmış vəziyyətdə Avropa ölkəmizdən daha çox qaz gözləyir. Bu ehtiyacı qarşılamaq isə "Cənub qaz dəhlizi"nin öhdəsinə düşür. 
 Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz" olsa da, yaxın gələcəkdə ona digər yataqların da qoşulacağı gözlənilir. Ölkəmiz həmçinin müasir və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir. Bu da bir sıra ölkələri mavi yanacaqla təmin etməyə imkan verir. 
Bütün bunlarla yanaşı, onu da xatırlatmaq vacibdir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Artıq bütün dünya Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Prezidentimiz bunları nəzərə alaraq demişdir: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək". İlham Əliyev deyibsə, yerinə yetirəcək! 

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!