26 Yanvar 2019 01:11
29214
Səhiyyə
A- A+
Əl-ayağı buz kimi olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər

Əl-ayağı buz kimi olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər


Elə insanlar var ki, temperatur isti olsa belə, əl və ayaq nahiyələri daim buz kimi soyuq olur. Mütəxəssislər isə bu kimi halların bəzi xəstəliklərin göstəricisi ola biləcəyini deyirlər.

Terapevt Xumar Novruzova əl və ayağın soyuq olmasına səbəb olan həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb.


Qalxanvarı vəzin funksiyasının zəifləməsi


Qalxanvarı vəz orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.


Anemiya


Qanda hər hansı səbəbdən yaranan dəmir çatışmazlığı nəticəsində oksigenlə təchizat pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması baş verir.


B12 vitamini çatışmazlığı


Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarı bununla bağlıdır. B12 vitamini çatışmazlığına vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmək olur.


Qan təzyiqinin aşağı olması


Bu zaman bədənin qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanları təmin etmək üçün səfərbər olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa, başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.


Stress və həyəcan


Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.


Dərman preparatları


Bəzi dərmanların. məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!