17 Aprel 2026 11:46
300
CƏMİYYƏT
A- A+
Dövlət dəstəyi sayəsində Azərbaycanda QHT-lərin fəaliyyəti genişlənir

Dövlət dəstəyi sayəsində Azərbaycanda QHT-lərin fəaliyyəti genişlənir


Aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman QHT sektorunda genişmiqyaslı islahat proqramıdır: “Bu o deməkdir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. Agentlik bu Fərmanla ilk dəfə tənzimləyici orqana çevrilib. Bu inam və etimadı layiqincə doğrultmaq üçün Agentliyin bütün komandası var gücünü səfərbər edəcək”.

Fuad Məmmədov vurğulayıb ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır. Bu Sistem dövlət qurumları arasında QHT-lərin bütün növ maliyyələşdirilməsinə dair koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun şəkildə mövzuların bölüşdürülməsinə, prosesin "bir pəncərə" əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, ölçüləbilən, nəticəyönümlü olmasına xidmət edəcək.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Azərbaycan QHT-lərinin WUF13-ə ciddi hazırlaşdığını bildirib: “2026-cı il mayın 19-da Agentliyin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək. Forumda 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı gözlənilir. Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək”. A.Əliyeva mayın 14-də - “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənildiyini, hər iki beynəlxalq tədbirdə də Agentliyin tərəfdaş qismində çıxış edəcəyini açıqlayıb.

İdarə Heyətinin sədri Agentliyin fəaliyyətinə dair statistik göstəriciləri də diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Prezident İlham Əliyevin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86 faiz, 2023-cü ildə 88 faiz, 2024-cü ildə 97 faiz, 2025-ci ildə isə 98.5 faiz təşkil edib. 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib. Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir. Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platforması kimi nəhəng təsisatın, 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT Platforması kimi regional qurumun daimi mənzil-qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb”.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Fuad Rzazadə qurumun təşkil etdiyi müsabiqələrə ilbəil müraciətlərin yüksəlməsinin qeydə alındığını açıqlayıb: “2024-cü il üzrə müsabiqələrə 779 təşkilat maraq göstərmişdisə, 2025-ci il üzrə bu rəqəm 915, 2026-cı il üzrə isə 981 olub. Son illər QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir, layihələrdə maliyyə və icra intizamı artır”.

Mətbuat konfransında, həmçinin məlumat verilib ki, 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək.

Toplantıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tam yeni tərtibatda internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub. Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yenilənmiş səhifənin özəllikləri barədə təqdimatla çıxış edib.

Daha sonra media nümayəndələri “Açıq Qapı” formatında Agentliyin iş fəaliyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!