02 Fevral 2026 11:30
478
CƏMİYYƏT
A- A+
Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır


Mütəxəssis xəbərdarlığı: Xəzərin çəkilən hissələrində infrastruktur qurmaq risklidir


Bir vaxtlar Xəzərin sularının dalğalandığı Astara sahillərində bu gün tamam fərqli bir mənzərə yaranıb. Dənizin geri çəkilməsi təkcə coğrafiyanı deyil, bölgənin ekosistemini də köklü surətdə dəyişir. Artıq quruyan sahillərdə yeni flora formalaşır, köçəri quşlar isə bu əraziləri özlərinə yeni məskən seçir. Bəs, Xəzər niyə geri çəkilir və bu proses nə qədər davam edəcək?

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərə qədər Xəzərin mavi sularına qərq olmuş bu ərazilərdə indi müxtəlif bitki növlərinə, hətta hündürlüyü bir neçə metrə çatan ağaclara da rast gəlinir. Cəmi bir neçə ildə burada onlarla bitki növünün əmələ gəlməsi təbii bərpa proseslərinin və ekoloji ardıcıllığın nə qədər sürətli baş verdiyini göstərir. Ən maraqlı məqamlardan biri isə odur ki, bitki örtüyünün sıxlaşması bu əraziləri köçəri quşlar üçün də cəlbedici edib.

Yerli sakinlərin sözlərinə görə, son günlərdə yağan intensiv yağışlar nəticəsində Xəzərə tökülən çaylarda sululuq artsa da, bu artım dənizin sahilboyu ərazilərində hiss olunmur.

Astara sakini Rövşən İmamverdiyev deyir ki, son illər bölgədə intensiv yağıntılar müşahidə olunsa da, bu amil Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərməyib. Onun sözlərinə görə, leysan xarakterli yağışlar, hətta qarlı hava şəraiti belə dənizdə suyun artmasına səbəb olmayıb. Əksinə, Xəzərin geri çəkilməsi prosesi davam edir və bu dəyişiklik sahilboyu ərazilərdə aydın şəkildə hiss olunur.

“Leysanlar olub, yağışlar yağıb, hətta qar da yağıb. Amma Xəzərin suyu qalxmır ki, qalxmır. Əksinə, yenə də geri çəkilir. Biz uşaqlıqda bu sahildə çimərdik. İndi isə baxırsan, böyük bir “park” yaranıb. Bu bulvar hissəsi əvvəllər tamamilə suyun altında idi. Təxminən 30–40 il ərzində suyun səviyyəsi aşağı düşüb və nəticədə böyük bir sahə yaranıb”, - deyə yerli sakin bildirir.

Mütəxəssislərin sözlərinə görə, Xəzər dənizinin geri çəkilməsi əsasən onun dibində baş verən tektonik proseslərlə bağlıdır. Tarix boyu dənizin səviyyəsində artım və azalmalar müşahidə olunub.

Elmi-tədqiqatçı Samir Salayev deyir ki, Xəzər dənizində baş verən su səviyyəsi dəyişikliyini təkcə iqlim amili ilə bağlamaq düzgün olmazdı: “Bu prosesin əsas səbəblərindən biri də regionda gedən aktiv tektonik hərəkətlərdir. Xüsusilə Lənkəran çökəkliyində müşahidə olunan çökmə prosesi davam edir və yağıntılar hesabına dənizə daxil olan sular bu itkini kompensasiya etməyə yetmir. Nəticədə, Xəzərin cənub hissəsində suyun geri çəkilməsi daha qabarıq şəkildə özünü göstərir. Xəzər dənizinin yerləşdiyi ərazi geosinklinal plitələrin toqquşma zonasında yerləşir və bu səbəbdən bölgədə aktiv tektonik proseslər müşahidə olunur”.

Onun sözlərinə görə, son illər yağıntıların artması nəticəsində dənizə daxil olan sular bu tektonik hərəkətlərin yaratdığı səviyyə azalmasını kompensasiya etmək üçün kifayət etmir. “Məhz bu amil Xəzər dənizində su səviyyəsinin dəyişkən qalmasına və geri çəkilmə prosesinin davam etməsinə səbəb olur”, - deyə mütəxəssis bildirir.

Tədqiqatçı, həmçinin qeyd edir ki, bundan sonra da çaylarda suyun artımı müşahidə olunsa belə, bu, Xəzər dənizinin səviyyəsinin qalxmasına ciddi təsir göstərməyəcək. Hesablamalara görə, analoji geri çəkilmə prosesinin 2040-cı ilə qədər davam edəcəyi gözlənilir. Daha sonra isə dəniz səviyyəsinin tədricən artacağı proqnozlaşdırılır. Məhz bu səbəbdən geri çəkilmə nəticəsində yaranmış quru sahələrdə yeni infrastrukturun qurulması məsləhət görülmür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!