20 İyul 2025 18:38
3936
Elm və texnika
A- A+
Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb  

Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb  

“Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi iyulun 20-də beşinci başa çatıb.

AZƏRTAC xəbər verir ki, final mərhələsinin üçüncü günündə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fərid Əhmədov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Növbədənkənar kollegiya iclası” keysi üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları üç iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

Fevralın 28-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 16 min 553 iştirakçı müraciət edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Dövlətimizin başçısı 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

16:46
02 May

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

14:43
02 May

"EFES - 2026” təliminin hazırlıq məşqləri davam edir

14:12
02 May

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

14:09
02 May

Bakı buxtasında yelkən yarışına start verilib

13:51
02 May

Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz

13:41
02 May

Səfir: WUF13-də Niderlanddan geniş nümayəndə heyəti iştirak edəcək

13:01
02 May

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

12:50
02 May

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Türk sahibkarlar Azərbaycandakı investisiya imkanları barədə məlumatlandırılıblar

11:54
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!