21 Oktyabr 2023 10:50
621
İQTİSADİYYAT
A- A+
"Azərişiq" türkdilli dövlətlərin energetiklərini Hadrutda bir araya topladı

"Azərişiq" türkdilli dövlətlərin energetiklərini Hadrutda bir araya topladı

 

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilib.
Tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb. Qardaş ölkə Türkiyədən iki komanda "Uludağ" və "Başkənt" yarışlarda iştirak edib. 
Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, yarış iştirakçıları ilk olaraq Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları daha sonra Hadruta yola düşüblər.
Yarışlardan əvvəl iştirakçı ölkələri təmsil edən nümayəndələrin və yerli energetiklərin iştirakı ilə Hadrutda "dəyirmi masa" keçirilib. "Azərenerji" və "Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə elektroenergetika sahəsində tətbiq etdiyi innovativ yeniliklər və türkdilli ölkələrin energetikləri arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verildi. Daha sonra dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma işləri haqda məlumat verilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib. Rəsmi hissə başa çatdıqdan sonra gənc energetiklər arasında I Beynəlxalq Peşə Ustalığı Yarışmasına start verilib.
Yarışların ilk günündə elektroenergetikanın tarixi, inkişafı və müasir vəziyyəti mövzusunda tərtib olunan intellektual suallar cavablandırılıb. İntellektual yarışma başa çatdıqdan sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən mərkəz haqda ətraflı məlumat verilib.
 Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışmasının ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomlarla mükafatlandırılıblar. 
Onu da qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikası Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması növbəti il Rusiya Federasiyasının Tatarıstan Respublikasıda təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!