21 Aprel 2025 11:03
490
SİYASƏT
A- A+
Azərbaycanın və İraqın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclası olub  

Azərbaycanın və İraqın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclası olub  

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, İraq tərəfindən isə xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bahr Al-Ulum rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət, enerji, humanitar və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətlərinə toxunulub.

İraq tərəfinə münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində, nazir müavini Yalçın Rəfiyev İraq Respublikasının rabitə naziri, Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb. Görüş zamanı, Komissiyanın iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfə xüsusi olaraq vurğulanıb və yaxın gələcəkdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Komissiyanın növbəti iclasının ikitərəfli əlaqələrə təkan verəcəyinə əminlik ifadə olunub.

Nazir müavini Yalçın Rəfiyevin İraqın ekologiya nazirinin müavini Casim Əbdüləziz Hamadi ilə keçirilmiş görüşündə Azərbaycanın uğurlu COP29 sədrliyi və iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.

İraqın “Rewaq Baghdad Center for Public Policy” beyin və tədqiqat mərkəzini ziyarət edən Yalçın Rəfiyev mərkəzin direktoru Abbas Al-Anbari ilə də görüşüb.

Həmçinin mərkəzin rəhbər şəxsləri və tədqiqatçılarının iştirakı ilə təşkil edilmiş dəyirmi masada Yalçın Rəfiyev ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı məlumat verib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baderschneider: Azərbaycan fəaliyyətə hazır koalisiyaların formalaşdırılmasında çox mühüm rol oynaya bilər  

16:30
11 Mart

Petar Stoyanov: Qlobal Bakı Forumu geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq  

16:29
11 Mart

Avropa İttifaqının səfirləri İrana qarşı yeni sanksiyaları təsdiqləyiblər

16:29
11 Mart

BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti: Azərbaycan mühüm istinad nöqtəsinə çevrilib

16:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir  

16:27
11 Mart

Enerji təminatından asılı olan ölkələr iqtisadi çətinliklə qarşılaşacaqlar

16:26
11 Mart

Sabiq Baş katib: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sülhə xidmət etmək məqsədilə fəaliyyət göstərir  

16:26
11 Mart

Media: İranın Körfəz ölkələrinə hücumları davam edir  

16:21
11 Mart

İsveçrənin İrandakı səfiri: Biz Azərbaycana gəlməyi seçdik

16:20
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb  

16:20
11 Mart

Vike-Frayberqa: Azərbaycan Ermənistanla uzunmüddətli münaqişəni həll etməsi səbəbindən təbrik olunmalıdır  

16:19
11 Mart

Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyib

16:09
11 Mart

BMT: Hörmüz boğazının bağlanması qlobal miqyasda ərzaq qiymətlərini də artıra bilər

16:08
11 Mart

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb  

16:01
11 Mart

Respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

15:57
11 Mart

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib

15:57
11 Mart

İsmail Serageldin: Dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır

15:53
11 Mart

Şarl Mişel: XIII Qlobal Bakı Forumu mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir  

15:52
11 Mart

İranla müharibə turizm sənayesinə gündə 450 milyon funt sterlinq zərər vurur

15:47
11 Mart

İsveçrənin İrandakı səfiri və səfirliyin üzvləri təxliyə olunublar 

15:41
11 Mart

Avropa ABŞ və Çinin hegemon olmadığı düşərgə axtarışındadır

15:36
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!