13 İyul 2025 08:15
1158
SİYASƏT
A- A+
Azərbaycana həsr edilən ömür

Azərbaycana həsr edilən ömür


Xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasından 56 il ötür. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər möhtəşəm inkişaf nümunələri ilə əlamətdardır. Ona görə 14 iyul tarixi həm də xalqımızın müasir tarixində ilk intibah mərhələsinin başlanğıcı sayılır. Çünki Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər sosial-iqtisadi inkişafla yanaşı, xalqımızın milli oyanışını təmin etdi, gələcək müstəqilliyimiz üçün zəmin formalaşdırdı.

Azərbaycan böyük təbii sərvətləri, geniş iqtisadi potensialı olan ölkədir. Amma bütün bunlara baxmayaraq, ötən əsrin 60-cı illərinin sonuna qədər respublikamız ittifaq miqyasında inkişaf göstəricilərinə görə çox geridə qalmışdı, mövcud potensialdan istifadə olunmurdu. Respublikamızın neftlə zəngin olmasına baxmayaraq, iqtisadiyyatın digər sahələrində vəziyyət ürəkaçan deyildi. Potensial yüksək olsa da, Azərbaycan bir çox sahələrdə, o cümlədən milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsal tətbiqinə görə ümumittifaq göstəricilərindən çox geri idi.

Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra vəziyyəti ilk gündən düzgün dəyərləndirərək həyata keçirdiyi islahatların nəticəsində tezliklə iqtisadi sferada müsbətə doğru dönüş başlandı, inqilabi dəyişikliklər baş verdi. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcminin 2,5 dəfə, xalq istehlakı mallarının istehsalının 3 dəfə, sənaye istehsalının 2,7 dəfə  artması məhz Heydər Əliyevin siyasətinin nəticələri idi. Həmin dövrdə iqtisadiyyata əvvəki 50 ildəkindən 1,4 dəfə çox kapital qoyulmuşdu. Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırılmışdı.

Bütün bunların nəticəsində Azərbaycan keçmiş ittifaqa  səs salan yüksəlişə nail olmuş, büdcədən dotasiya almadan yaşayan respublikalardan birinə çevrilmiş, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlmişdi.

Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də bir çox mühüm tədbirlər həyata keçirməklə Azərbaycanın kompleks inkişafına nail olmuşdu. Və bütün bunların fonunda görünən həm də xalqımızın milli oyanışı idi.  Heydər Əliyevin dövlət tədbirlərində ana dilində danışması, konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olması, şair və yazıçılarımızı repressiyalardan, sovet rejiminin təqiblərindən xilas etməsi sıradan hadisələr deyildi. Bunlar Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olması, xalqımızın milli kimliyinin ifadə edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, onların sovet şüarlarının təsirindən xilas olunması idi. Sovet rejiminin qadağalarına və sərt tələblərinə baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadılması üçün bütün imkanlardan istifadə edirdi. Bunu isə yalnız Heydər Əliyev kimi cəsarətli və vətənpərvər dövlət xadimləri bacara bilərdilər. Ulu Öndər həmin illər barədə deyib: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsan da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Moskvaya ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. Ulu Öndər Heydər Əliyev Kremldə, SSRİ rəhbərliyində çalışdığı dövrdə də doğma vətəninin inkişafı ilə bağlı məsələləri diqqətdən kənarda qoymadı. 

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyinin nəticəsi olaraq milli dövlətçilik ideyaları cəmiyyətdə hərəkətverici qüvvəyə çevrildi. Ötən əsrin 80-ci illərinin sonlarına doğru daha vüsət almağa başlayan müstəqillik çağırışlarının əsasında da məhz bu ideyalar dayanırdı. 

1987-ci ildə tutduğu vəzifələrdən istefa verdikdən sonra da Heydər Əliyev öz xalqının yanında oldu. Ulu Öndərin 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək etirazını bildirməsi, 1990-cı ildən etibarən Naxçıvanda həyata keçirdiyi cəsarətli siyasi fəaliyyət, hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə üçrəngli bayrağımızı ucaltması, bu qədim diyarı erməni işğalından qoruması dövlətçilik tariximizin mühüm səhifələridir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidməti 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq həyata keçirdiyi xilaskarlıq missiyası oldu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların yarıtmaz fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycan dərin siyasi böhranla üzləşmişdi. Yenicə qazandığımız müstəqilliyimizi itirilmək təhlükəsi ilə qarşılaşmışdı. Digər tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunur, ölkədə separatizm meyilləri güclənirdi. Azərbaycan həm də parçalanmaq təhlükəsi qarşısında idi. Məhz belə bir vaxtda xalqın istək və arzusu ilə siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün böhranlara son qoydu, müstəqilliyimizi xilas etdi, dövlətçiliyimizin itirilməsinə imkan vermədi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncamında bildirildiyi kimi, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir:  "Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir".

Beləliklə, ilk dəfə 1969-1982-ci illərdə respublikamızı inkişaf yoluna çıxaran Heydər Əliyev siyasəti 1993-cü ildə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Heydər Əliyev siyasəti bu gün layiqincə davam etdirilir. Prezident İlham Əliyev müdrik rəhbərliyi ilə Azərbaycanı regionda aparıcı, dünyada isə söz sahibi olan dövlət səviyyəsinə yüksəldib.  Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və strateji xəttin Prezident İlham Əliyevin siyasi və liderlik keyfiyyətləri ilə davamı Azərbaycanın möhtəşəm uğurlara imza atmasını təmin edir.

Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Qeyd etmək lazımdır ki, Ulu Öndərin 1993-cü ildə Azərbaycana rəhbər seçildikdən sonra beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdı. Bu məsələ ilə bağlı Heydər Əliyevin müəyyən etdiyi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsində isə torpaqlarımız işğaldan azad olundu və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Torpaqlarımızı işğaldan azad etməklə Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ulu Öndərin ən böyük arzusunu çin etdi. 

Heydər Əliyev ömrünü Azərbaycana həsr etdi. Bu ömür vətənə məhəbbətin möhtəşəm nümunəsidir.  Ulu Öndərin ideyaları isə əbədi yaşayır və Azərbaycanın yüksəlişində öz təcəssümünü tapır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!