05 İyun 2025 08:10
1416
SİYASƏT
A- A+
Azərbaycan reallıqlarını dünyaya çatdıran platforma

Azərbaycan reallıqlarını dünyaya çatdıran platforma


Bakı Enerji Həftəsinin timsalında Azərbaycan növbəti qlobal tədbirə uğurla evsahibliyi etdi. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsində mövcud olan liderləri bir araya gətirir və elə bunun sayəsində diqqətlər Azərbaycanın üzərinə fokuslanır. Hər zamankı kimi, builki tədbirdə də xeyli sayda yüksəksəviyyəli qonağın iştirakı və göstərilən beynəlxalq diqqət tədbirin əhəmiyyətini bir daha önə çəkdi, respublikamızın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri bir daha gözlər önünə sərdi.

ABŞ Prezidenti Donald Trampın 30-cu Bakı Enerji Həftəsinin açılışında oxunan məktubunda da vurğulanır ki, bu, Azərbaycanın, həqiqətən də, regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir: "ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik".  

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubunda xüsusi qeyd olunur ki, uzun illərdir həm Türkiyəyə, həm də Avropaya ciddi miqdarda qaz tədarük edən Azərbaycanın dünya enerji bazarında bu strateji rolunun, xüsusilə yerləşdiyimiz mövqedə əhəmiyyəti çox böyükdür.


Hərtərəfli inkişafın təməli 


Bu mötəbər tədbirin fonunda Azərbaycanın son 30 ildə çətin və mübarizələrlə dolu yoldan keçərək bugünkü inkişaf mərhələsinə yüksəlməsini və uğurlarını da aydın şəkildə görmək mümkündür. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin və qətiyyətin  nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın istər siyasi, iqtisadi, sosial, istərsə də hərbi inkişafının təməli qoyuldu. 

İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"unun rəsmi açılış mərasimindəki çıxışında da Prezident İlham Əliyev məhz bu məqama vurğu etdi.

Dövlət başçısı söylədi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə "Əsrin müqaviləsi" adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı: "Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək".

Bu həmin dövr idi ki, Azərbaycan böyük fəlakətlərdən, vətəndaş müharibəsindən, bir dövlət olaraq məhv olma təhlükəsindən məhz Ulu Öndər Heydər Əliyev sayəsində yenicə qurtulmuşdu. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərimizin 20 faizi faktiki olaraq işğal altında idi. O dövrdə Ümummilli Liderin səyləri ilə atəşkəs əldə edilməsəydi, digər torpaqlarımızın itkisi də labüd idi. Bütün sahələrdə tənəzzül yaşayan Azərbaycanın bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.  

Həmin dövrdə Azərbaycanın düşdüyü bu acınacaqlı halı təbii ki, xarici investorların enerji və digər sahələrdə ölkəmizə yatırım etmələrinə başlıca əngəl törədirdi. Ancaq müdrik siyasətçi Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizə qarşı bütün ön yarqıları dəyişdi və "Əsrin müqaviləsi" kimi tarixə düşən nəhəng neft müqaviləsi imzalandı. Bununla da yeni müstəqil Azərbaycanın uğura gedən qapısı açıldı.   

Əgər zamanında bu addımlar atılmasaydı, Azərbaycanı qarşıda hansı qaranlıq günlərin gözlədiyini təsəvvür eləmək o qədər də çətin deyil.  


Qlobal səviyyədə aparıcı dövlət


"Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir" deyən dövlət başçısının söylədiyi kimi, düz üç onillik əvvəl iri addımlarla inkişafa və qələbələrə doğru addımlayan Azərbaycan bütün milli hədəflərinə qətiyyətlə nail oldu. 

Təməlini vaxtilə Ulu Öndər Heydər Əliyevin qoyduğu müstəqil və hərtərəfli siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilərək həyata keçirilməsi sayəsində Azərbaycan dünyanın nüfuzlu və qlobal proseslərdə öz sözü olan ölkəsi olub. Dünyanın nəqliyyat, enerji qovşağına çevrilən respublikamızın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Hazırda  Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu siyahının artacağı da labüddür.  

Ölkəmizin rəhbəri də çıxışında söylədi ki, boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir: "Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük".

Vətən müharibəsində qazandığı Zəfər və bölgədə yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq səviyyədə etibarlı və güvənilən tərəfdaşa çevrilməsinə mühüm zəmin  yaradıb. Torpaqlarını işğaldan azad edərək suverenliyini tam təmin edən ölkəmiz bununla bölgədə təhlükəsizliyə və sülhə də geniş imkanlar açıb ki, bu, ümumilikdə regionun inkişafı və tərəqqisi baxımından mühümdür.  Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə də bu gerçəklər bir daha qabarıq şəkildə özünü göstərir. 

Bu mənada Bakı Enerji Həftəsi də qlobal enerji məsələlərinin müzakirə edildiyi platforma olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi qələbələr sayəsində bölgədə yaratdığı reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu nüfuzlu tədbir əcnəbi iş adamlarının erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzura səfər etmələrinə və orada dövlətimiz tərəfindən aparılan genişmiqyaslı tikinti və quruculuq işlərinə şahidlik etmələrinə şərait yaradır. 

Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan olunub.  İşğaldan azad edilmiş həmin ərazilərdə aparılan bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması başlıca yer tutur. Bu yerlərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bu isə işğaldan azad edilmiş torpaqlarımızda "yaşıl enerji" sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Bakı Enerji Həftəsi və digər bu kimi qlobal əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn əcnəbi iş adamlarının da Qarabağın və Şərqi Zəngəzurun sərmayə yatırımları üçün yüksək potensialından xəbərdar olmaları təqdirəlayiqdir.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib  

23:08
15 İyul

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb  

22:34
15 İyul

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

20:49
15 İyul

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

20:26
15 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

19:41
15 İyul

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

19:01
15 İyul

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir  

18:37
15 İyul

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:01
15 İyul

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

17:57
15 İyul

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır  

17:31
15 İyul

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

17:30
15 İyul

Ukraynanın Baş naziri istefa verib

17:27
15 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb  

17:25
15 İyul

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir  

16:54
15 İyul

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur  

16:44
15 İyul

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

16:40
15 İyul

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub  

16:24
15 İyul

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib  

16:12
15 İyul

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

16:02
15 İyul

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək  

15:43
15 İyul

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb  

15:37
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!