26 Aprel 2025 18:27
788
CƏMİYYƏT
A- A+
Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq  

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq  


Xəbər verdiyimiz kimi, aprelin 26-da Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq COP simulyasiya konfransı” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkləri təmsil edən 60 gənc nümayəndənin qatıldığı beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər.

Natiqlər Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirinin məhz azad edilmiş Xankəndində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.

Daha sonra konfransın açılış mühazirəsi ilə XİN Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim qovşağı sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyəti üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Ərazilərimizin işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını vurğulayan səfir, münaqişənin həll olunmasının ümumbəşəri əhəmiyyətli bu unikal təbiət guşəsinin də ekoloji baxımdan qoruma altına alınması üçün yol açdığını xüsusi vurğulayıb.

İki gün ərzində davam edəcək tədbirdə gənc iştirakçılar işçi qruplara bölünərək, qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar.

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Eləcə də Xankəndi Gənclər Paktının imzalanacağı planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

Qızılın qiyməti artıb

18:43
11 İyun

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

18:37
11 İyun

Ələt Azad İqtisadi Zonasında yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır  

18:29
11 İyun

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

18:15
11 İyun

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

18:13
11 İyun

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir  

18:12
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!