20 Aprel 2025 10:38
676
SİYASƏT
A- A+
Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT


Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda beynəlxalq hüququn prinsiplərinin qorunmasının mədəni irsin müdafiəsində qlobal həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, mədəni irsin qorunmasının yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda, beynəlxalq hüququn vacib elementi hesab edilməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş ciddi hüquq pozuntularının diqqət mərkəzində saxlanması tələb olunub. Bildirilib ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi sistemli vandalizm təkcə siyasi işğal aktı deyil, həm də beynəlxalq hüququn mədəni irsin qorunmasına dair birmənalı qadağalarını kobud şəkildə pozan bir mədəni soyqırımıdır.

Bu baxımdan Xocalı rayonunun Pirilər kəndindəki yerləşən qədim alban məbədindən hərbi məqsədlərlə istifadə edilməsinin bu pozuntuların konkret və sənədləşdirilmiş sübutlarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qafqaz Albaniyasının maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi xüsusi qorunan bu abidəni Ermənistanın tamamilə dağıtması və ondan silah-sursat anbarı kimi istifadə etməsi Cenevrə Konvensiyasının və 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

Həmçinin bildirilib ki, işğal dövründə 437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb. Dəymiş ümumi maddi ziyanın həcmi 700 milyon manatdan çoxdur.

“Azərbaycan azad edilmiş ərazilərdə bu abidələrin bərpası və mühafizəsi istiqamətində beynəlxalq öhdəliklərinə uyğun şəkildə ciddi fəaliyyət göstərir. Beynəlxalq təşkilatları, xüsusilə UNESCO və ICOMOS-u bu məsələdə daha fəal və prinsipial mövqe sərgiləməyə çağırırıq. Mədəni irsin dağıdılmasına qarşı səssizlik beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Mədəni irs müharibənin obyekti olmamalıdır, onun hərbiləşdirilməsi insanlığın birgə mirasına qarşı yönəlmiş ağır hüquq pozuntusudur”, - deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!