26 Noyabr 2022 05:05
1689
CƏMİYYƏT
A- A+
Zəfərin ən ali mükafatı

Zəfərin ən ali mükafatı

 

İkinci Qarabağ savaşında misilsiz xidmətlər göstərən 83 hərbçimiz "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb

 

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə milli orden və medallar təsis edilmişdi. Lakin 2020-ci ildə 44-günlük Vətən müharibəsindəki zəfərdən sonra isə onların sayı daha da artdı. 
Prezident İlham Əliyevin qələbə münasibətilə təsis etdiyi ordenlər sırasına "Zəfər" və "Qarabağ" ordenləri də əlavə olundu. Şanlı zəfərin ən ali mükafatı isə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adıdır. 

 

900 əyarlı qızıldan hazırlanan xüsusi fərqlənmə nişanı

 

2020-ci il noyabrın 26-da "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edildikdən sonra torpaqlarımızın azadlığı uğrunda savaşa atılan şücaətli, əzmli igidlərimizin göstərdiyi qəhrəmanlıqlar yeni medallarla dəyərləndirildi. Onların sırasında "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları yer aldı. 
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamədə isə qeyd olunub ki, Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" ən ali fərqlənmə dərəcəsidir. "Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" medalıdır. "Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. Medal döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. 
Vətən Müharibəsi Qəhrəmanının xüsusi fərqlənmə nişanı 900 əyarlı qızıldan hazırlanaraq, biri digərinin üzərinə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Alt ulduz ağ qızıldan, üst ulduz sarı qızıldan hazırlanıb. Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvari formadadır. Üst ulduzun guşələri uclarında kiçik kürəciklər olmaqla, ikitərəfli hamar şüalıdırlar. Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilib. Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunub. Zolağın üzərində səkkiz ədəd maili xətlər var. Dairəvi lövhənin mərkəzində tündqırmızı minalı fonda aypara və ulduz təsvir olunub.
Medalda bütün elementlər relyefli olaraq qabarıqdır. Medalın arxa tərəfi isə hamar səthlidir, mərkəzdən yuxarıda "Vətən Müharibəsi Qəhrəmanı" sözləri, mərkəzdə "Vətən Müharibəsi 2020" sözləri və rəqəmləri yazılıb. 
Medalın paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Üzərində Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilib.

 

Ən yüksək fərqlənmə dərəcəsi hər şəxsə yalnız bir dəfə verilir

 

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Bu ən ali mükafatı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun aktı təqdim olunur. Bu ən yüksək fərqlənmə dərəcəsi hər şəxsə yalnız bir dəfə verilir. 
 Bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş 5 general, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb. "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfəri isə sağdır. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə 2000 manat həcmində Prezident təqaüdü verilir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!