02 Aprel 2025 08:10
1960
CƏMİYYƏT
A- A+
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi

Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi


Bayramlar ayında rayonun Sarıcalı kəndinin sakinlərinin yurda dönməsi ilə Qarabağ zəfərimizin növbəti möhtəşəm səhifəsi yazıldı


"Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar".

Martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yeni evlərə köçən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin qürurla dilə gətirdiyi kimi, bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq işlərinin dünyada misli-bərabəri yoxdur. Elə bu böyük əzmin sayəsindədir ki, o yerlərə mütəmadi qayıdış karvanları yola salınır, düz bir qərinə torpaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər sevinclə dədə-baba yurdlarına qayıdırlar, söndürülmüş ocaqlarını yenidən qalayırlar. 

2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinin sakinlərinin yurda dönüşləri ilə başlanğıcı qoyulan Böyük  qayıdış bu il də uğurla davam edir. Yenidən qurulan şəhər və kəndlərimizin sayı gündən-günə artır. Artıq Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərində, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Xocalı rayonunun Ballıca, Laçın rayonunun Zabux və Sus, Ağdərə rayonunun Həsənriz və Suqovuşan kəndlərində yenidən həyat qaynayır. 

Bu il Ramazan bayramı ərəfəsində isə Ağdamın Sarıcalı kəndində qayıdışla bayram sevinci birgə yaşandı. Xoş ənənə halını aldığı kimi, bu kəndə köçən sakinlərə də yeni evlərinin açarlarını Qarabağın qurucusu İlham Əliyev şəxsən təqdim etdi. İşğal dövründə düşmənin xarabalığa çevirdiyi, görənlərin dəhşətlə "Qafqazın Xirosiması" adlandırdığı Ağdama yenidən həyatı qaytaran qalib lider İlham Əliyev bununla bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarışını çatdırdı, dostları sevindirdi, düşmənlərə göz dağı verdi: "İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız".


Yurda dönüş


Vətən müharibəsindən dərhal sonra dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq həyata keçirilir. Bu yerlərdə görülən işləri şəxsi nəzarəti və diqqəti altında saxlayan Prezident İlham Əliyevin gündəliyində duran vacib məsələlərdən biri də məhz Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Buna görə də həmin ərazilərimizdə "ağıllı kənd və şəhərlər" salınır, beynəlxalq hava limanlarından, kilometrlərlə uzunluqda tunellərdən, yollardan tutmuş çoxsaylı SES, su anbarına qədər böyük infrastruktur layihələri həyata keçirilir. 

Digər işğaldan azad edilən rayonlarımız kimi, Ağdam da sürətlə dirçəldilir. Rayonda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir. Təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan kənd 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazisi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Martın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, Sarıcalı kənd körpələr evi-uşaq bağçasının, kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər, həmçinin burada yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, birinci mərhələ üzrə kəndə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. 

Sarıcalı sakinlərinə yeni evlərinin açarlarını təqdim edən Prezident İlham Əliyev söylədi ki, Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək böyük xoşbəxtlikdir: "Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb". Dövlət başçısı bildirdi ki, bu il Ağdamın Kəngərli, Xıdırlı kəndlərinə də qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Eyni zamanda Ağdam şəhəri sıfırdan yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. 

Prezident İlham Əliyev məlumat verdi ki, Ağdamda indi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib. Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir və bu il istifadəyə verilməsi planlaşdırılır. Vağzal kompleksi, Muğam Mərkəzi inşa edilir. Ağdam məscidi, "İmarət" Kompleksi, Natəvanın qəbri bərpa olunub, Xaçınçay su anbarı yenidən qurulub. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Eyni zamanda burada bir neçə yaşayış kompleksi inşa edilir və bu il istifadəyə veriləcək. Həmçinin bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da sürətli bərpa və quruculuq işləri davam edir. Martın 27-də birinci xanım Mehriban Əliyeva ilə birgə Şuşaya səfər edən Prezident İlham Əliyev zəfər qalamızda tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olub.

Xatırladaq ki, Şuşaya ilk qayıdış köçü 2024-cü ilin mayında gerçəkləşdirilib. Şəhərdə 371 ailə (1396 nəfər) məskunlaşıb. 


"Elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq"


Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulan 13 yaşayış məntəqəsində artıq 12034 nəfər (3014 ailə) yaşayır. Ümumilikdə isə bu ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. Bu statistikanın özü də işğaldan azad edilən torpaqlarımızda qısa zaman ərzində dövlətimiz tərəfindən görülən kompleks işləri aydın şəkildə gözlər önünə sərir. 

 "Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq" deyən Prezident İlham Əliyev sarıcalılılarla görüşü zamanı bildirdi ki, Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Dövlət başçısı əlavə etdi: "Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!