Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İlham Əliyev işğaldan azad olunmuş əraziləri təmiz ekoloji məkan kimi qurur
Mənfur düşmənin üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə qırdığı meşələr, məhv etdiyi yaşıllıqlar, baltaladığı meyvə bağları tədricən bərpa olunur. İndi torpağımız da, onun yeraltı və yerüstü sərvətləri də öz əlimizdədir və möhtərəm Prezidentimizin dediyi kimi, heç kim, heç vaxt onlara göz dikə bilməz! Bundan belə, bütün bu zənginliklər xalqımıza xidmət edəcək.
Qarabağın və Şərqi Zəngəzurun torpağı münbit, çayları bol sulu, yeraltı sərvətləri çoxdur. Bu diyarın günəşi də fayda gətirən, hətta küləyi də gərəklidir. Məhz buna görə 44 günlük Vətən müharibəsindəki qələbədən az sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru - 10 min kvadratkilometrlik ərazini "yaşıl enerji" zonası elan etdi.
Qısa arayış: Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgənin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və bir çox kiçik çayın böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır.
Bu günlər öz işini başa çatdırmış Bakı Enerji Həftəsinin açılışındakı çıxışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: "Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir".
Bu ərazilərdə artıq neçə-neçə enerji obyektləri ya əsaslı təmir olunub, ya da yenidən tikilib. Dövlətimizin başçısı bu bölgələrə səfərlərinin əksəriyyətində yeni elektrik stansiyalarının təməlini qoyur, hazır olanları isə istifadəyə verir. Təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda "AzərEnerji" ASC tərəfindən 12 yerdə tikilən yarımstansiya və su-elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyası istismara verilib. Həmçinin "yaşıl enerji" strategiyasına uyğun olaraq, ötən il Kəlbəcər rayonunda 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" stansiyaları yenidənqurmadan sonra açılıb.
Bununla yanaşı, həmin dövrdə Laçında yeni tikilən 110 kilovoltluq "Qorçu" yarımstansiyasının və "Laçın" şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Rayonda yenidən qurulan 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" KSES-lər istismara buraxılıb. Prezident İlham Əliyev "AzərEnerji"nin yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli" SES-in açılışında da iştirak edib. İlin sonunda 110 kilovoltluq "Ağdam" qovşaq yarımstansiyası fəaliyyətə başlayıb. Ən yaddaqalan hadisələrdən biri isə lokal xarakterli antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycan enerji sisteminə qoşulması olub.
Bu ilin birinci yarısında bölgədə 32 SES-in istismara verilməsi nəzərdə tutulub. Elə keçən ay Prezident İlham Əliyev "AzərEnerji" ASC-nin "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyalarının açılışlarını edib.
Digər stansiyalar kimi, Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat təşkil edən "Zəngilan" Su-Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. Belə ki, işğaldan azad edilən ərazilərdə ən böyük silsilə su-elektrik stansiyası - "Zəngilan"a daxil olan "Cahangirbəyli" SES keçən il dövlət başçısının iştirakı ilə istismara verilib. "Şayıflı" və "Zəngilan" SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq" SES-də isə işlər başa çatdırılıb.
Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən stansiyaları su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi 21 meqavatlıq "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları da inşa edilib. "Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji verəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə məlumatların axını rəqəmsal qaydada mərkəzə ötürüləcək. Stansiyanın məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. İl ərzində "Zəngilan" və "Şayıflı" SES-lərində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat "yaşıl enerji" istehsal ediləcək. Bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.
Keçən ay, eləcə də su tutumu 1,6 milyard kubmetr olan "Xudafərin" və 56,75 milyon kubmetr su tutumuna malik "Qız Qalası" hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan eyniadlı su-elektrik stansiyaları paritet əsasda hər iki ölkənin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahəsinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
Bu yaxınlarda Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su-elektrik stansiyasının istismarı layihəsi çərçivəsində "Malıbəy"in təməlqoyma mərasiminin keçirilməsi bir daha təsdiq etdi ki, Qarabağ və Şərqi Zəngəzurun alternativ və "yaşıl enerji" zonasına çevrilməsi uğurla həyata keçirilir. Məlumdur ki, "yaşıl enerji" təchizatında su-elektrik stansiyalarının əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Sözügedən istiqamətdə özəl sərmayədarlarla əməkdaşlığa xüsusi önəm verilməsi isə mövcud sahədə layihələrin icrasını daha da sürətləndirir.
"Malıbəy" KSES-in təməlqoyma mərasimində vurğulanıb ki, Kəlbəcər və Laçında KSES-lərin istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk SES layihəsidir. Layihənin birinci mərhələsində "Malıbəy" stansiyasının ildə təxminən 7 min evi elektrik enerjisi ilə təmin edəcəyi nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur getdikcə daha çox "yaşıl işıq"dan bəhrələnəcək. Hazırda Cəbrayıl rayonunda BP şirkəti "Şəfəq" layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının yaradılması üzrə işlər aparır. Layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən 18 ayadək davam edəcəyi gözlənilir. "Şəfəq" stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq.
Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur günəşinin şəfəqindən, küləyinin sürətindən və çaylarının gücündən daha çox işıq alacaq.
Flora SADIQLI,
"Azərbaycan"
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!