Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti diqqət mərkəzində saxlayır
Dünya mətbuatı son günlər Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən hadisələr, separatçılara qarşı həyata keçirilən antiterror tədbirləri və ondan sonra yaranmış yeni vəziyyəti diqqət mərkəzində saxlamaqda davam edir.
AZƏRTAC xəbər verir ki, “Reuters”, BBC, CNN və digər nüfuzlu media orqanları bu barədə materialları mütəmadi şəkildə yayırlar.
“Reuters” agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təslim olmağa məcbur etdiyini və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də yer verilib və dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın “dəmir yumruq”la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.
CNN-in mövzuya dair yayımladığı məqalədə ildırım sürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təslim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk təmas artıq baş tutub.
Azərbaycan Prezidentinin xalqa müraciətinə də CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində “düşməni layiqincə cəzalandırdığını” və rəsmi Bakının öz suverenliyini “dəmir yumruq”la bərpa etdiyini bildirib: “...uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir... Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Məqalədə, həmçinin İkinci Qarabağ müharibəsi və ondan sonra regionda gedən proseslər və hazırki gərginliyədək baş verən hadisələrdən bəhs edilib.
BBC-nin yaydığı xəbərdə də son günlərdə Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ön planda dayanır. Qeyd edilib ki, Azərbaycan Prezidenti separatçı qüvvələrə qarşı həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra ölkəsinin Qarabağ üzərində suverenliyini bərpa etdiyini bəyan edib. Bundan öncə isə Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması və qanunsuz rejimin ləğv edilməsini tələb edərək antiterror tədbirləri həyata keçirib.
“Independent“ nəşrinin yaydığı xəbərdə isə Azərbaycan dövlətinin başçısının antiterror tədbirlərinin Qarabağdakı erməni sakinlərə qarşı deyil, yalnız kriminal separatçılara və onların rəhbərliyinə qarşı aparıldığı fikri əks olunub.
“France24” tərəfindən yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə diqqət ayrılıb. Bir müddət əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Paşinyanın Ermənistan ordusunun döyüşlərə cəlb olunmayacağını elan etməsi diqqətə çatdırılıb. Onun rəhbərlik etdiyi hökumətin Qarabağda yerli ermənilərlə aparılan danışıqlarda iştirak etmədiyi, lakin separatçı qurumun verdiyi qərarları “qeydə aldığı” barədə fikirləri diqqətə çatdırılıb. Həmçinin Qarabağda cərəyan edən son hadisələrin Ermənistanda siyasi təlatüm yaratdığı və paytaxt İrəvanda etiraz aksiyalarının keçirildiyi vurğulanıb.
“Tasnimnews” da separatçıların təslim olmasından sonra Ermənistanda etirazların geniş vüsət almasından yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməməkdə ittiham etməsi, hökumətyönlü etirazçıların isə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərkən Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub: “...biz bunu qiymətləndiririk. ...dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir...
01 Dekabr
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dekabr
İran "COP28" sammitində iştirakdan imtina edib
01 Dekabr
“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak olub
01 Dekabr
Zambiya mədənində
01 Dekabr
“Ariane-6” raketi bu tarixdə uçacaq
01 Dekabr
İqlim dəyişikliyi nədir?
01 Dekabr
2 tona yaxın narkotik ələ keçirildi - ƏMƏLİYYAT
01 Dekabr
"Ukrayna ordusunun imkanlarını azaltmışıq" - Şoyqu
01 Dekabr
Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi
01 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!