Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Xalqımız Xocalı soyqırımını, ermənilərin törətdikləri vəhşilikləri həmişə ağrı-acı ilə qarşılayır. 2020-cü ilin payızında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u və milli ordumuzun şücaəti sayəsində Xocalı genosidini törədənlərdən və onların havadarlarından qisas alındı, faciə qurbanlarının qanı yerdə qalmadı. Nəhayət, Xocalı şəhəri də daxil olmaqla külli-Qarabağ Ermənistan silahlı qüvvələrindən və erməni separatizmindən azad olundu.
Hazırda Xocalıda sürətli tikinti-quruculuq işləri gedir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu ilin ilk 6 ayında Xocalıya 50 ailənin köçürülməsi nəzərdə tutulub.
Ermənilər tərəfindən 32 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizm aktıdır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli "maneə"ni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını Yer üzündən birdəfəlik silmək idi. Bununla da Qarabağın digər ərazilərində olduğu kimi, min illərlə burada yaşamış yerli azərbaycanlı əhalini öz dədə-baba yurdundan perik salıb, bu torpağı ələ keçirmək idi. Axı Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrimizi özündə əks etdirirdi. Erməni işğalından sonra bu ərazidə bütün maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar.
Dünyanın 10-dan artıq dövləti bu faciəni soyqırımı kimi tanıyıb. XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə davamlı olaraq məruz qalıb. Nəticədə soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
Ermənilər sağ qalmış insanlar üzərində alçaldıcı hərəkətlər etmiş, dərilərini soymuş, başlarını və digər orqanlarını kəsmiş, gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar. Xocalının neçə-neçə qeyrətli oğulları ermənilərin murdar qəbirləri üstündə vəhşicəsinə qətlə yetirilmişdir. Bu mənfur millət faşist, bədnam hərəkətləri ilə tarixdən bildiyimiz ən qəddar zülmkarlığı belə kölgədə qoymuşdur.
Xocalı sakini Rahilə Qafarova deyir ki, bu dəhşətli soyqırımında həyat yoldaşım Rzanın anası, bacısı, qardaşı bir gecədə şəhid oldular. Qaynım polis işçisi idi. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Mən özüm də Xocalıdanam, orada dünyaya göz açıb böyümüşəm, məktəbə getmişəm. Xocalıda yaşadığım 32 ilin hər günü mənim üçün gözəl idi.
Qarabağ müharibəsi veteranı Saday Rzayev də Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonunun iştirakçılarından olub. O, müdhiş gecənin acı və dəhşətli günlərini belə xatırlayır: "Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxt orada olan sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar vasitəsi ilə hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri var idi. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank "Üzümlük" deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı. Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Təxminən iki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanırdı. İnsanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdik. Qan su yerinə axırdı. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı çalışıb insanları şəhərdən çıxarmaqdır".
Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmənin əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşlı oğlu olub.
"Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib".
31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü daim xatırlayır. Hazırda onlar o dəhşətli illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər.
Xocalı soyqıqrımının acısını yaşayan digər şahid Həsən Allahyarov bildirir: "Tanklar mərmi atmağa başlayan zaman biz sağa, sola, hara gəldi pərən-pərən düşdük. Mən yerə sərilmiş meyitləri və atəş nəticəsində onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm".
Ötən il Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayisi dindirilərkən 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı 8 nəfər azərbaycanlının qətlə yetirildiyini etiraf edib.
Rəşid Beqlaryan qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını bildirib.
Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verdi, soyqırımı qurbanlarının daim anılması haqqında fərman imzaladı. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Xalqımız bu gün də tarixi ədalətin bərpa edilməsini, Xocalı faciəsini törədənlərin, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyir.
Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində ərazi bütövlüyümüz bərpa olunub, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb.
Rəhman SALMANLI,
"Azərbaycan"
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib
Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır
İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər
“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Yay tətili zamanı Bakıda 20 küçə və prospekt təmir olunub
Türkiyə müdafiə naziri: Azərbaycanın yanında olacağıq
Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
Çin BMT BA tədbirlərində qlobal idarəçiliyi gücləndirmək niyyətindədir
İsrail ordusu Qəzza zolağının cənubunda 300-dən çox radikalı öldürüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!