18 İyul 2024 09:22
2604
SİYASƏT
A- A+
Bütün yollar Qarabağa aparır

Bütün yollar Qarabağa aparır

Qarabağ və Şərqi Zəngəzur qonaqlı-qaralı günlərinə yenidən qovuşub. Hər gün xeyli sayda vətəndaşımız bu yerlərin ziyarətinə yollanır, tarixi əzəməti, təbii gözəllikləri ilə görənlərini valeh edən cənnətməkan ərazilərimizdə həyata keçirilən modern quruculuq işlərinə heyranlıqla tamaşa edirlər. Qarabağ və Şərqi Zəngəzur təkcə azərbaycanlıların deyil, xarici ali qonaqların da üz tutduğu şanlı məkana çevrilib.

Bu yaxınlarda Qarabağın mirvarisi Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qırğız Prezidenti Sadır Japarovun, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin, ümumiyyətlə, türkdilli dövlətlərdən olan xeyli mötəbər şəxsin iştirak etməsi də buna nümunədir.

Bütün bunlar da göstərir ki, Qarabağ və Şərqi Zəngəzur həm də dünyada qonaqpərvərliyin və dirçəlişin unikal ünvanı kimi ad-sana malikdir.

 

Mənəvi borcumuz

 

Düz bir qərinə ərzində səsimiz, ünümüz yetməyən, Yer üzündə yaşayan bütün azərbaycanlıların həsrətini çəkdiyi vətən torpaqlarımız artıq azaddır. İndi könlü Qarabağdan, Şərqi Zəngəzurdan keçən bizlər bu yerlərə gedərək məscidlərində dua edərək Tanrıya şükranlıqlarımızı  bildiririk. Şəhidlərimizin qanları ilə suvardığı bu pak torpaqlarda ruhumuzun dinclik tapdığı, müqəddəs arzularımızın gerçəkləşdiyi məqamlar yaşayırıq. İllərlə nisgili ilə alışıb-yandığımız Vətənin başına pərvanələrtək dolanırıq. Əzəmətli dağlarına, gül-çiçəkli çəmənlərinə, zümrüd meşələrinə doyunca baxır, qıvrım-qıvrım yollarına düşüb gözlərimizdən süzülən sevinc yaşları içərisində addım-addım gəzirik hər qarışını...

Ulu yurdumuzun zirvələrinə qalxaraq səsimiz, avazımız gəldikcə hayqırırıq: "Doğma vətən, biz qayıtmışıq!"

Vətən müharibəsinin başa çatmasından 6 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması vətənə uzanan və onilliklər idi ki, yarıda qırılan bütün yolların əbədi açıldığına rəmzi işarə oldu. Çox tezliklə bu yollarla Qarabağ və Şərqi Zəngəzura sarı qayıdış köçləri yola çıxdı, keçmiş məcburi köçkünlərimiz yurdlarına qovuşdular. Vətən həsrətini sona çatdıran qayıdış karvanları indi də davam edir.

Bu torpaqları ziyarət etməyi hər bir azərbaycanlı özünün mənəvi borcu sayır. Buna görədir ki, yaz, qış demədən ilin bütün fəsillərində Qarabağ və Şərqi Zəngəzur qonaq-qaralı olur. İşğaldan azad edilən torpaqlarda tikinti-quruculuq işlərinin aparılmasına baxmayaraq, dövlətimiz vətəndaşlarımıza tarixi ərazilərimizi görmək üçün qısa zamanda imkanlar yaratdı. Prezident İlham Əliyevin tapşırığı ilə ilk olaraq 2022-ci il yanvarın 24-də Bakı-Şuşa-Bakı avtobus reysinin açılması ilə vətəndaşlarımızın Qarabağın mirvarisi, zəfər qalamız Şuşaya mütəmadi səfərləri başladı.

Sözügedən tarixdən Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu da istifadəyə verildi. Bununla "ruhlar şəhəri" adlandırılan Ağdama doğma sakinlərinin, xalqımızın bütün nümayəndələrinin səfərlərinə start verildi. Necə deyərlər, ağ damlı qədim şəhərimizə doğma hənir qaytarıldı.

 

Füzuli şəhərinə müntəzəm uçuşlar həyata keçirilir

 

Böyük qayıdış proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Belə ki, bu il aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə getməklə bərabər, artıq Laçın şəhərinə də səfər edə bilirlər.

Buna görədir ki, son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artım müşahidə olunur.

Adıçəkilən ərazilər üzrə xüsusi nümayəndəliklərdən verilən məlumata əsasən bu il Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15-19 iyun) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru ziyarət edən vətəndaşlarımızın sayı hər ötən gün durmadan artır.

Təbii ki, azadlığına qovuşdurulan yurdlarımızda dövlətimiz tərəfindən əsaslı quruculuq işlərinin görülməsi, hərtərəfli infrastrukturun yaradılması, dünyasəviyyəli hotellərin inşa edilməsi də bu yerlərə səfərlər üçün mühüm zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda iki beynəlxalq hava limanının (Füzuli və Zəngilan) istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının sürətli inşasının həyata keçirilməsi bölgəyə səfərlərin daha əlçatan olmasına birbaşa xidmət edən əsaslı işlərdir.

Dünəndən Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayıb.

Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirilir.

Bəli, indi qurudan da, havadan da bütün yollar bizi vətənlə görüşə aparır. Gündən-günə Qarabağ və Şərqi Zəngəzura səfər edən insanların sayının artması isə təkcə buraların təbii gözəlliyinə, səfalı hava və suyuna görə yox, xalqımızın hər bir üzvünün qəlbində bu yerlərin müqəddəs ünvana sahib olmasına, insanlarımızın bu torpaqlara könül bağı ilə bağlı olmasına görədir. Və bütün bunlar həm də Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsini, əzəli sakinlərinin doğma torpaqlarına qayıdışını təcəssüm etdirən qürurverici məqamlardır.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!