04 Mart 2024 17:59
356
DÜNYA
A- A+

“Windows”dan veb-kamera yeniliyi

 

“Microsoft” şirkəti “Windows 11” yeniləməsini istifadəçilərə təqdim edib. Artıq “Android” smartfon və planşetini PC üçün veb-kamera kimi istifadə etmək mümkündür.
Bildirilir ki, kompüter sahibləri artıq veb-kamera almağa ehtiyac duymayacaq və videozənglər zamanı səsyazma keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəklər. Funksiyadan yararlanmaq üçün “Android 9” və ya daha yeni əməliyyat sistemli, “Windows 11”in ən son versiyasına yenilənmiş və “Phone Link” proqramını yükləmiş smartfona ehtiyac var.
Bəs smartfonu veb-kameraya necə çevirmək olar? İlk öncə ardıcıl olaraq “Parametrlər”, “Bluetooth və cihazlar”, “Mobil cihazlara keçin” bölmələrinə daxil olmaq lazımdır. Daha sonra “Cihazları idarə et”i seçib sistemin cihaza “daxil olma”sına icazə vermək lazımdır. “Telefona qoşul” proqramında smartfon kompüterlə sinxronlaşıb “Android” və kompüter eyni “Wi-Fi” şəbəkəsinə qoşulmalıdır.
İndi hər dəfə videodanışığa başlayan zaman “İdarəetmə Paneli”ndə qeyd mənbəyini seçmək imkanı olan bir işarə görünəcək. Bu funksiya, həmçinin “Android” planşetlərini dəstəkləyir və bir neçə əlavə parametrə malikdir. Məsələn, ön və arxa kameralar arasında keçid imkanı.
Yenilik  yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacaq.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video