08 Fevral 2025 09:15
532
İQTİSADİYYAT
A- A+
Vaxtilə çətinlik üzündən Astaranı tərk edənlər indi geri dönürlər

Vaxtilə çətinlik üzündən Astaranı tərk edənlər indi geri dönürlər


İnkişafın bundan real göstəricisi olarmı?!


Astara ölkəmizin dilbər guşələrindən biridir. Dağları, dərələri, meşələri, çayları, bulaqları, subtropik meyvə bağları var bu diyarın. Mavigözlü Xəzər bu gözəlliyə başqa bir gözəllik də qataraq onu daha əsrarəngiz edir. 

Bu məkanda yaşayan insanlar isə uca Tanrının onlara bəxş etdiyi əvəzsiz nemətləri qorumaq, zənginləşdirmək üçün əllərindən gələni əsirgəmirlər. Elə buna görə də ölkəmizin Cənub qapısı sayılan Astara ildən-ilə inkişaf edir, yaşamaq üçün daha abad və rahat olur. 

Bir neçə il əvvəl yazdığımız "Dünənin hara, bu günün hara, Astara" adlı məqalə yadımıza düşür. O yazıda rayonda aparılan quruculuq işlərindən, xüsusən şəhər boyu salınan dənizkənarı bulvardan geniş söhbət açmışdıq. Bizi buna sövq edən az vaxtda görülən çoxsaylı işlər idi. Bir ilin ərzində dənizin sahilindəki qamışlıqdan əsər-əlamət qalmamışdı. Onun yerində bənzərsiz bir istirahət parkı salınmışdı. Çəkinmədən bu parkı ən böyük şəhərlərin dənizkənarı parkları, bulvarları ilə müqayisə etmək olar. Bal kimi təmiz havalı bu məkanda uşaqların, gənclərin, yaşlıların istirahəti üçün hər bir şərait yaradılmışdır. Bulvarda qonaqlar və turistlər üçün mehmanxanalar, koteclər, kafe və restoranlar fəaliyyət göstərir. 


Səni tanımadım, varlı olacan. 

Gör dünənin hara, bu günün hara! 

Burda göz oxşayır hər tərəf, hər yan, 

Mübarək dondasan indi, Astara. 


Astara bu gün də inkişafdan qalmır. 2024-cü ilin nəticələri belə deməyə əsas verir. Rayon iqtisadiyyatının əsas sahələri - sənaye, kənd təsərrüfatı, meşə, balıqçılıq, tikinti, ticarət, nəqliyyat və rabitə təsərrüfatı, habelə göstərilən digər xidmətlərin həcmi əvvəlki illə müqayisədə 5 faiz artıb. Ötən il 231,5 hektar çay plantasiyasından 667 ton yaşıl çay yarpağı toplanıb, 290 hektar çəltik sahəsindən 190,2 ton məhsul əldə edilib. Kənd təsərrüfatının digər sahələrində də uğurlu nəticələr qazanılıb. 

Astara deyəndə ilk olaraq göz önünə sitrus meyvə bağları  və çay plantasiyaları gəlir. Prezident İlham Əliyevin çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişafına dair imzaladığı sərəncamlardan sonra rayonda innovativ üsullarla salınan sitrus və subtropik meyvə bağlarının həcmi 2 min 600 hektardan 4 min 564 hektara çatdırıldı. Keçən il həmin bağlardan ümumilikdə 67,8 min ton məhsul yığıldı, torpaq mülkiyyətçiləri və sahibkarlar yetişdirdikləri məhsulun satışından 60 milyon manatdan çox qazanc əldə etdilər. Son illər rayonda ekzotik meyvələrin əkilib-becərilməsinə də maraq xeyli artıb. Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk olaraq Astarada 42 hektarlıq belə bağ salınıb. 

Astarada tikinti-quruculuq, abadlıq işləri də davam edib, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin tikintisi, əsaslı və cari təmiri diqqətdə saxlanılıb. Əhalinin, habelə qeyri-yaşayış sahələrinin, istehsal müəssisələrinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su təminatını yaxşılaşdırmaq üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

Yol iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə inkişafın başlıca göstəricisidir. Dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması, bəzi yollara çınqıl döşənməsi, yollar boyu çaylar üzərində yeni körpülərin salınması, köhnələrinin təmir edilməsi həmin ərazilərdə yaşayan əhalinin rayon mərkəzinə, buradan paytaxt Bakıya və digər yerlərə gediş-gəlişini xeyli asanlaşdırıb. 

Bütün bunlar rayonda turizmin inkişafı üçün də geniş imkanlar yaradıb. Bu gün Astaraya gələn turistlərin sayı-hesabı yoxdur. Ən əsası Rusiyada, keçmiş SSRİ-nin digər respublikalarında yaşayan astaralılar bu abadlığı, şəraiti görüb öz doğma el-obalarına qayıdırlar. İnkişafın bundan real göstəricisi olarmı?!

 

Seyran CAVADOV, 

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!