02 Oktyabr 2023 22:24
508
CƏMİYYƏT
A- A+
“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə oktyabrın 2-də “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova uşaqlara qarşı zorakılıqla mübarizənin bir istiqaməti kimi informasiya təhlükəsizliyi məsələsinin bütün cəmiyyətlərdə ilk yerdə dayandığını bildirib. Uşaqların zərərli informasiyadan qorunması istiqamətində ölkəmizdə güclü hüquqi bazanın formalaşdırıldığını qeyd edən Bahar Muradova bu istiqamətdə qəbul edilən müvafiq qanunvericilik aktlarının həyata keçirilməsində rəhbərlik etdiyi Komitənin, eləcə də müvafiq qurumların üzərinə böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. O, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət orqanları kimi Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura olaraq müəyyənləşdirildiyini, 2021-ci ildə həmin qurumların rəsmi nümayəndələri və 3 müstəqil ekspert daxil olmaqla Ekspert Şurası yaradıldığını diqqətə çatdırıb.

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahədə istər dövlət qurumları, istərsə də özəl təşkilatlar, vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət göstərdiyini diqqətə çatdırıb və görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, infodemiya – müxtəlif məzmunlu informasiya bolluğu dövründə uşaqların zərərli, manipulyativ və saxta informasiyalardan qorunması olduqca vacibdir. O, uşaq və yeniyetmələri informasiya məkanında artan təhlükələrdən qorumaq məqsədilə dövlət tərəfindən hüquqi və əməli tədbirlərin görüldüyünü, sistemli fəaliyyət reallaşdırıldığını bildirib və bu sahədə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Nazirliyin sözügedən sahədə gördüyü işlər haqqında məlumat verən S.Yusifova, mədəniyyət konsepsiyasının işləndiyini və qanunvericilik aktlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəaliyyətin həyata keçirildiyini vurğulayıb.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov çıxışında informasiya kirliliyi dövründə təhlükəsizlik məsələləri ilə bağlı koordinasiyalı iş aparılmasının, həmçinin maarifləndirmənin əhəmiyyətindən danışıb. F.Novruzov, Azərbaycanda qeyd edilən sahədə böyük bir qanunvericilik bazası olduğunu, eyni zamanda müəyyən təkmiləşdirməyə ehtiyac olduğunu diqqətə çatdırıb. O, Audiovizual Şuranın mütəmadi olaraq televiziya və radio yayımında monitorinqlər həyata keçirdiyini, pozuntular aşkar edildikdə nəticələrə uyğun tədbirlər görüldüyünü qeyd edib.


Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının sədri Aynur Sofiyeva çıxış edərək, uşaqları təhlükəli informasiyadan qorumaq istiqamətində ictimai dəstəyin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu sahədə görüləcək tədbirlər uşaqları sağlam şəkildə yetişdirmək üçün atılacaq təməl addımlardan ən birincisi, gələcəyə olan yatırımdır. A.Sofiyeva informasiya təhlükəsizliyi ilə mübarizədə ən təsirli silahın təbii immunitet çevrəsinin yaradılmasının olduğunu bildirib.

Daha sonra “Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılmış araşdırma”ya dair hesabatın təqdimatı keçirilib. “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin rəhbəri Eldar Nağıyev təqdimatla çıxış edərək təhlil barədə məlumatları diqqətə çatdırıb.

Konfrans müzakirələrlə davam edib.

Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində sistemli və kompleks addımlar atıldığını diqqətə çatdıran “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov qeyd edib ki, bu məsələnin böyük önəm kəsb etməsi həm 44 günlük Vətən müharibəsi, həm də Qarabağda separatçı rejimin zərərsizləşdirilməsi məqsədilə keçirilən antiterror tədbirləri zamanı özünü göstərdi. Məsələnin qloballığına toxunan sədr, kiberhücumların əsas hədəfinin uşaqlar olduğunu bildirib, onları informasiya təhlükəsindən qorumaq üçün ilk növbədə, dünya təcrübəsinə əsasən, filtr sistemlərindən istifadənin önəmindən danışıb.

Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid uşaqların informasiya təhlükəsizliyi məsələsinin mühüm məqamlarına toxunub, əsas tənzimləyici vasitənin filtr proqramları və valideyn məsuliyyəti olduğunu bildirib. O, Dövlət Komitəsi tərəfindən hazırlanmış hesabatı, eləcə də qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsiplərini özündə əks etdirən tövsiyələri yüksək qiymətləndirib, gələcəkdə bu sahədə birgə əməkdaşlıq təkliflərini irəli sürüb.

“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İB-nin sədri Şəmil Sadiq, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, İctimai şura üzvü Elnarə Məhərrəmova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri Mehriban Abdullayeva, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İB-nin sədri Aynur Zülfüqarova, “Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova, psixoloq Elmira Mirzəyeva çıxış edərək, bu sahədə mümkün həll yolları ilə bağlı təklif və fikirlərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!