08 İyul 2026 16:45
243
İQTİSADİYYAT
A- A+
Urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir? 

Urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir? 


Urbanizasiya son onilliklərdə dünyada ən sürətlə gedən sosial-iqtisadi proseslərdən birinə çevrilib. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, 2050-ci ildə dünyada əhalinin təxminən 68 faizi şəhər ərazilərində yaşayacaq. Urbanizasiya iqtisadi inkişaf, yeni iş imkanları və xidmətlərə çıxış baxımından mühüm üstünlüklər yaratsa da, nəqliyyatın yüklənməsi, mənzil çatışmazlığı, infrastrukturun yüklənməsi və regional inkişaf fərqlərinin artması kimi problemləri də gündəmə gətirir. Bu tendensiya dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da müşahidə olunur və regionlardan iri şəhərlərə miqrasiya urbanizasiya ilə bağlı məsələlərin aktuallığını artırır. Bəs urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir?

İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, urbanizasiya dünyada müşahidə olunan təbii qlobal prosesdir. Onun sözlərinə görə, insanlar zaman keçdikcə şəhərlərdə yaşamağa üstünlük verirlər.

“Azərbaycanda əsas problem urbanizasiyanın sürətli və kifayət qədər plansız şəkildə baş verməsidir. Şəhərlərə axının əsas səbəbi iqtisadi amillərdir. Dövlət və özəl investisiyaların, eləcə də yeni iş yerlərinin əsasən iri şəhərlərdə cəmləşməsi bu prosesi daha da sürətləndirir. Nəticədə əhalinin sıxlığı artır, şəhər nəqliyyatı, kommunal və digər xidmətlər üzərində ciddi yüklənmə yaranır”, - deyə X.Kərimli vurğulayıb.



Onun sözlərinə görə, urbanizasiyanın yaratdığı əsas problemlər şəhər infrastrukturunda özünü göstərir: “Kanalizasiya sistemi, kommunal xidmətlər, nəqliyyat, su və təbii qaz təchizatı kimi sahələrdə yük artır, eyni zamanda, mənzillərin qiyməti və kirayə haqları yüksəlir, yaşayışın əlçatanlığı isə azalır. Şəhərlərdə tələbatın artması mənzil və kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəblərindən biridir. Bu da xüsusilə orta və aşağı gəlirli ailələr üçün əlavə çətinliklər yaradır”.

İqtisadçı şəhərsalma siyasətinin də planlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yeni yaşayış massivlərinin salınması, ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi və şəhər infrastrukturunun əvvəlcədən planlaşdırılması gələcəkdə yüklənmənin qarşısının alınmasına kömək edə bilər.

X.Kərimli bildirib ki, rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumət sisteminin inkişafı da urbanizasiya təzyiqinin azaldılmasına müsbət təsir göstərir.

“Vətəndaşların mərkəzi icra orqanlarından aldıqları xidmətlərin əksəriyyəti rəqəmsal platformalar vasitəsilə əlçatan olmalıdır. Bu halda insanların xidmət almaq üçün rayonlardan Bakıya gəlməsinə ehtiyac azalacaq. Xidmətlərin regionlarda inkişaf etdirilməsi, həmçinin universitetlərin filial və bölmələrinin Bakı-Abşeron yarımadasından kənarda yerləşən iri şəhərlərdə yaradılması əks-urbanizasiya prosesinə də müsbət təsir göstərə bilər”, - deyə ekspert əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balakəndə Katex çayda batan şəxsin meyiti tapılıb  

22:19
08 İyul

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib  

22:16
08 İyul

Rəqəmsal islahatlara həsr olunmuş ictimai dinləmə keçirilib

20:37
08 İyul

NATO-nun Ankarada keçirilən 36-cı Sammitinin yekun Bəyannaməsi açıqlanıb 

20:15
08 İyul

Qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib  

20:09
08 İyul

Salah Argentina ilə oyundan sonra Messi haqqında danışıb: "Bunu etiraf etməliyəm" 

19:45
08 İyul

Fransadakı qondarma "Artsax nümayəndəliyi"nin fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salır

19:40
08 İyul

Tüklə voleybol liqası başa çatdı

19:36
08 İyul

“Sabah” UEFA Çempionlar Liqasında tarixi qələbə qazanıb 

19:31
08 İyul

Paraqvaylı senator Mbappeni yenidən həbslə hədələyib

19:25
08 İyul

Donald Tramp Putinlə danışacağını bildirib

18:45
08 İyul

Ersin Güzel: Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması zərurətə çevrilib

18:40
08 İyul

Cari ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə vətəndaşlıq məsələləri ilə bağlı 209 müraciət daxil olub  

18:35
08 İyul

“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var

18:25
08 İyul

Ankarada Trampla Zelenski arasında görüş keçirilir

18:20
08 İyul

İslandiya klubunun baş məşqçisi: Püşkatmada “Qarabağ”ın adı çıxanda çox həyəcanlandıq

18:05
08 İyul

Azərbaycan və Özbəkistan dini sahədə əlaqələri genişləndirir

18:00
08 İyul

ABŞ Prezidenti bu gecə İrana qarşı yeni hücum dalğasının baş verəcəyini açıqlayıb

17:55
08 İyul

General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir

17:50
08 İyul

Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

17:45
08 İyul

Daşqınlar Balakənə ziyan vurub, 1 nəfəri sel aparıb

17:40
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!