Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün də öz bəhrəsini verməkdədir
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlar dünyamiqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsinin Belarusda da böyük ehtiramla anıldığını qeyd ediblər.
Söhbət zamanı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.
Bildirilib ki, Ulu Öndər həm keçmiş sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana böyük uğurla rəhbərlik edib. Azərbaycan xalqı onun müstəqilliyini əbədi və dönməz edən böyük oğlunun xatirəsini həmişə ehtiramla anır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq layihələr bu gün də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyənləşdirdiyi yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.
Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi qeyd olunub, bu baxımdan parlament dostluq qruplarının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətlən...
26 Aprel
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
26 Aprel
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq...
26 Aprel
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
26 Aprel
Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töh...
26 Aprel
Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb
26 Aprel
Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib...
26 Aprel
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü b...
26 Aprel
Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir
26 Aprel
Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!