11 İyul 2026 15:34
556
SİYASƏT
A- A+
Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

Beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı, qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlərin milli maraqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişafı məhz qətiyyətli idarəçilikdən asılıdır. Tarixi təcrübə göstərir ki, prinsipial mövqeyi, strateji baxışı və milli maraqlara söykənən siyasəti ilə seçilən liderlər öz ölkələrini mürəkkəb sınaqlardan çıxarmağa, onların beynəlxalq mövqeyini möhkəmləndirməyə nail olurlar.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu da bunun bariz nümunəsidir. Son ictimai rəy sorğularında Prezident İlham Əliyevə yüksək etimadın ifadə olunması həyata keçirilən siyasətin cəmiyyətdə geniş dəstək qazandığını göstərir. Bu etimad uzun illər ərzində həyata keçirilən ardıcıl islahatların, əldə olunan uğurların və ölkənin dinamik inkişafının məntiqi nəticəsidir.

Etimadın əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasətdir. Dövlət başçısı fəaliyyətində hər zaman Azərbaycan xalqının mənafeyini əsas prioritet kimi müəyyənləşdirib, milli maraqların beynəlxalq münasibətlər sistemində ardıcıl və prinsipial şəkildə müdafiəsini təmin edib. Mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Azərbaycanın uğurlu xarici siyasət kursu ölkənin müstəqilliyini, siyasi sabitliyini və strateji mövqeyini daha da gücləndirib.

Liderliyin gücü yalnız qəbul edilən qərarlarla deyil, həm də xalqla dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə ölçülür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, onun ən böyük dayağı Azərbaycan xalqıdır. Xalqın iradəsinə söykənən idarəçilik modeli, vətəndaşlarla açıq dialoq və milli maraqların əsas götürüldüyü qərarlar cəmiyyətlə dövlət arasında etimadı daha da gücləndirib. Məhz bu birlik qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynayıb.

Müasir dövrdə liderin şəxsi keyfiyyətləri dövlətin beynəlxalq nüfuzuna da birbaşa təsir göstərir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fonder Leyen də ölkəmizə səfəri zamanı regionda sülh təşəbbüslərinin təşviqində Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinin xüsusi rol oynadığını vurğuladı.  Cənab Prezidentin qətiyyətli siyasi iradəsi, strateji düşüncəsi və operativ qərarvermə bacarığı Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, etibarlı tərəfdaş və söz sahibi olan dövlətlərdən biri kimi tanınır.

Ölkəmizin sosial-iqtisadi inkişafı da həyata keçirilən siyasətin səmərəliliyini təsdiqləyən əsas göstəricilərdəndir. Güclü iqtisadi potensialın formalaşdırılması, iri infrastruktur layihələrinin reallaşdırılması, enerji və nəqliyyat sahələrində strateji təşəbbüslərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir ordunun qurulması Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirib.

Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyinin güclənməsi də müstəqil və milli maraqlara əsaslanan siyasətin mühüm nəticəsidir. Beynəlxalq təşkilatlarda fəal iştirak, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və qlobal proseslərdə fəal mövqe ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu tarixi nailiyyət güclü siyasi iradənin, iqtisadi qüdrətin, müasir ordunun və xalq–lider birliyinin vəhdətinin nəticəsi kimi ölkənin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.

Qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi, müxtəlif bölgələrdə münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Ölkədə mövcud olan sabit ictimai-siyasi mühit iqtisadi inkişafın davamlılığını, sosial rifahın yüksəlməsini və beynəlxalq əməkdaşlığın genişlənməsini təmin edən əsas amillərdəndir.

Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq nüfuzunun artmasından narahat olanlar da az deyil. Son illərdə müxtəlif platformalarda özlərini "müstəqil bloger", "media fəalı" və ya "siyai şərhçi" kimi təqdim edən bəzi antimilli ünsürlərin ölkəmiz haqqında qərəzli məlumatlar yayması, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlmiş kampaniyalarda xüsusi canfəşanlığı təəssüf doğurur. Tənqidi fikir və ifadə azadlığı demokratik cəmiyyətin mühüm prinsiplərindən olsa da, qəsdən dezinformasiyanın yayılması, faktların təhrif edilməsi, təhqir və qarayaxma kampaniyalarının aparılması milli maraqlarla ziddiyyət təşkil edir.

Azərbaycanın son illərdə əldə etdiyi real nəticələr, beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığı, iqtisadi göstəriciləri və həyata keçirdiyi qlobal layihələr göstərir ki, qərəzli informasiya kampaniyaları sözsüz ki, ölkənin inkişafına təsir göstərə bilmir. Əksinə, ölkəmizin artan beynəlxalq nüfuzu, yeni tərəfdaşlıqların qurulması və həyata keçirilən strateji layihələr bu cür cəhdlərin nəticəsiz qaldığını nümayiş etdirir.

Müasir beynəlxalq münasibətlər sistemi bir daha sübut edir ki, güclü lider milli maraqları qoruya, cəmiyyətdə həmrəylik yarada, dövlətin strateji inkişaf kursunu müəyyənləşdirə və ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bilir. Azərbaycanın son illərdə qazandığı uğurlar da həyata keçirilən məqsədyönlü siyasətin və dövlət–xalq birliyinin nəticəsidir.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!