Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Atalar yaxşı deyib ki, bir dərdin min dərmanı var. Amma əsas odur ki, min dərmanın içindən xəstəliyinə çarə olanı tapa biləsən. Xeyli müddət idi ki, oynaqlarımda ağrılar hiss edirdim. Müalicə olunsam da, ağrılarım tam keçmirdi. Növbəti dəfə həkimin qəbuluna gedəndə Naftalan şəhərindəki sanatoriyalarda müalicə olunmağımı məsləhət gördü.
Deyirdilər ki, Naftalan şəhərindəki yaxşı müalicə mərkəzlərindən biri də "Nur Naftalan" sanatoriyasıdır. Ünvanını öyrənib həmin şəfa ocağına üz tutduq. Burada bizi çox mehribancasına və gülərüzlə qarşıladılar. Qiymətlər də münasib idi. Yataq otaqlarında rahatçılıq üçün hərtərəfli şərait yaradılmışdı. Sanatoriyanın baş həkimi Elçin Rüstəmov bizi qəbul etdi, ağrı-acılarımızla maraqlandı. Qəbuldan sonra xəstəliyimizə uyğun müalicə kursları təyin olundu.
Sanatoriyada çalışan tibb heyətinin mehribançılığını, xəstələrə qarşı göstərdikləri diqqət və qayğını xüsusi olaraq qeyd etmək istərdik. Onlar xəstələri gülərüzlə qarşılayır, müalicə olunmaları üçün bütün lazımi köməyi göstərirdilər. Belə xoş münasibət də sanki xəstəliyin müalicəsinə müsbət təsir edirdi. Tibb işçilərinin xoş sözləri müalicəmizə ən yaxşı dərman idi. Buradakı ziyarətçilərin hamısı söhbət zamanı sanatoriyada yaradılmış şəraitdən razılıq edirdilər.
Sanatoriyanın rəhbərliyi xəstələrin qidalanmasını da daim diqqət mərkəzində saxlayırdı. Hər gün yeməkxanada növbənöv xörəklər bişirilir, müxtəlif adda salatlar hazırlanır, mövsümə uyğun olan meyvələr və şirələr verilirdi. Yeməkxanada olan təmizlik, səliqə-sahman isə sözün həqiqi mənasında, göz oxşayırdı.
Müalicə kursu başa çatandan sonra ağrı-acılarımızın azaldığını hiss etdik. Deməli, müalicə düzgün təyin olunmuş və burada çalışan tibb işçiləri tərəfindən uğurla aparılmışdı.
Mehriban MƏHƏRRƏMOVA,
Bakı şəhər sakini
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Okeanın dibində nəhəng asteroid aşkarlandı
Afrikada meymunçiçəyinə yoluxma artıb
Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb
“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir
Dünyanın ən çox maaş alan lideri açıqlandı
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!