02 Mart 2025 09:20
620
CƏMİYYƏT
A- A+
Təki ürək üşüməsin, mərhəmət donmasın

Təki ürək üşüməsin, mərhəmət donmasın


Ən böyük rəssam olan təbiətin yaratdığı mənzərələrdən zövq almaqdan doymuruq. Bu mənzərələrə baxdıqca baxır, zövq aldıqca alırıq. Bəzən də aldığımız təəssüratdan dərin-dərin, şirin-şirin xəyallara dalırıq. Gözəlliyə necə baxmayasan, ondan necə zövq almayasan, necə sonsuz xəyallara dalmayasan?! Axı insan gözəllik vurğunudur. 

Təbiətin zövqümüzü oxşayan, qəlbimizə rahatlıq, ürəyimizə dinclik gətirən, könlümüzə sevinc ələyən mənzərələrindən biri də qarın yağmasıdır. Ələkdən unun səpələnməsinə bənzəyən bu mənzərəni sevməyən, bu gözəl səhnənin sehrinə düşməyən, tamaşasına çıxmayan, bu əsrarəngiz gözəlliyə baxmayan varmı? Təbii ki, yoxdur. Hamı könülləri telləndirən, ürəklərə sevinc ələyən bu mənzərəyə böyük sevgi ilə tamaşa edir.

Çünki qəlblərə sərinlik qonur qar yağanda. Yavaş-yavaş üzümüz, gözümüz, sözümüz gülür qar yağanda. Dodaqlara təbəssüm qonur, əsəblər, gərginliklər, ağrı-acılar donur, ömür gəncləşir qar yağanda.   

Həmişə harasa qaçan, uçan, tələsən ağlı-qaralı buludlar "ayaq saxlayır", sonra torpaq laxlayır ayağımızın altında qar yağanda. Bu zaman səma özü də gəlin kimi başdan-ayağa ağ örpəyə bürünür, həmişə tələsən zaman dayanır, elə bil yerlə göy birləşir, qoşalaşır, bizi qoynunda əzizləyib saxlayan dünyamız təmizlənir, ağarır. 

Böyüklər də, uşaqlar da sevinir qar yağanda. Dağlar, dərələr, çöllər, hər yer ağ paltar geyinir, həyatın əbədi ritmi əvvəlkindən yaxşı döyünür, elə qar özü də öyünür. Dünya işığa, nura boyanır, sanki hava nəfəsini çəkib dayanır. Fikirlərimiz də, düşüncələrimiz də özümüzdən xəbərsiz gözlərini açıb oyanır bu zaman. Fikrin, düşüncənin də üzü gülür qar yağanda, buna görə  asta-asta şeirə bükülür, ağ vərəqlər üzərinə tökülür. 

Bəlkə də elə buna görə göy üzündən yer üzünə təbiət qar yağdırır. Yağdırır ki, qoy insanların üzü gülsün, dodaqlarında sözü gülsün, dünyaya sevinclə, sevgi ilə baxan sözü gülsün. Gözəl çöhrələrə sevinc düzülsün, dərdlər, ağrı-acılar bir-bir çözülsün və tez bir zamanda unudulsun. 

Amma qar yağanda dağlar, dərələr, göz işlədikcə uzanıb gedən çöllər, düzlər  az da olsa üşüyür. Buna çox da kədərlənmirik, fikir çəkmirik. Çünki bu ötüb-keçəndir. Yaz günəşi üfüqdən doğan kimi təbiət öz ahənginə, öz rənginə dönəcək. Qoy nə üşüyürsə, üşüsün, nə donursa, donsun. Təki heç vaxt və heç zaman könüllər üşüməsin, ürəklərdəki mərhəmət donmasın.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!