27 May 2023 23:50
651
Mədəniyyət
A- A+
Tanınmış teatr rejissoru

Tanınmış teatr rejissoru

 

Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasəti, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Oxuduğu məktəblərdə keçirilən müsamirələrdə, bayram şənliklərində təsnif və el nəğmələri oxuyurdu. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. 
1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizodik rollarda oynayıb. Sonra sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnmişdi.
Təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi . İlk milli opera rejissoru da olan S. Dadaşov  Opera və Balet Teatrında otuz səkkiz il çalışıb. Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi Ibad”), “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə quruluşda), “Cəbhə və vətən”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Nərgiz”, “Şah Ismayıl” (bir neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” (iki quruluşda), Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən” (balet) və sair əsərlərə quruluş verib.
1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi “Novruz” proqramı hazırlayıb. 
O, Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə  1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi və 26 aprel 1958-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.

İ.ƏLİYEVA,
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:29
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!