25 May 2024 09:15
1410
SİYASƏT
A- A+
Şuşa dostluq və qardaşlıq mərkəzinə çevrilib

Şuşa dostluq və qardaşlıq mərkəzinə çevrilib

 

Xalqımızın tarixinin ən qürurverici səhifələrinin yazıldığı qəhrəman Şuşa  yalnız işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq, abadlıq, bərpa işlərinin mərkəzi kimi deyil, eyni zamanda daha çox siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətini cəlb etməkdədir.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə şanlı gün kimi əbədi yazıldı. Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Günü, 2022-ci il ölkəmizdə "Şuşa ili" elan edildi. 
Şuşa 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə isə türk dünyasının mədəniyyət paytaxtı seçildi. Dünyada az şəhər tapılar ki, üç il mədəniyyət paytaxtı adına layiq görülsün. 
Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi olaraq 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edildi. İftixarla deyə bilərik ki, bu gün Şuşa yalnız  islam dünyasının həmrəylik mərkəzi kimi yox, ölkəmizə dost, qardaşlıq münasibəti bəsləyən dövlətlərin əməkdaşlığının, müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayan şəhərə çevrilib. Bu gün Şuşa haqq işi uğrunda apardığı mübarizədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dövlət başçılarının görüş yeridir.
Təsadüfi deyil ki, 2021-ci il iyunun 15-də dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" də məhz bu şəhərdə imzalandı. Bununla da iki qardaş dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsi başlandı. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə edən Şuşa bəyannaməsi Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyini yaradır...
Bu gün ölkəmizdə səfərdə olan dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi xarakter alıb. Təməli qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan bu ənənə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən də davam etdirilib.
Bu xüsusda Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfərini də qeyd etməliyik. Səfər iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr deməyə əsas verir ki, tərəflər arasında strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər bundan sonra daha uğurla inkişaf edəcək. Belarus Prezidenti Azərbaycana münasibətdə hər zaman ədalətli mövqe sərgiləyib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyərək prinsipial mövqe nümayiş etdirib. Təsadüfi deyil ki, dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət edib. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə qoşulmağa hazır olduğunu bildirib. O, Azərbaycanla Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğulayıb. 
Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsi idi. Prezidentlərə Şuşa səfəri zamanı bu gözəl məkanın baş planı barədə məlumat verilərkən vurğulandı ki, şəhərin baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.
Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxan dövlət başçıları eyni zamanda Bülbülün ev-muzeyində və Cıdır düzündə olublar. Prezidentlər Şuşada olarkən Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar. 
Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını, eyni zamanda ermənilərin dağıdaraq viran qoyduqları Şuşanın dostluq və qardaşlıq mərkəzi olmasını təsdiq edir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

00:48
14 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:47
14 Dekabr

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:45
14 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

00:45
14 Dekabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:44
14 Dekabr

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:43
14 Dekabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:40
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:39
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:38
14 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:38
14 Dekabr

"AzerGold" QSC Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib

00:36
14 Dekabr

Azercell abunəçilərinin nəzərinə

00:36
14 Dekabr

Lula da Silva reanimasiyadan çıxıb

23:28
13 Dekabr

Aİ Suriyaya təxminən 100 ton humanitar yardım çatdıracaq  

23:28
13 Dekabr

“Stratcom 24”-də “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçirilib

23:03
13 Dekabr

Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

22:59
13 Dekabr

Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib  

22:53
13 Dekabr

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

22:49
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!